Şairin kitabı

Şairin kitabı
3 may 2011
# 10:40
Ötən bazar gənc şair, qlamur görkəmli antiqlamur Cəlil Cavanşirin yeni kitabı “Undergraund sevgilər” in təqdimatı keçirildi. Bazar günü istirahətini kitabla bağlı bir tədbirə yığışıb ədəbi çevrədə keçirmək çox gözəldi.

Cəlil şerləri kimi anderqraund deyilmiş. Hər çevrədən adam vardı təqdimatda. İstər AYO-çular, istər AYB-çilər, istər Çölçülər, istərsə də özünü heç bir qrupda, birikdə, təşkilatda görmək istəməyən yazar və şairlər. Bu yaxşı dı. Sevindiricidi.

Cəlil Cavanşirin kitabının təqdimatından sonra eyni məkanda –“Əli və Nino” kafesində bu dəfə Qaraqanın yeni kitabının təqdimatı keçirilirdi.

Kitabla bağlı tədbirlər hər zaman təqdirəlayiqdir. Bir neçə il əvvəlki kimi cəmiyyətdə kitaba maraq sıfır deyil. Kiçik həcmdə də olsa tez –tez kitab təqdimatları, imza günləri keçirilir, intensivləşir. Ən əsası da bu tədbirlərə təkcə ədəbiyyatla birbaşa bağlı olan adamlar deyil, oxucular da qatılırlar.

Cəlil Cavanşirə kitabını imzalatmaq üçün əvvəl gərək kitabı alaydın. Müəllif heç kimə kitab bağışlamırdı. Əvvəllər isə belə deyildi. Müəllif kitabını bağışlayırdı.

Müəllifin kitabı yazmaq üçün çalışması, əziyyətə qatlanması, sonra nəşri üçün səyi bir yana hələ üstəlik oxucuya da bağışlamalı idi. Bu çox yararsız ənənə idi.

Bir bərbərin havayı baş qırxmasına bənzəyir. Ya da bir gülçünün becərdiyi çiçəkləri küçədə havayı paylaması kimi ağlasığmaz kimi bir şeydir.

Müəllifin kitabını almaq onun zəhmətinə verilən dəyərdi. Ona haqqını verməkdi. Artıq müəllifin kitab bağışlaması kimi əhəmiyyətsiz ənənələri unutmaq vaxtıdır. Kitabı kitabxanadan alaq.
Bununla kitab müəlliflərimizə dəstək oluruq. Bir kitabı müəllifdən hədiyyə deyil, kitabxanadan almaq ondan növbəti kitabı gözləmək deməkdir. Necə gözəl istəkdir.

Cəlil Cavanşirin yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun şerlərinin vahid strukturlu olmasıdır. Bir misra ilə Cəlili anlamaq çətindir. Onun şeri bir tablo, bir film kimidi, kiçik bir hissəsindən almaq olmur.

Onun şerini anlamaq üçün gərək şeirin hamısını oxuyasan. Onda göz önündə bütün mənzərə canlanır. Onun anderqraund qəhrəmanları fahişələri, küçə itləri, nakam sevgiləri, oteldə intihar etmək istəyən şairləri günəşə doğru can atan çiçək kimi bax o zaman boylanır misralar arasından .

Buna görə də Cəlilin şerlərindən bir parçanı yazıya epiqraf verməkdən vaz keçdim. Filmdən bir parçayla filmi anlamaq olmaz.

Gərək filmə tam baxasan.
# 909 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #