“Mexiko - Ochenta y seis” və kərpickəsən müəllim
14 sentyabr 2012
10:28
“Elə bil, dünən idi” silsiləsindən
Elə bil, dünən idi, Maradonanın od-alov vaxtlarıydı, futbol meydançasında topu ayağına alanda sanki qaçmırdı, yüz litrlik çəllək, yaxud yel aparan kətyan kolu kimi diyirlənirdi. Bütün dünyada olduğu kimi, kəndimizdə də futbol azarkeşləri hər gün yığışdıqları parkda, ya qoşa çinarın altında, ya da üç çinarın sərin kölgəsindəki çayxanada çay içə-içə, şahmat, nərd, domino oynaya-oynaya Maradonadan danışırdılar. Meksikada keçirilən dünya çempionatı yeni başlamışdı. Bu çempionatın əslində Maradonanın çempionatı olacağından, onun əl ilə qol vuracağından, Argentina millisinin dünya çempionu adını qazanacağından hələ xəbərsiz idik. Amma hamımız bu tösmərək, tökməbədən, saçı qarğa yuvasına oxşayan futbolçuya istər-istəməz azarkeşlik edirdik.
Əlbəttə, SSRİ yığmasının qələbəsini daha çox arzulayırdıq. Yay tətilinə gəlmiş tələbələrin, bir neçə il öncənin məzunlarının, kənd ziyalılarının arasında gedən söhbətdə baş məşqçi Lobanovskinin Meksikaya əla heyət apardığını hamı qəbul edirdi. Kiyev “Dinamo”sunun ulduzları əla formada, hər cür tərifə layiq idilər. Ancaq SSRİ yığmasının heyətində əla oyunçuların sırasında adı o zamana qədər heç kəsə bəlli olmayan bir oyunçu da vardı – Vadim Yevtuşenko. Futbolla yanaşı poeziya vurğunu olan kəndçilərimizdən biri deyirdi ki, yəqin bu gədə məşhur şair Yevgeni Yevtuşenkonun oğludur, yoxsa onu “izbornu”ya (sbornaya-yığma) aparmazdılar. Bir çoxbilmiş kəndçimiz də deyirdi, siz bilmirsiniz, əslində o Yevtuşenko “keqebe”nin sukasıdır, onu yığma komandaya nəzarət üçün aparıblar, bir növ “zampolit” kimi, qorxurlar ki, birdən futbolçular Meksikadan Amerikaya-zada qaçarlar.
Əlbəttə, bunlar lağlağı xarakterli söhbətlər idi, amma gerçəkdən də Vadim Yevtuşenko bir-iki oyunda meydana çıxsa da, eləcə o tərəfə-bu tərəfə qaçdı, ayağına top dəymədi, sadəcə, bir sarı vərəqə aldı.
Bax, belə şən, qayğısız, parlaq günlərdəki ənənəvi futbol söhbətləri zamanı ya Umud, ya Şahvələd, ya da başqa biri qəfildən sual verdi ki, o futbol başlayanda bir söz deyirlər ey, “Mexiko oççoni tay seys”, görəsən, o nə deməkdir.
Gerçəkdən də oyunların başladığı vaxt kadr arxasından çox gözəl, əsrarəngiz bir səslə belə bir ifadə səslənirdi və bu, hamıya ləzzət edirdi. Təmiz ispan dilində səslənən sözlərin mənasını başa düşməsək də, hiss edirdik ki, bunsuz həmin mundialın sanki ləzzəti olmazdı. Düzdür, həmin mundial başqa şeyləriylə - Meksika dalğasıyla, meksikalıların qonaqpərvərliyi ilə (yerli azarkeşlər oyunlar zamanı “futbolda olmasaq da, qonaqpərvərlikdə çempion biz olacağıq” kimi iri bir transparant qaldırırdılar) olmuş-keçmiş və bəlkə də olan, olacaq mundialların ən yaxşısıydı.
Həmin kəlmələrin nə olduğu barədə yenə kəndçilərimizin lağlağı damarı yoğunlamaqda, hər ağızdan bir avaz gəlməkdəydi ki, Əli müəllimin silueti Heydərin universamının qarşısında göründü. O, parkın dəmir barmaqlıqlarının o tərəfində olsa da, üzü bəriydi, altmış-yetmiş metr o tərəfdən şahmat oynayanların, çay içənlərin yanına gəlirdi.
Əli müəllim ispan dili müəllimiydi, sualımıza cavab verəcək, mübahisələri kəsəcəkdi. Versiyalardan biri beləydi ki, guya “Mexiko oççoni tayseys”in tərcüməsi “Mexikoya xoş gəlmisiniz” deməkdir. Başqa bir versiya isə “Mexikodan canlı yayıma başlayırıq” idi.
Nəinki kəndimizdə, bəlkə də rayonumuzda yeganə ispan dili müəllimi olan Əli müəllim gəlib yanımıza çatdı. O, kəndimizdə yeganə Əli adlı adam deyildi. O biri Əlilərin birini soyadıyla, birini sənətiylə, birini atasının adıyla, başqa birini ləqəbiylə çağırırdılar, bu Əliyə isə ya “İspan Əli”, ya da “Müəllim Əli” deyirdilər.
O, ispan dilli ölkələrdə sosialist inqilablarının vüsət aldığı dövrlərdə gedib Xarici Dillər Universitetinə daxil olmuş, ispan dili və ədəbiyyatı üzrə müəllim təhsili alıb kəndə qayıtmış və qonşu Şükürbəyli kəndində bir-iki il şagirdlərə ispan dili dərsi vermişdi. Ancaq sonra partiya və hökumət fikirləşmişdi ki, SSRİ-nin İranla sərhəd ucqar rayonlarından birindəki kənddə uşaqlar ispan dilini öyrənsələr, nə olacaq, öyrənməsələr, nə olacaq. Beləcə, Əli müəllimin dərslərini ləğv etmişdilər və kəndimizin, bəlkə də rayonumuzun yeganə ispan dili müəllimi işsiz qalmışdı. Çünki o, gərək ya ingilis, ya da alman dili dərsi verəydi. Xuan Karlos və Konçitanın dilini tədris etməyə ehtiyac yox idi.
Ancaq Əli müəllim pəs etməmişdi, növbəti il Axundov adına Pedoqoji Universitetin qiyabi şöbəsinə daxil olaraq rus dili müəllimi olmaq qərarına gəlmiş, yenə qonşu kənddə dərs deməyə başlamışdı. Qiyabi oxuduğu vaxt o, bir bakılı qızı ilə tanış olub evlənmişdi də. Beləcə, Əli müəllim üç dildə sərbəst danışırdı, üstəlik, arada məzəyə bakılılar kimi, “alə” və ya “qədeş”lə başlayan cümlələr qururdu.
1986-cı ilin iyununda Əli müəllim parkın ortasıyla gəlib yanımıza çatanda biz dərhal bu sualı ona verdik. O, təkrar soruşdu, dedi, düzgün tələffüz edin. Bizlərdən biri cümləni təkrarladı. Onda Əli müəllim dedi ki, söz “oççoni” deyil, “ç” bir dənədir və əslində “oçenta u seys”dir, “Mexiko – oçenta u seys” isə sadəcə “Meksika – səksən altı” deməkdir.
Başa düşdük ki, Əli müəllim ispan dili təhsili alarkən papağını, daha doğrusu, yay-qış başında olan panamasını günə yandırmayıb. “Meksika-86” mundialının qızğın vaxtında, Maradonanın dünyanı heyrətləndirdiyi həmin o yayda Əli müəllimin 38-40 yaşı olardı. O, bizim kirvəmiz idi. Daha dəqiqi, onun böyük oğlu Mənsuru məndən bir yaş böyük qardaşım tutmuşdu. Bu üzdən Əli müəllim ildə iki dəfə Moskvaya və ya Leninqrada gedəndə mütləq ona pul verirdik ki, bizə xarici ölkələrdə istehsal olunmuş köynək, ayaqqabı, kostyum alıb gətirsin. Buralarda elə şeylər qıt idi. O da alıb gətirirdi, intəhası, bəzən ölçüləri səhv salırdı. Onun gətirdiyi Çexoslovakiya ayaqqabısı ayağımızı sıxsa da, “geyildikcə açılacaq” ümidi ilə canımız çıxa-çıxa geyirdik.
Tay-tuşları zarafatla deyirdi ki, Əli müəllimin Leninqradda bir arvadı da var. Bu barədə tay-tuşları bəzən ona sataşanda Əli müəllim gülümsəyib deyərdi: “Alə, alayı söhbetivüz yoxdu?” O, Rusiyaya getməzdən qabaq mütləq uzun saqqalda gəzərdi ki, sifəti çox yanmasın, çünki mal-heyvan saxlayırdı, çöldə-bayırda işləyirdi. Bir “Muravey”i vardı, onunla heyvanlarına ot daşıyırdı. Əli müəllim işlək adam idi. Moskvaya isə guya ki, alverə gedirdi, amma oradan qayıdanda açıqca görünürdü ki, kirvəmiz yaxşıca dincəlib gəlib. Əli müəllim Moskvadan rəngi açılmış qayıdardı. Heç on gün keçməz, işləməkdən yenə kösövə dönərdi, günortadan sonra isə mütləq çinarların dibində ya domino, ya da şahmat oynayardı.
“Meksika-86”-dan düz on doqquz il sonraydı. Əli müəllimi 1993-cü ildən sonra görməmişdim. Hərəmiz bir yana dağılmışdıq, bir-birimizdən xəbərimiz olmamışdı. 2005-ci ilin payızında tale bizi yenə, köçkünlər üçün salınmış qəsəbələrdən birində üz-üzə gətirdi. Seçki kampaniyası vaxtıydı. İqtisadçı dostumuzu xalqa təqdim etmək, yəni tərifləmək üçün xalqın qarşısında çıxışlar edirdik. Doğrusu, iqtisadçı alim özü o qədər maraqlı, ağıllı çıxışlar edirdi ki, bizə o qədər də ehtiyac olmurdu. Belə oldu ki, mən iqtisadçı alimi, əksəriyyəti “Meksika-86”-nı bir bağda yaşadığımız keçmiş kəndçilərimə təqdim edib mitinqin arxa tərəfinə qayıdanda mənə bir “bomj” yaxınlaşdı.
Əynində nimdaş paltar, uzun çal saqqallı, saçı dağınıq bir adam idi. “Kirvə” deyən kimi səsindən tanıdım. Əli müəllim idi. İçim sızıldadı. Tələbəliyimizdə, gəncliyimizdə biz əynimizə düz-əməlli paltarı onun hesabına geyərdik, indi bu nə gün idi, o düşmüşdü. Söhbətləşdik. Məlum oldu ki, saqqalını ərindiyindən qırxmır. (Onda belə bir xasiyyət vardı). Mən ona ərklə dedim ki, sən müəllimsən axı, iki institut qurtarmış, moskvalar, leninqradlar gəzmiş adamsan, bu hal sənə yaraşarmı. Əli müəllim dedi ki, onsuz da müəllim işləmir. “Bəs nə işləyirsən?” “Kərpic kəsirəm. Uşaqlar da kömək eləyir, kəsirəm, quruduram, ev, pəyə tikənlər gəlib alırlar. Müəllimlikdənsə bu yaxşıdır” – dedi Əli müəllim. Yenə içim göynədi. Bu dəmdə başqa bir çoxdan görmədiyim qohum adamla gendən-genə salamlaşdıq. O, məndən yaşlı olduğu üçün özüm onun yanına getdim, hal-xoş eləyib geri qayıdanda gördüm ki, Əli müəllim iki əcnəbi jurnalistlə söhbət edir. Onlar deputatlığa namizəd dostumuzu müşayiət edərək gəlmişdilər və yolüstü acınacaqlı durumda yaşayan köçkünlərə dair telereportaj da hazırlamışdılar.
Jurnalistlərdən biri 28-30 yaşlarında olduqca gözəl qız idi, adı da deyəsən, Veronika idi. Hündürboy, ağbəniz, çox gözəl gözləri olan qız milliyyətcə çex idi, sonradan məlum oldu ki, almanlığı da var. Mən yaxınlaşanda Əli müəllim və jurnalistlər ispanca danışırdılar. Ancaq deyəsən, Veronikanın ispancası Əli müəlliminkinə yetmədi. Çünki qızın təşəbbüsü ilə onlar rusca danışmağa keçdilər.
Jurnalistlər paytaxt Bakıdan 300 kilometr aralıda, üz-gözündən tiyan altında yatan, yüz ilin səfillərinə oxşayan, saç-saqqalı bir-birinə qarışmış kənd adamının birdən-birə iki əcnəbi dildə bu qədər sərbəst danışmasına çaşıb qalmışdılar. Veronikanın gözləri alacalanmışdı, Əli müəllimə heyrətlə baxırdı. Ona kərpickəsən olduğunu deyən Əli müəllim bu durumundan çox məmnun idi, illərdən sonra iki əcnəbi jurnalisti əvvəlcə görünüşü, sonra isə intellekti ilə çaşdırması özünə də ləzzət eləmişdi.
Doğrusu, bu durum mənim də kefimi bir az açdı. Müəllimlə zarafat-zad da elədim, Leninqrad macəralarını yadına saldım. Ayrılıb gedərkən Veronika onunla çox isti-isti sağollaşdı. Maşına minəndə mən yenə ərklə dedim: “Kirvə, saqqal amanatı”. Yəni, üzünü təraş elə, saç-saqqalını qaydasına sal.
Ötən il rayondan gələn qardaşımdan dağılmış kəndimizin adamlarını bir-bir xəbər alarkən Əli müəllimi də xatırladım. Soruşdum. Qardaşım çox sakit səslə dedi: - Əli müəllimin öldüyü üç-dörd ay olar.
- Nədən öldü? – soruşdum. “Serrozdan” – dedi. Əslində isə buna ehtiyac yox idi, mən onu 2005-ci ildə görəndə o, artıq özünü əli həyatdan üzülmüş, günü keçmiş qoca kimi aparırdı. Yadıma düşəndə fikirləşirəm ki, çinarların dibində qalsaydı, o, nə kərpickəsən qocaya çevriləcəkdi, nə də vaxtsız vəfat edəcəkdi.
Bir neçə gün öncə isə Youtube-də Maradonanın videosunu gördüm. O da yaşlaşıb, kökəlib, əvvəlki qıvraqlığından əsər-əlamət qalmayıb. Ancaq daha dünən o da, Əli müəllim də sağlam, gümrah və nəşəli idi. Onların hər ikisini, eləcə də bu sətirlərin müəllifini birləşdirən “Oçenta u seys” kəlməsini eyni gündə, eyni anda eşidib həyəcanlandığımız günlərdən isə cəmi iyirmi altı il keçib. O büsat dağılıb və bir də geri dönməyəcək. Aradan keçən zaman bəzən adama iki yüz altmış il kimi görünür, bəzən də “elə bil, dünən idi” deyirsən...

1991 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024