Zorla etika

Zorla etika
26 sentyabr 2011
# 10:57
Yeni tikilən keçidlər mühafizəçilər və kameralarla təchiz olunub.

Elə hiss yaranır ki, sanki bu mühafizəçi və kameralar obyektləri terror və bu kimi böyük hadisələrdən qorumaqdan daha çox kiçik kalibrli vandallardan ehtiyat üçündür.

Eskolatarla təmin olunmuş keçiddə kamera olmasa o ərazinin yaramaz uşaqları kim bilir nə hoqqalardan çıxarlar.

Eskolatorlara barmaq etməkdən tutmuş divarlarını cızmaqdan, alkopan örtüklərini sındırmağa qədər nə desən edərlər.

İki il əvvəl yaşadığım rayonda yollar bərbad idi. Sürücülər bezmişdilər.

Bir dəfə icra hamiyyəti binaların qabağına qədər şəhərin bütün küçələrini, yollarını asfaltladı.

Bundan sonra maşınların səsindən nə evdə düz-əməlli dincəlmək mümkün oldu, nə də küçələrdə gəzmək.

Yol hərəkəti qaydalarına görə əhalinin yaşadığı yerlədə, sürət iyirmi olmalıdı. Amma buna fikir verən kim idi.

Elə bil yollar onun üçün hamarlanmışdı ki, sürücülər maşınları sürətlə sürsünlər.

Sakinlərin şikayətindən sonra təzə təmir olunmuş yolların hamısına tranplin qoyuldu.

Bundan sonra sürücülər hər 50 metrdən bir tranplinlərin üstündən keçərkən sürəti dəyişməyə, aşağı salmağa məcbur olur, bir kilometr yolda dəfələrlə sürəti qaldırıb endirərkən deyinirdilər.

Yollar əhəmiyyətsiz yerə asfaltlanmışdı. Əvvəllər dərə-təpə yollarda sıradan çıxan maşınlar, bu dəfə tranplinli yollarda dağılırdı.

Nahamar yoldan şikayət edən də onlar idi, təzə asfaltda ağına-bozuna baxmadan şütüyən də, tranplinli yollardan keçərkən deyinən də.

Bulvarda da eyni mənzərə. Mühafizəçilər dincələnlərdən çoxdular.
Mühafizəçilərin gözlərində həbsxana nəzarətçilərinin baxışları.
Bu nədir?

Mədəniyyətə bu vandal münasibət nədən qaynaqlanır?

Mədəniyyətə gedən yol mütləq tranplinlərdənmi keçməli?

Görünür mədəniyyəti də özxoşuna öyrənmək olmaz.

Ona da zor lazımdır.
# 2243 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #