Hələ videosu çıxmayan Hüseynbalalar

Hələ videosu çıxmayan Hüseynbalalar
22 aprel 2021
# 16:36

Gündəmi tez bir zamanda özünə çəkən mövzular olanda axına kəllə vurmazdan əvvəl dörd-beş addım kənara çəkilib baxıram. Ki, görəsən hansı əhəmiyyətli hadisəni kölgələdik?!

Eks millət vəkili, eks kafedra müdiri, yazıçı, YAP-ın Xətai rayon təşkilatının sədri, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü Hüseynbala Mirələmov həm də bir çox dərs vəsaitlərinin müəllifidir.

Bu qədər işgüzar və istedad sahibinin katibəni əlləməsi hadisəsinə təbəsssümlə yanaşsam da bu tip videoların yayılmasının əleyhinəyəm.

Görüntülərdə əl sahibinin və əlin toxunduğu səthin sahibəsinin razı qaldığı aşkar görünsə də monitorda açıq danışıq pəncərələrini görən qadın mat qalır.

76 yaşında nə vacibdir bu qədər posta, vəzifəyə sahib olasan?

Sənin axı yüz gəncin pulu qədər malın-mülkün var, niyə gedib nəvələrini oynatmırsan?

İndi nanotexnalogiyalar dövrüdür. Və sən - Hüseynbala müəllim, "Nanotexnologiyalar və nanokimyanın əsasları" adlı kitabın müəllifisən.

Kimə yazdırmısan o kitabları?!

Məgər sən bilmirsən ki, noutbuklardan tutmuş, əlimizdəki smartfonlara, qapı zənginə, saatımıza qədər hər şeylə insanları izləmək, anidən ifşa etmək mümkündür?!

Bilməmiş olmazsan.

Sadəcə, son 30 ildə hər şeyi pulla əldə etmisən, susdurmusan, almısan. Elə bildin, Hafiz Hacıyev “Yutub”un direktorunun nömrəsini axtaran kimi sən də qlobal internetin direktoruna zəng edib məsələni həll edəcəksən?!

Belə şeyləri kitab yazdırdığın adamlarla məsləhətləşəydin gərək.

İndi baxıram, səni yerli qismində, nə vaxtsa köməyi dəymiş adam qismində təmizə çıxarmağa çalışırlar.

Alınmaz!

Onu da deyim ki, sən bu video ilə çirklənməmisən.

Qətiyyən!

O qədər adamlar var ki, daha alçaq, daha vicdansız, daha şərəfsizdirlər.

Sadəcə, videoları yoxdur.

Sən ona görə çirklisən ki, 76 yaşında vəzifədən, səlahiyyətdən, onun gətirdiyi süni avantajdan əl çəkməmisən.

Əlini bir dəfə xeyirliyə uzatmaq istədin, onda da belə!

Əlin hansı hadisəni kölgələdi?!

# 4196 dəfə oxunub

Oxşar xəbərlər

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

14:25 6 mart 2025
"10 dəqiqədən artıq baxa bilmədim"

"10 dəqiqədən artıq baxa bilmədim"

13:15 6 mart 2025
Sevdiyin qızı vermirlər?

Sevdiyin qızı vermirlər?

21:00 3 mart 2025
Dünyanın sonu yaxınlaşır?

Dünyanın sonu yaxınlaşır?

09:00 28 fevral 2025
O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

15:00 25 fevral 2025
# # #