Ölmədən oxumaq istədiyim beş roman
13 avqust 2012
10:18
Həyatdı. Nə zaman öləcəyimiz bəlli deyil. Oysa nə qədər arzularımız, istəklərimiz var, ölmədən öncə gerçəkləşmələrini istərdik.
Kiminin arzusu sevdiyi ölkələrə səyahət etməkdi.
Kiminin arzusu çox bahalı bir maşın sürməkdi.
Kiminin arzususu “ulduz” qadınla yatmaqdı.
Kiminin arzusu delfinin dilindən öpməkdi.
Hərçənd ölüm anında bunların heç biri yada düşmür, amma yenə də olur belə qəribə arzular.
Bir neçə kitab var. Arzum ölmədən öncə onları oxumaqdı. Heç olmasa ölərkən dünya ədəbiyyatının bu qiymətli əsərlərini oxudum deyə təskinlik tapa bilim.
Bu kitabları bu vaxta qədər oxumamağımın bəzi səbəbləri var.
Əvvəla bu kitabların yazıldıqları dilləri bilmirəm. İkincisi bu əsərlər o qədər qəliz və çətindirlər ki, dilimizdə olmamaları bir tərəfə, heç başqa dillərə tərcümələri də bir o qədər uğurlu olmur. Bildiyim iki xarici dili isə bu kitabları oxumaq üçün hələ o qədər də mükəmməl hesab etmirəm.
Və ən əsası. İnsan bəzən çox istədiyi bir şeyi asanlıqla əldə etməyə tələsməz, onun üçün xüsusi hazırlaşar. Klassik poeziyada olduğu kimi “məşuq”la görüşə bilməməyindən mazoxist həzz duyar.
Elə bil gözəl bir qızla indicə küçədə görüşmək ehtimalın da var, iki gün sonra beş ulduz oteldə bir gecə keçirmək imkanın da. Şahanə bir görüş üçün iki günün ayrılığına dözmək olar.
Odur ki, bu əsərləri oxumağı çox arzulasam da, tələsmirəm, bu beş əsəri bütün ömrümə sığışdırmağa çalışıram.
1. Ceyms Coys “Uliss”
Bütün zamanların roman adına ən mükəmməl əsəri. “İnsanın bir günündən möhtəşəm bir əsər yazmaq olarmı?” sualına ən gözəl cavab. Bu əsər modernizm janrının şah əsəri sayılır.
2. Marsel Prust “İtmiş zamanın axtarışında”
Prust 3000 səhifəlik yeddi cilddən ibarət bu romanı 17 ilə yazdı. Rəqəmlər öz sözünü deyir, əlavə şərhə ehtiyac yoxdu məncə.
3. Tomas Mann “Buddenbroklar ailəsi”
“Polad necə bərkidi” kimi bir əsər yazmaq üçün təkcə istedad yetmir, gərək heç olmaya “Sakit Don”u yazmış Şoloxov kimi bir-iki illik müharibə təcrübən də olsun. Yox əgər, heç Seymur Baycan kimi qonşu ölkəyə səfər etmək kimi şansın da olmayıbsa, onda qəm eləmə. Öz ailəndən yaz. Orxan Pamuk belə elədi (“Cevdet bey ve oğulları”), Qabriel Qarsia Markes “Yüz ilin tənhalığı”nı babasından dinlədiyi rəvayətlər əsasında yazdı. Nə vaxtsa nəslindən, ailəndən yazmaq kimi bir fikrə düşsən onda yazmağa bu əsəri oxumaqdan başla.
4. Frensis Skott Fiscerald “Möhtəşəm Qeytsbi”
“Caz epoxası”nın ən böyük əsərlərindən biri. Təzadlı, qlamur həyatı ilə nəinki dövrünün insanlarını, indi də həyatına nəzər salan hər kəsi heyrətləndirən Fiscerald “Möhtəşəm Qeytsbi” ilə adını tarixə həkk elədi. Romanın adı belə “məni oxu” deyir.
5. Tomas Vulf “Evinə geri dön, mələk”
20 –ci əsr Amerika ədəbiyyatından, xüsusən Fisceraldın təbiri ilə desək “caz epoxası” ədəbiyyatından danışanda beş yazıçının adı çəkilir. Uilyam Folkner, Frensis Skott Fiscerald, Ernest Heminquey və Tomas Vulf. Tomas Vulf onların içində ən az yaşayanı oldu. Amma bitmək bilməyən yazmaq ehtirası, nəhəng dühası ilə təkcə ədəbiyyatsevərləri deyil, qələm yoldaşlarını da heyran qoydu.
Uilyam Folkner
U. Folkner siyahıda “5+1” kimidi. Artıq onun “Hay-küy və hiddət” romanını oxuduğumu nəzərə alaraq, bu siyahıya salmamaq olardı. Folkner mənim qəlbimdə xüsusi yeri olan yazıçılardandı. Odur ki, onun bütün əsərləri siyahımdadı.

2621 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024