1 manatdan pul yığıb toy edən cütlük

1 manatdan pul yığıb toy edən cütlük
9 dekabr 2019
# 11:30

Xalq şairi Sabir Rüstəmxanlı milli adətimizdən - toylardan geniş post paylaşıb. Statusda deyilir: “Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər... Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların şadlıq evlərində də stulun biri 100-200 manat arasında. İnsan də özü özünə belə zülm eləyər? Verilən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə, nə vardı ki! Qazan, doldur toyxana mafiyasının ciblərini!”

Sabir müəllimin biz gənclərin ürəyinə su səpən fikirlərini gecikmiş hesab etsəm də, paylaşım feysbukda müzakirələrə səbəb oldu. Fikirlərə razılıq təbii ki, ədəbiyyat adamlarından gəldi. Cəmiyyətin nəyinə gərək fərdi fikir? “Palaza bürün, ellə sürün” düşüncəsi hələ çox yaşayacaq, hələ çox canlar ağrıdacaq. Doğurdan da, nəyə gərək bu qədər xərc? Cəmiyyətimiz əyləncəni, sevinci niyə yeyib-içməkdə görür? Nə vaxta qədər biz kababdan yeyib, qarnımıza sığal çəkəcəyik? Nə vaxta qədər yeni gələn nəsil mənasız, mental dəyərlərin qurbanı olacaq?

Mən özüm də vaxtı ilə toyları baykot eləmişdim. Təəssüf ki, toyun qurbanlarından birinə çevrildim. “Damba-durum”, səs-küy, ağız deyəni qulaq eşitmir, içib dalaşan adamlar və ilaxır... Şəxsən etiraf edirəm ki, toy elədiyimə peşmanam. Maddi ehtiyaclardan dolayı mentalitetin qurbanı oldum. Halbuki pulum olsaydı, yoldaşımla öz dostlarımızı yığıb balaca bir məclis düzəldərdik. Açıq havada, təbiət qoynunda 3-4 saatlıq bir əyləncə düzəldərdik. Bir çox Azərbaycan gənci ya mentalitetin təsiri, ya da maddi problemlərə görə toy qurbanı olur. Mən demirəm ki, toy etməyək. Edək. Ancaq sivil insanlar kimi, adam kimi. Aclıqdan çıxmışıq? Hərdən düşünürəm ki, bizim cəmiyyət mədədən ibarətdir. Onlar yaşamaq üçün mədələrinə ərzaq boşaltmaqla ömürlərini keçirdirlər.

Cəmiyyətimiz toydan, yasdan, hoppanıb-düşməkdən, qeybətdən ibarətdir. Özümüzü zibilə salmışıq. İki insanı birləşdirəcəyik deyə, 500 adamı bir yerə yığırıq, şəkillər çəkdirir, fasiləsiz yemək yeyirik, araq içirik, dava salırıq, ofisiantların cibinə pul basırıq. Nə vaxta qədər belə olacaq? Bu nə hoqqadır, anlamaq mümkün deyil. Qohumundan tutmuş, ofisianta qədər hamı hər şeyə burnunu soxur. Toydan sonra isə qurbağa gölünə daş atılır. Hamı yoxa çıxır. Biz bəlkə də yeganə cəmiyyətik ki, iki nəfər yox qohumlar da evlənir.

Evlənmədən öncə yoldaşımla cəmiyyətin ən həssas yeri olan “evlənmək” məsələsinə münasibətini öyrəndik: şəhərin canına düşüb adamlardan bir manat istəyəcəkdik. Deyəcəkdik ki, biz dilənçi deyilik, evlənirik, toya pul yığırıq. Hər adamdan 1 manat. Yarım saat şəhərdə gəzdik, adamlara yaxınlaşdıq. Və nə az nə çox 60 manat pul topladıq. Düşündük ki, toplum evliliyi necə də müqəddəsləşdirib, toxunulmaz edib. Bəs onda niyə bu qədər çox boşanmalar mövcuddur? Niyə ərli qadınların əksəriyyəti evliliyindən mutsuzdur? Yaxud da kişilər? Sualların cavabını özünüz yaxşı bilirsiniz...

# 5922 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #