Xalqımızı heç vaxt belə görməmişdim  

Xalqımızı heç vaxt belə görməmişdim  
1 oktyabr 2020
# 11:33

Liberal dəyərlər, fikir plüralizmi, humanizm, lap belə pasifizm müasir insana xas, demokratik cəmiyyətləri təşkil edən vacib məfhumlardır.

Buna heç kimin şübhəsi yoxdur.

Lakin elə bu ifadələrin içində məxsusi işlətdiyim plüralizm heç bir fikrin mütləq həqiqəti əks etdirmədiyinin sübutudur.

Dünyada nə qədər insan var, o qədər fikir ola bilər.

Bəs necə edək ki, hər ağızdan bir avaz gəlib cəmiyyətdə anarxiya yaratmasın?

Demokratiya bunu belə tənzimləyir: çoxluğun fikri nədirsə, o da qəbul olunmalıdır!

Qarabağda döyüşlər getdiyi bir vaxtda Azərbaycan toplumunda çoxluq nə düşünür? Məncə sual ritorikdir, çünki cavabını hər kəs bilir.

Xalqımızın 99,9 faizindən də çoxu torpaqlarımızın azad olunmasını təkidlə tələb edir.

Səmimi etiraf edim, Azərbaycan xalqını heç vaxt belə görməmişdim!

Qarabağın xalqımızı öz ətrafında yumruq kimi birləşdirəcək ən vacib məsələ olduğunu ilk gündən bilirik...

Lakin bu ideyanın 30 il sonra da insanları məhz bu şəkildə təsirləndirib 7-dən 70-ə ayağa qaldıracağı heç vaxt ağlıma gəlməzdi.

Biz pandemiya dövrünü yaşayırıq. Sirr deyil ki, dövlət, müxtəlif təşkilatlar, mütəxəssislər, dünya mediası ardıcıl təbliğat aparsa da biz karantin qaydalarına hamılıqla və tamamilə əməl etmədik.

Qarabağ təbliğatsız-filansız hər bir Azərbaycan vətəndaşını müsəlləh əsgərə çevirdi.

Səbəbsə sadədir: ədalət bizim tərəfimizdədir!

Əgər, 15 il əvvəl bu həqiqəti beynəlxalq ictimaiyyətə lazımınca çatdıra bilməmişdiksə, indi hamı hər şeydən agahdır.

Bizi istəyən də, istəməyən də.

Dost da, düşmən də.

Qarabağın istiladan azad olunması Azərbaycan xalqının iradəsidir.

Müzəffər ordumuz da bu iradəni təmsil edir.

Mən Aprel döyüşləri vaxtı bir yazımda yazmışdım: dövlət sərhədlərimizin tamamilə bərpasına qədər Haqq bizim tərəfimizdədir. BMT-nin məlum qətnamələrində də bu həqiqət lazımınca təsbit olunub.

Əmin olun, əgər Qarabağın azadlığından sonra ordumuz dövlət sərhədlərini pozub, BMT-nin rəsmən tanıdığı hansısa ölkənin ərazisinə hücum etsə, ən birinci pasifist mövqeni mən nümayiş etdirəcəyəm.

Öz adım kimi əminəm, Azərbaycan xalqının və Azərbaycan dövlətinin heç bir zaman belə bir niyyəti olmayıb, yoxdur və olmayacaq.

Biz ədalət istəyirik!

Lakin son 26 ildə istədiyimiz kimi yox...

Bu dəfə 26 il bizə verilməyən haqqı özümüz alacağıq.

İgid Azərbaycan oğullarının canı-qanı bahasına...

Dünyanın pozulmayan bir hikməti var – insan bir nəsnəni canı-qanı bahasına istəyirsə, Tanrı mütləq onu ona hədiyyə edir.

Mənim istəyimizdəki səmimiyyətə şübhəm yoxdur, demək Böyük Qələbə qaçılmazdır.

On illərdir qan-yaş tökən xalqımızın sevinc göz yaşları axıdacağı gün yaxındadır...

# 2947 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #