Aramızda prezervativdən səbəblər
22 oktyabr 2012
13:58
Şüşələr,
boşalmış şüşələr…
Axx, bu mahnıların bəstəçiləri
adamın əlinə düşələr…
Qutular,
əzilmiş qutular…
Mən təzə bilmişəm,
sən demə danışa bilmirmiş fotolar ?!
Mesajlar,
köhnə mesajlar…
geri dönüşü olmayan xoş günlər,
xatirələr – rəngbərəng mirajlar…
Məzarlar,
buz kimi məzarlar …
Nə çoxdu dünyada mərmər,
birinə də mənim adım yazılar…
Rastlaşanacan...
Sənəcən mən
özümün üstünə boşluğu gəlirdim,
sıfır çıxırdım özümdən,
otaqlara bölürdüm özümü, küçələrə vururdum…
bütün cavablarda bir eləyərdim,
tək olurdum.
ciblərimin qaranlığına basdırmışdım əllərimi,
eynəyimə qədər darıxırdım…
sənəcən mən
gecələri əzbərləyirdim ulduz-ulduz,
Bakını üşüyürdüm küçə-küçə…
gözlərin yoxuydu hələ
hələ səsin yoxuydu
dünənkinə bənzəyirdi axşamlar,
günlər dünənkinə bənzəyirdi.
Ömürlər adiydi, adamlar adi
aramızda prezervativdən səbəblər…
sənəcən mən
yolları ayaqlarıma,
susmağı dodaqlarıma geyinirdim.
hər il uçurumlara atırdım martın 15-ni…
bütün saatları tələsirdi dünyanın,
bütün nömrələri sənsizliyə məşğul…
indi dəqiq bilirəm,
dünyada bircə ölçü var,
bircə ölçü – GÖZ YAŞI.
Qalanları azdramadı…
Problematik şeir
Nə qədər çox
“unuda bilmərəm “ –deyirsə adam
qədər tez unudur.
Kədərli görünməsi isə
bu qədər tez unuda bildiyinə
çaşıb qalmağıdı ancaq.
Yəni ki,
bütün problem
unuda bilməmək yox,
əslində unutduğunu qəbul
etməməkdi.
Problemsizliyin problem olması halıdı bu.
Nə qədər çox
“unutmağa nə var ki…” - deyirsə adam
o çətin unudur hər şeyi.
Gülərüz görünməsi isə
unutmağı bacarmamağından
utanmasıdı ancaq.
Yəni ki,
bütün problem
unutmağın asanlığı yox,
əslində unutmağı
bacarmamağın utancıdı.
Problemin problem olması halıdı bu.
Klassika məşqləri-XXXIV
Bir gün mən olmasam, dərdimi sevsən,
Vurulsan dərdimə, dərd əziz olar.
Dərdimdən kiməsə ərə də getsən,
Əliboş getməzsən, dərd cehiz olar.
Bilirəm, çətindi qəlbi ovutmaq,
Gözündə sellənən yaşı qurutmaq.
“Unutdum”- deyərsən, amma unutmaq,
“Unutmaq” sözündən çox qəliz olar.
Mənim başlamadan bitir döyüşüm…
Çəkil, öz gözümdən bir az da düşüm !
Sənsiz sağ qalaram,
sağ görünüşüm-
Hətta Allaha da sürpriz olar…
azlit.net
boşalmış şüşələr…
Axx, bu mahnıların bəstəçiləri
adamın əlinə düşələr…
Qutular,
əzilmiş qutular…
Mən təzə bilmişəm,
sən demə danışa bilmirmiş fotolar ?!
Mesajlar,
köhnə mesajlar…
geri dönüşü olmayan xoş günlər,
xatirələr – rəngbərəng mirajlar…
Məzarlar,
buz kimi məzarlar …
Nə çoxdu dünyada mərmər,
birinə də mənim adım yazılar…
Rastlaşanacan...
Sənəcən mən
özümün üstünə boşluğu gəlirdim,
sıfır çıxırdım özümdən,
otaqlara bölürdüm özümü, küçələrə vururdum…
bütün cavablarda bir eləyərdim,
tək olurdum.
ciblərimin qaranlığına basdırmışdım əllərimi,
eynəyimə qədər darıxırdım…
sənəcən mən
gecələri əzbərləyirdim ulduz-ulduz,
Bakını üşüyürdüm küçə-küçə…
gözlərin yoxuydu hələ
hələ səsin yoxuydu
dünənkinə bənzəyirdi axşamlar,
günlər dünənkinə bənzəyirdi.
Ömürlər adiydi, adamlar adi
aramızda prezervativdən səbəblər…
sənəcən mən
yolları ayaqlarıma,
susmağı dodaqlarıma geyinirdim.
hər il uçurumlara atırdım martın 15-ni…
bütün saatları tələsirdi dünyanın,
bütün nömrələri sənsizliyə məşğul…
indi dəqiq bilirəm,
dünyada bircə ölçü var,
bircə ölçü – GÖZ YAŞI.
Qalanları azdramadı…
Problematik şeir
Nə qədər çox
“unuda bilmərəm “ –deyirsə adam
qədər tez unudur.
Kədərli görünməsi isə
bu qədər tez unuda bildiyinə
çaşıb qalmağıdı ancaq.
Yəni ki,
bütün problem
unuda bilməmək yox,
əslində unutduğunu qəbul
etməməkdi.
Problemsizliyin problem olması halıdı bu.
Nə qədər çox
“unutmağa nə var ki…” - deyirsə adam
o çətin unudur hər şeyi.
Gülərüz görünməsi isə
unutmağı bacarmamağından
utanmasıdı ancaq.
Yəni ki,
bütün problem
unutmağın asanlığı yox,
əslində unutmağı
bacarmamağın utancıdı.
Problemin problem olması halıdı bu.
Klassika məşqləri-XXXIV
Bir gün mən olmasam, dərdimi sevsən,
Vurulsan dərdimə, dərd əziz olar.
Dərdimdən kiməsə ərə də getsən,
Əliboş getməzsən, dərd cehiz olar.
Bilirəm, çətindi qəlbi ovutmaq,
Gözündə sellənən yaşı qurutmaq.
“Unutdum”- deyərsən, amma unutmaq,
“Unutmaq” sözündən çox qəliz olar.
Mənim başlamadan bitir döyüşüm…
Çəkil, öz gözümdən bir az da düşüm !
Sənsiz sağ qalaram,
sağ görünüşüm-
Hətta Allaha da sürpriz olar…
azlit.net
5334 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024