Brus Li və canavar məsələsi
11 avqust 2012
13:31
Daşkəsən təəssüratlarımdan (2-ci yazı)
- Müstəcəb, bu gün yağış yağmayacaq ki? Astafın qaşına getmək istəyirik.
Tülkülü yaylağını bürüyən və altdan yuxarı sürətlə axıb gedən dumanın içindən siluetini güclə seçdiyim vəfalı kəndçimdən qayğı ilə soruşdum.
- Radioya inansaq yox! Amma Səməd Vurğunun bu şeirini heç vaxt yaddan çıxartma: “Sirrini verməyir sirdaşa dünya!”
Ardınca özünəməxsus tərzdə güldü Müstəcəb...
Gedən kimi öyrəndim: 52 yaşı tamam olub artıq. Evlənməyib hələ. Balacaboy, arıq, sısqa bir adamdır. Gözümü açandan Müstəcəbi elə bu vid-fasonda görmüşəm. Saçı-zadı da ağarmayıb. Və gözümü açandan onu da görmüşəm ki, Müstəcəb qoyun otarır. Kəndimizdən üzü bəri! Yenə də qoyuna gedirdi.
Qəribə adamdı Müstəcəb. Özünün etiraf elədiyinə görə indiyə qədər düz 31 radio işlədib. Bu radioların birini elə hava haqqında məlumata görə xurd-xəşil eləyib. Laçında ikən qoyuna getməyə hazırlaşırmış, radio bar-bar bağırıb ki, bu gün dəhşətli yağış yağacaq. Müstəcəb də altdan geyinib üstdən qıfıllanıb, yollanıb örüşə. Həmin gün bir günəş çıxıb ki, keçəl başlara qurd düşüb. O da əsəbləşib, radionu qoyub iri bir daşın üstünə və başqa bir daşla başlayıb qırıqlamağa: “Kopəyoğlunun radiosu, səni Stapanekertdən o qədər pula alıb gətiriblər ki, bu dağın kəlləsində məni aldadasan?!”
Qardaşı Müstəcəbin bütün xasiyyətini götürüb. Bilir ki, onu ac-susuz qoymaq olar, radiosuz yox! Ona görə 31-ci radionu almağa da ərinməyib. Mən soruşduğum məlumatı da Müstəcəb 31-ci radiosuna əsaslanıb deyirdi.
Tülkülü yaylağının uca dağlarının yaxasında, dərin dərələrindəki bulaqların üstündə Müstəcəbi görsəniz və ərklə onun pencəyinin qoltuq cibini yoxlasanız, çoxlu tütək və balaban görəcəksiniz. Bəli, Müstəcəb uğursuz taleyini əsasən tütəklə ovudur, onunla barışır, ürəyinin nisgilini nəfəsi ilə püfləyib dağlara əmanət göndərir. Hərdən obada oturduğun yerdə külək uzaqdan onun tütəyinin nisgilli səsini gətirir qulağına. Ürəyin pörşülənir!
“Məllim, bu xaraba fermada heç kimin musiqi zövqü yoxdu!” – əsəbi adamdı Müstəcəb, danışanda bəzən səbəbsiz yerə dişlərini qıcıyır, gicgahlarındakı əzələlər oynaşır – “O nakam qardaşımın goru haqqı, yoxdu! O günü yığışıb mənə yalvarıllar ki, bir-iki hava çal, səbbimiz alınsın. Mən də tütəyi çıxardıb çaldım. Biri əyənnən qayıdır ki, yox balabanı çal! Dedim tüpürüm sizin səviyyənizə! Ə musiqi alətinin yaxşısı-pisi olar? Nağaradan tutmuş urus gitarasınacan bütün alətlərin vurğunuyam mən. Ama bacardığım bunlardı. Kaş elə, misal üçün, Möhlət Müslümov kimi tar çala biləydim.”
Özü bir siqaret yandırır, mənə də birini verir. 80 qəpiklik LD siqareti elə Müstəcəbin boy-buxunu biçimdədir. Bir qullabla siqaretin canını alır və tüstünü burnundan buraxaraq balaca əllərini oynada-oynada danışır: “Ömrüm boyu dağlarda, düzlərdə çalmışam tütəyimi. Mən çalanda özüm öz səsimi eşitmirəm, amma ürəyimdə bilirəm ki, nə çalıram. Öz səsimi eşitmirəm deyə, elə bil Leylisinə qovuşmuyan Məcnunam. Bir dəfə köç gələndə yağışa düşdüm, özümü Gəncənin böyründəki xaraba tikililərdən birinə verdim. Elə bil Allah mənə dedi götür çal tütəyini. Axşam idi. Əllərim donmuşdu. Birtəhər barmaqlarımı nəfəsimlə qızdırıb başladım çalmağa. Bıy, gördüm divarlar öz səsimi özümə qaytarır. Xoşbəxt oldum inan. Leylimə qovuşdum elə bil”.
Kədərlə gülümsünür Müstəcəb, öz səsi kimi öz danışığının da ovsununa düşür: “Həmin gecə yuxuda gördüm ki, evlənmişəm, evim, ailəm, uşaqlarım var... Həyətdə gəzinirəm, həyətdəki ağacların birinin altına stol qoyulub, üstündə samovar çayı... İtlərin səsinə yuxudan oyandım ki, müşəmbənin altında donuram. İstədim damarlarımı kəsib özümü öldürüm. Sora dedim, nəhlət sənə kor şeytan, özümü öldüsəm nə qazanacam ki!”
Birdən azyaşlı uşaqlar toplaşır Müüstəcəbin başına. Böyüklərdən fərqli olaraq uşaqlarla heç vaxt mübahisə etmir. 10-11 yaşlı qızlardan biri rəfiqələrinə him-cim edərək üzünü Müstəcəbə tutur: “Müsdo, o canavarla qabaqlaşdığını danış da, bunlar eşitmiyib!”
“Əşşi yox, uşaqdılar, qorxallar!” - əlindəki 3 litrlik kola qabını novlu bulağın gözünə tərəf əyir.
“Danış da, nolar, Müstəcəb əmi” – qardaşı qızı da israr edir. Müstəcəb əlindəki qabı yerə qoyub Tülkülünün yaxasındakı ensiz cığırın nisbətən enli yerinə çıxır.
“Gördüm canavar özünü qısa-qısa qoyunlara yaxınlaşır.” – Müstəcəb də özün qısır, canavarı canlı göstərmək istəyir uşaqlara – “Qorxdum əvvəl, sonra dedim mən insanam axı, qoy canavar qorxsun mənnən. İrəli çıxdım, dedim ey kafir neynirsən, əziyyətnən qoyun-quzu saxlamışam ki, gəlib oğurlayasan?! O saat Brus Li kimi dayandım.” – Müstəcəb bir ayağını yuxarı qaldırıb irəli açılmış qollarını biri-birinin üstündən sürətlə sağa-sola keçirir: “İaaa!!! İaaa!!! İaaauuuu!!!” – göyə qaldırdığı ayağını möhkəmdən yerə çırpır – “Canavar qorxudan götürüldü!” Uşaqlar ürəkdən gülüşür. Müstəcəb də gülür, gülüşündən xoşbəxtlik saçılır ətrafa.
...Axşam üstüdür. Qatı dumanın o üzündən tütək səsi gəlir. Tütəyin nə dediyini bəlkə də obada hamı bilir: “Duman gəl get bu dağlardan...”
Amma Müstəcəb deyir ki, Tülkülü yaylağını bürüyən əslində duman deyil. Bura o qədər hündürdür ki, biz buludların arasında yaşayırıq...

3858 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024