Günəmuzd işləyənlərin ölümlə rəqsi

Günəmuzd işləyənlərin ölümlə rəqsi
30 mart 2020
# 12:44

Girişsiz və vaxt itirmədən birbaşa mətləbin düz ortasına keçmək istəyirəm. Son günlər apardığımız “evdə qal” çağırışına ironiya ilə yanaşan, hətta aqressiv münasibət bildirən adamlar haqda fikrimi ümumiləşdirəcəyəm. İki arqument mövcuddur: “Bizə virus heç nə edə bilməz iddiasında olanlar və “Günəmuzd işləyənlər neyləsin?” – soruşanlar.

Birincilərə təsir etmək imkanım sıfıra bərabər olduğundan tələsik ikinci arqument üzərinə qayıtmaq istəyirəm.
“Bəs uşaqlarımız nə yesin?” fikri ilə özünü təhlükəyə atanlar, doğrudanmı düşünmürsüz ki, virus aclıqdan daha təhlükəli, daha öldürücü və ondan fərqli olaraq üstəlik yoluxucudu? Həyatınızla rəqs etdiyinizin fərqindəsinizmi, əminsizmi ki, axşam evə qayıdanda uşaqlarınıza təkcə çörək yox, virus da aparmayacaqsız? Onları yetim qoymaq təhlükəsi də sizə heç nə demirmi?

Belə təsəvvür edək ki, ətrafı yırtıcılar bürüyüb, qaçıb evlərdə gizlənmək lazımdı. Neyləyəcəksiz, fədakarlıqmı edəcəksiz, əlbəttə yox. Deməli, siz pandemiyanı ciddiyə almırsız, təhlükənin miqyasını təsəvvür eləmirsiz.
Əvvəlcə evdə qalın, sonra haqqınızı tələb edin, dövlətdən kömək, imtiyaz istəyin, amma bütün bunlardan əvvəl qaydalara uymaq lazımdı. Cəmiyyəti təhdid eləmək vicdanlı və ədalətli mübarizə yolu deyil, cığallıqdı. Qadağaları pozmaq kimi, maşının baqajında postu keçmək kimi, təcili tibbi yardım maşınında sərnişin daşımaq kimi, zəncəfilin qiymətini qırx beş manata qaldırmaq kimi.

Və siz, “Bəs günəmuzd işləyənlər nə yesin?- deyə şivən qoparanlar, özü evdə oturub, bayırdakıların qoltuğuna qarpız verənlər, indiyə qədər heçmi ətrfınızda günəmuzd işləyənlər, quru çörəyə möhtac qalanlar, işsizlər, xəstələr, kimsəsizlər, ailə başçısını itirənlər yox idi? Bu adamların faciəsi üzərində ssenarilər qurmayın, gizləndiyiniz pərdənin arxası burdan baxanda da görünür.

Biz həyat şəraitimizi yaxşılaşdırmaq uğrunda sivil mübarizə aparmaq əvəzinə əlimizə fürsət düşəndə əvəz çıxmağı seçirik. Biz, yəni, bayram günləri rayonlara gediş qiymətini ikiqat artıran sürücülər, tıxacda bir az qabağa düşmək üçün ölümlə rəqs edən avtoşlar, pandemiya zamanı spirt satışını şəxsi biznesinə çevirən dəllallar, bəli, biz buyuq. Ekstrimal vəziyyətləri şəxsi gəlir üçün münbit şərait hesab edənlər.

Amma indi vəziyyət bir başqadı. Bütün dünyanın maddiyyatdan bir göz qırpımında imtina etdiyi bir vaxtda kiçik gəlirlər üçün böyük səhvlər etməyək. O məşhur cizgi filmində deyildiyi kimi : “Yeri deyil!”

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #