Çimərlikdəki hicablı qadın...
9 avqust 2012
11:18
“Əlifba” kitablarında belə bir hekayə vardı. Qoca kişi avtobusa minir, uşaq da durub ona yer verir. Sonra məlum olur ki, “böyük-kiçik yeri bilən” uşağın ayağında sarğı varmış.
Neçə ildi bu hekayənin güdazına getmişik. Ağzımızı açan kimi deyirdilər yaşlılara hörmət etmək lazımdı. Nəqliyyatda oturmaq olmurdu. Ya gərək özünü yuxuya verəydin, kitab oxumasan da oxumuş kimi göstərəydin, ya da ki gönün qalın olaydı ki, avtobusa, qatara minən qadın, yaşlı sərnişinə yer vermədiyin üçün sənə dikilmiş nəzərlərə tab gətirə biləydin.
Şükür, daha elə problem qalmayıb. Qatar, avtobus o qədər dolu olur ki, minəndə oturacaqların qadınlar tərəfindən çoxdan zəbt edildiyini görürsən.
Bir də baxırsan ki, bir qadın uşaqla daxil oldu nəqliyyata. Kimsə durub yer verməlidi. Amma yoxdu. İndi gəl bir kişi xeylağı tap ki, durub bu uşaqlı qadına yer versin. Şoferdən başqa bütün oturacaqlarda qadınlar əyləşib. Onlar da durmaq istəmir.
Yaxşı buna nə deyək, nə ad verək? Burda “böyüklərə hörmət” keçmir. Əlifba kitabında da bu mövzuda hekayə olmayıb tərslikdən.
Neçə dəfə rast gəlmişəm: Əli uşaqlı bir qadın qatara minir və əyləşmiş qadınlardan heç kəs yer vermək istəmir.
Nəqliyyatda öz yerini kiməsə təklif etmək nə böyüklərə hörmət, nə də qadınlara sayğıdır. Bunun bir adı var. Fədakarlıq.
Kiməsə yer verməyi böyüklərə hörmət, yaşlılara sayğı, qadınlara qarşı nəzakətli olmaq kimi ifadələrlə bəzəyib, sanki təkcə kişilərin vəzifəsi imiş kimi bir don geyindirmək lazım deyil.
Bunu cinsindən, yaşından asılı olmayaraq hər kəs edə bilər. Fədakarlıq etmək istəyən hər kəs.
Fədakarlığın böyüyü kiçiyi olmaz. Ya avtobusda kiməsə yer verdin, ya da müharibədə yağış kimi yağan güllənin altında əsgər yoldaşını xilas elədin. İkisi də eyni şeydi.
Çimərlikdə qadın
İyirmi ildir ki, hər yay dənizə gedirəm. İyirmi ildə Bakı çimərliklərinin mənzərəsi xeyli dəyişib.
İyirmi il əvvəl bizim qadınlara bu qədər rast gəlinməzdi çimərlikdə. Çimsəydilər də adətən çimərlik paltarında deyil, xalatda və bu tip paltarlarda olardılar. Əsasən ruslar və başqa millətdən olan qadınlar çimərlik paltarları geyinərdilər. Bir də Bakıda yaşayan, artıq müasir mədəniyyətlə qaynaşıb-qarışmış azərbaycanlı qadınlar çimərlik paltarı geyərdilər. Kişilər isə adətən elə alt paltarındaca girərdilər suya.
İyirmi il sonra qadınlar xeyli dəyişiblər.
Daha rahat şəkildə çimərlik paltarında gəzirlər. Çimərlik paltarı geyməkdən çəkinənlər isə uzun xalat yerinə şortik və dekolte köynəklərə üstünlük verirlər.
Qabaqlar hicablı qadınlar dənizə gəlsələr belə suya girməzdilər. Daha belə kompleksləri yoxdur. Hicablılar da rahat şəkildə dənizə girib başqaları kimi çimir, əylənirlər.
Təkcə kişilər bu iyirmi ildə elə bil heç dəyişməyiblər. Yenə də yıpranmış alt paltarında suya girən yekə qarın bir kişi görmək olur.

4035 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024