İntellektual kartof püresi

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

9 iyul 2024
# 14:07

Kulis.az Ulucay Akifin "İntellektual kartof püresi" adlı yeni yazısını təqdim edir.

Ay salam əleyküm! Birbaşa söhbətə keçəcəm. İstidi, tıncıxıram uzun-uzadı yazmağa.

Axır vaxtlar yazıçılarımızın arasında təzə söhbətlər çıxıb: “intellektual nəsr”, “intellektual roman”, “intellektual şeir”.

Artıq özünü bu mənşəyi naməlum janra pərçimləyənlər də var.

Bu yazıçılar deyir ki,

”Mən intellektual nəsr yazıram”

“Təzə intellektual roman yazmağa başlamışam”

“Filankəsin şeirləri intellektualdı”

Olsun. Hamı seçimində azaddır. Onlara qarışa bilmərəm.

Hətta ötən gün bu qəbildən olduğunu deyən yazıçılarımızdan birinin yeni romanını oxudum. Oxudum e oxumağına, amma heç nə başa düşmədim.

Başa düşməmək də var başa düşməmək... Heç nə başa düşmədim.

Cümlələr o qədər uzun, dolaşıq, mövzu o qədər qeyri-müəyyən, süjet yox, struktur sağ qulağı sol əllə qaşımaq kimi...

Bir ara istədim əsəbimdən kitabı yeyim. Əməlli-başlı kitabı yemək istədim.

Sonra yazıçı dostumuzun özüylə söhbət edəndə də bunu dedim.

Dedim ki, romanını oxudum, heç nə başa düşmədim.

Dodağaltı gülüb “intellektual romandı daaa, hamı başa düşməz" dedi.

Belə deyəndə cin vurdu təpəmə.

Dedim,

“Bir dəqiqə saxla! Nə intellektual roman, nə intellektual nəsr?! Kimə gəlirsən?! Bu geydirmə “intellektuallığınla” camaatı aldada bilərsən, amma məni yox! Necə olur ki, mən Markezin, Hüqonun, nə bilim, Nabokovun romanlarını oxuyub başa düşürəm, amma sənin romanını başa düşmürəm?! Yox eeee... Necə olur ki, yüz il qabaq yaşamış kolumbiyalı yazıçının, iki yüz il qabaq yaşamış fransalı yazıçının, lap indi yaşayan hansısa bir amerikalı, ya portuqaliyalı yazıçının yazdığını oxuyuram, başa düşürəm, amma mənimlə eyni dövrdə yaşayan, eyni kafeyə, restorana gedən, eyni paltarlar geyinən, eyni cəmiyyətdə yaşayan və İmişlinin Əlyetirməzli kəndindən olan bir yazıçının yazdıqlarını başa düşmürəm?! Kimsən axı sən?! Sən kimsən ki, mən səni başa düşmürəm, ay intellektual kartof püresi?!”

Belə də dedim. Çox əsəbiləşmişdim. İsti də bir yandan.

Qalxdım, getdim evə. Yolüstü də bir dənə qarpız aldım.

Ümumiyyətlə, son vaxtlar o qənaətə gəlmişəm ki, yaxşı qarpızla gözəl qadın arasında elə də böyük fərq yoxdur. İntellektual yazıçılarımız bağışlasın, mənim də intellektim bura kimi çatır.

# 2169 dəfə oxunub

Oxşar xəbərlər

Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
# # #