Buzları sındıran qız

Buzları sındıran qız
16 may 2011
# 10:02
“Avrovisiya” yarışmasında qalib olduq.

Evlərində televizya qarşısında sevinənlərdən savayı şəhərə çıxanlar oldu. Onlar ilk dəfə bir qızın köynəyini soyunaraq sevincini biruzə verməsinin də gördük. Bu mənzərə qələbənin şokuna daha bir şok əlavə elədi.

“Əli və Nino”nun birinci səhifəsindən gələn bir dilemma yenidən aktuallaşdı.

Əcəba biz Avropalıyıqmı? Ya Asiyalı?

Birini seçməliyik. İkisi olmaq mümkün deyil.

Qərbli olmağımızı istəyənlərimiz azdı.

İkinci qismi bildik əlbəttə.

Üçüncü qism isə qərbdən yaxşını götürək pisini saxlayaq janrında danışır. Bu lap yeməyin ətini yeyib suyunu saxlamağa bənzəyir.
Əsrin əvvəllərində Bakının neft mərkəzi olması onu daha çox avropalaşdırdı. Milyonçularımız Avropa dəyərlərinə biganə deyildilər. “Opera və Balet teatrı” bir müğənninin sifarişi ilə bir ilə tikildi.

Sovet dövründə “şərqli-qərbli” məsələsi tartışılmasa da açıqca Avropa olduğumuz hiss olunurdu, ən azı Moskavanın təsiri vardı.
Müstəqillik dövründə bu mənzərə bir xeyli dəyişdi. Yetmiş ildə qadağan olunmuş və bir çoxları üçün hətta əlçatmaz olan dini ayinlər və bilgilərin artıq hər kəsin məşğul olacağı bir iş oldu.

Məktəbdə kitab üzünü açmağa nifrət edənlər Quran oxuyan oldular. Belədə dindardan çox mövhümatçı olmaq mümkün. Təhsilin səviyyəsinin aşağı düşməsi də digər tərəfdən kütləvi savadsızlığa və nəticədə bu savadsızlığın boğularkən yapışacağı saman çöpünün “mentalitet” olmasına rəvac verdi.

Bütün bunların nəticəsində Azərbaycan bir xeyli mühafizəkarlaşdı. Azərbaycanın İran olmasını istəyənlərin sayı xeyli artdı.
“Parni iz Baku”nun on il əvvəlki tamaşalarına təkrar baxanda cəmiyyətimizin bu dövrdə keçdiyi mərhələni apaydın sezmək mümkün. Bu tamaşalara bir daha baxanda bir şeyi deməyə bilmirsən. On il əvvəl nə əcəb belə demək, açıq-saçıq, vulqar danışmaq min nəfərin qarşısında “gələ” işarəsini gösrətmək mümkün idi?

Qısası, son illərdə biz əsl Şərq ölkəsinə çevrilmə yolunda addımlayarkən birdən Bakının ortasında bir qız sevincini qeyd etmək üçün soyunur. Heç bir kompleks keçirmədən. Eyforiya qapılmış kütlə də sevinc içində ilahə bütü ətrafına yığışar kimi onun başına yığışıb şənlənir. Sevincinə qatılıb soyunanlar belə olur.

O qızın soyunması dəyərləri sındırdı. Baxın, o cəmiyyətin adətən “müğənnidir də” deyib keçdiyi bir adam deyil. Bu siravi bir adamdır. Cəmiyyətin içindən çıxmış biri.

Onun soyunmağı, üstsüz görünməsi bir müğənninin soyunmasından daha təsirlidir. O qızın soyunması mentalitet, milli dəyərlər buzlaqları içində donub qalmış bir gəmini işə saldı.

Soyunmaq bir Avropa dəyəri deyil. Demokratiya, insan azadlığıdır Avropa dəyəri. O qızın da sevincini bu cür ifadə etməsinə imkan verən bir dəyərdir.

Bizim də qismətimiz beləymiş. Avropa dəyərləri bizə bu formada gələsi oldu. Bir Avropa yarışmasında qalib olmağımız da hələ avropalı olma şansımızın qalması deməkdir.


P.S. Əksini fərz edənlər nədən o qızın bu qədər diqqət çəkməsini də bir düşünsünlər.
# 4417 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #