Oktyabr qeydləri

Oktyabr qeydləri
23 noyabr 2012
# 09:00

Elə yaz ki, nəsə anlasınlar. Özün üçün yazsan da.

Ədəbiyyatımızdakı, kinomuzdakı, mədəniyyətimizdəki saxtalıq məişətimizdən, yaşamımızdan, gündəlik həyat tərzimizdən gəlir.

Hiss eləmədiyimizi yazırıq, yaşamadığımızı çəkirik, duymadıqlarımızı oxuyuruq.

Milli xarakterimizi, qabımızda olanları ciddi-cəhdlə gizlətməyə çalışırıq.

Həyatda başqa, kitablarda, kinoda, səhnədə nə bilim adam arasında tamam ayrı cür oluruq.

Yad ritmdə, özgə diyarda da ala-bəzək, başdan ayağacan parodiya.

Bəzən bir əsərə, eşitdiklərimizə əsaslanaraq anladıq-anlamadıq olduğundan artıq qiymət veririk.

Müəllifin avropalı, yaxud amerikalı, qısası əcnəbi olması bu dəyəri bir az da artırır.

Təbliğat da, ad da, piar kampaniyası da öz işini görür.

Oxuyandasa mat qalırsan. Baxırsan normal bir əsərdir.

Ancaq bu boyda söz-söhbətə, hay-küyə, atəşfəşanlığa dəymir, gözlədiyin deyil.

Xaricin şor satanını, bağ daşını qaldırmaq köhnə adətimizdir. Qıraqdan gəlmə nə varsa, ən səviyyəsiz şeyi belə çağdaşlıq sayırıq.

Avropadan gəlib, qurtardı getdi (Bu xasiyyətimiz təzə deyil. Yəqin ki, sovet dönəmində, mağazalarımızda o vaxtın dili ilə desək altdan satılan “yerevanski” ayaqqabılara olan hörmət, izzət, məhəbbət çoxlarının yadındadır).

Buna əsla darılmıram, ancaq gerçək bu ki, indi meydan yamsılayanların, imitasiya edənlərin, çəpik çalanların, özfəaliyyətlə məşğul olanların tapdağındadır.

Vaxt da onlarındır, baxt da, elə taxt da. Bu gün orta adamların zamanıdır. Bir mahnıda deyildiyi kimi.



Baş-ayaq Pikasso

Bir neçə ay qabaq televizyonda rəsm sərgisi göstərilirdi.

Respublikanın tanınan və bu gün adı tez-tez çəkilən bəzi iş, sənət və dövlət adamları da orada idilər.

Rəsmlərə baxa-baxa çox ciddi və işgüzar şəkildə nəyisə müzakirə edirdilər.

Özlərini elita sayan bu ala-bəzək xanımlara və boynu kəpənəkli kişilərə acıdım.

Yadıma Pikasso ilə bağlı bir olay düşdü.

“De Mai”də ya da “Realite Novel”də rəsm sərgisi keçirilirmiş.

Burda Pikassonun da əsəri var imiş.

Gəlib baxanlarsa təbii ki, elə-belə adamlar deyilmişlər.

Sənətçilər, yazıçılar, ziyalılar və s.

Ancaq sonradan necəsə məlum olur ki, Pikassonun əsəri baş-ayaq asılıb.

Və bunu heç kəs bilməyib.

Hətta əsər qarşısında dayanıb, ona baxan və müdrik poza alıb, ağıllı-ağıllı fikir söyləyən sənət biliciləri belə.

Gözümün qabağına gəlir indi bu gülməli səhnə.

Siz də təsəvvür eliyin bu cür əvəzsiz, nadir mənzərələr bizdə istənilən qədərdir.

Özümüzü hər şeyin bilicisi, uzmanı kimi göstərib gülünc vəziyyətə qoymayaq. Qısası bu...

Bəs kitab mağazası?

Hər gün Azərbaycanın durmadan, dayanmadan inkişafı, iqtisadi sıçrayışı haqda oxuyuruq, xəbərləri eşidirik.

Ancaq qəribədir bu boyda inkişafın qarşısında rayonlarımızın əksəriyyətində kitab mağazası cəhənnəm, hansısa mağazada balaca bir kitab bölməsi də yoxdur.

Yəqin bu da inkişafın göstəricisidir.

Soruşandasa eşidirik, sərf eləmir, bilgisayar ola-ola kitaba nə ehtiyac.

Ona qalsa gərək yaponların kitabı çoxdan bağlanaydı.

# 2911 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #