Çingiz Abdullayevin su əhvalatı əslində necə olmuşdu?

Çingiz Abdullayev, yazıçı

Çingiz Abdullayev, yazıçı

26 oktyabr 2021
# 11:01

"Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Çingiz Abdullayev ömründə bəlkə də bircə dəfə yaxşılıq eləyib, sonra o yaxşılığı da bu şəkildə tirajlayaraq özünü tənqid və gülüş hədəfinə çevirib. Şöhrətli, bir saniyədə klaviaturanın 6 düyməsinə vura bilən yazıçı uşağa bir şüşə su verib və bunu 28 milyon nüsxə ilə çap etdirib.

Görünür, biz Çingiz Abdullayevi yaxşı tanımırıq. Dəfələrlə haqqında yazı yazmışam, yazmışıq, xeyri yoxdur, görürəm, yenə də qıraq-bucaqda bu status sahibinin əsrin detektiv yazıçısına aid olmadığına inananlar var. Onlar istəyir açıq-açığına qayıdıb desinlər ki, bəs bu statusu həmin təyyarənin stüardessası yazıb. Hələ bəziləri əlavə də edə bilər:

“Çingiz muallim Azarbaycanca bilmir”.

Təəccüblənənləri də qınamaq olmur, neyləyəsən tanımayıblar Çingiz müəllimi, Dronqonun yaradıcısını.

“26-lar” kafesindəki qalmaqal, rus dili ilə bağlı dediyi yanlış fikir, bir-birinə əks dayanan düşüncələr...

Çingiz Abdullayevin tədbirlərində dəfələrlə olmuşam. Eyni sözləri deyir və uzun illərdir bu dəyişməz olaraq qalır.

Deyir ki, o vaxtı azərbaycanlıları göysatan kimi tanıyırdılar, mən də çıxdım ortaya, bir detektiv yazıb onların payını verdim.

Yazır ki, Dostoyevski detektiv yazıçıdır. Nə bilim, nu bilursunuz da, Fuzuli yaşayubdur filan esrde.

Hər dəfə də onun tədbirindən çıxandan sonra Çingiz Abdullayevin məni təəccübləndirən təfəkkürü haqqında fikir bildirmişəm, ardınca da başlayıblar məni linç eləməyə. Guya Çingiz Abdullayev belə söz deyə bilməz, mən uydururam. Paxıllığım tutur ona. Və s. Və i. a.

İndi bütün sosial şəbəkə əhalisi yığışıb Çingiz Abdullayevə yaxşılıq dərsi keçməyə başlayanda, zarafat eləyəndə gülməyim gəldi. Çünki o, məncə yox, elə doğrudan da bircə dəfə yaxşılıq eləyib. Əslində, heç yaxşılıq da eləməyib. Adi bir şeydi onun yazdığı hadisə. Uşağa su verib. Vəssalam. Gör adam necə bir həyat yaşayırsa, yaxşılığın nə olduğunu da bilmir.

Neyləyək indi?

İşimizi-gücümüzü atıb Çingiz Abdullayev üçün yaxşılıq necə olmalıdır haqqında mühazirələr söyləyək?

Nu, Çinguz muallim, slava Boqu! Axu siz bilmelusuz!

Amma hardan biləsiniz?

Ətrafınız, yan-yörəniz – həyatınızın heç bir anı yaxşılıq kərpicləri ilə hörülməyib.

Çingiz muallim, gəlin elə sizə dahi şairumuz Nizami Gencevidən sitat gətirim:

“Yaxşılıq insanlıq sənətidir”.

Ponimaeş?

P.S. Məncə, o su hadisəsi başqa cür olub. Çingiz Abdullayev bir saniyədə klaviaturanın 6 düyməsinə vura bildiyi noutbuku, bir-iki şüşə su götürüb biznes salona qalxıb. Amma uçuş gecikib və bir saatdan çox təyyarəni gözləyiblər. Yaxınlıqda Çingiz Abdullayevin nəvəsinə oxşayan balaca bir oğlan varmış. O, ağlaya-ağlaya nənəsindən su istəyir və çarəsizcə ətrafa baxırdı. Heç yerdə də su yox.

Dəhşət!

Elə bil səhraya düşmüsən. Nə edəsən? Bu yerdə Çingiz Abdullayev dərhal, son dərəcə dərhal, hadisəyə müdaxilə edib: qoynundan bir şüşə çıxarıb gözünün qorasını sıxan uşağa verib. Nənə də “a kişi, o suya görə ağlamır e, Ayfon istəyir” deyib əllərini narazı-narazı yelləyib və uşağın qulağından yapışıb ordan aralanıb.

Çingiz Abdullayev bir də onda ayılır ki, təyyarədədir, biznes salonda və bayırda bir uşaq nənəsinin ətəyini dartışdıra-dartışdıra ondan nəsə istəyir.

# 12471 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #