15 yaşlı oğlan anasını niyə öldürdü?

15 yaşlı oğlan anasını niyə öldürdü?
21 aprel 2022
# 11:30

Gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək.

Salam Sarvan


“15 yaşlı oğlan küçədə anasını bıçaqla qətlə yetirib”.

Bu soyuq xəbər başlığını görəndə yadıma illər əvvəl dostumuzun danışdığı bir hadisə düşdü. Danışırdı ki, xalam bizə gəlmişdi, qonşuda baş verən faciələri bircə cümlənin içində danışıb mətbəxə keçdi, qollarını çırmalayıb xəmir açmağa girişdi.

Mən bir dostumun intihar xəbərini də soyuq bir başlığı olan xəbərdən oxumuşdum. Daha doğrusu, o xəbəri mənə bir dostumuz göndərdi və soruşdu: “Bu, odur?”

O idi...

Xəbər başlıqları, teleqramlar, tərcümeyi-hallar insan ömrünün biganəliyini ifadə edən və onu heçə sayan ən bariz nümunələrdir. “Filankəs öldü”, “Toyumuzdur. Təcili icazə al, gəl”, “O, 1987-ci ildə filan kənddə anadan oldu...”

O vaxtlar bu cür xırda detallar mənə dəhşətli təsir edirdi. Zamanla bu təsir içimdən köçüb haralarasa uçmağa başladı. Özüm özümdən utandım. Dedim ki, getdikcə daşa çevrilməkdəyəm.

Təəssüf ki, indiki dünyada, Metaversin ayaq səslərinin eşidildiyi bu monoton dünyada yavaş-yavaş öz uşaqlığımızı itirmək üzrəyik. Uşaqlığını itirən dünyada yaşamaq çətin olacaq. Uşaqlığını itirən 15 yaşlı bir oğlan küçədə anasını bıçaqlayacaq və hər şey ordaca bitəcək.

15 yaşlı uşağı anasını öldürməyə vadar edən səbəblər nədir? İndiki uşaqların uşaqlığı ilə çoxdan vidalaşmağımı?

İndiki uşaqlar birdən-birə böyüyür.

Onlar heç vaxt uşaq olmurlar, əslində.

15 yaş isə artıq həyatı yavaş-yavaş dərk etmək yaşıdır.

Deyirlər, anasını qısqanclıq ucbatından bıçaqlayıb.

“Yaxşı oğlanlıq” fəlsəfəsinin təsiri altında qalıb, bəlkə də.

Səbəbləri özü bilir və o səbəblərin heç biri öldürməyə haqq qazandıra bilməz.

Bəlkə də, bu dünyada ən gözəl sözdür: “Öldürmə!”

Rafiq Tağının da ən çox sevdiyi söz idi – Öldürdülər onu.

Dünya saflığından uzaqlaşdıqca, uşaqlığı içində öldürdükcə hər şey bizim üçün adiləşəcək.

15 yaşlı uşağın anasını küçədə öldürməsi kimi...

# 6130 dəfə oxunub

Oxşar xəbərlər

Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
# # #