Su davası
21 iyul 2011
11:44
...Bir gün qonşuda xudmani bir məclis düzənlənmişdi. Məhəllənin bütün kişiləri məclisdə mehribancasına bir-birinin sağlığına badə qaldırırdı. Bütün məclis əhli elə məhlə əhli idi ki, yalnız bir istisna vardı.
Həmin adam da söz alanda təxminən belə bir çıxış yapdı: “Hələ ömrümdə belə mehriban qonşular görməmişəm. Sizin bu mehribanlığınızı, səmimiyyətinizi, bir-birinizə hörmətinizi görüb adam istəyir ki, ev-eşiyi satıb bu məhlədə bir ev alsın. Içirəm məhlənizin sağlığına”.
Hamı həmin adama on dəfə “yaşa”, “yaşa” dedi.
Bu yerdə yenə beynimin qurdu qımıldadı. Dedim:
- Qardaş, sən deyənlər düz. Amma bizim su davası olmasa.
Bu nə demək idi, qoy onu aydınlaşdırım.
Məhəlləmizdə su üstündə bir-birimizi qırırdıq. Bir də görərdin ki, dünən bir yerdə bir-birinin sağlığına badə qaldıran qonşular gecənin bir aləmində adamı öz su davaları ilə yuxudan kal oyatdılar.
***
Mən bu məhəllədə yurd alanda evimə getmək üçün yekə bir qayıq gərək idi. Nədən ki, qonşular düz yolumun üstündə dəhnə kəsmişdilər. Di gəl qazı əfəndiyə qaz boğazlat. Kimə deyəsən ki, mənə yol ver. Axı hamı qaçqındı və qaçqınların da bir xeyli statusları var. Əlac qalırdı ki, kimsə arxı başdan biryolluq kəsə. Və belə bir fürsət ələ düşən kimi yola bir neçə “KAMAZ” dəmyə xırı tökdürdüm.
Sonra başladım əkin-biçinə. Əsas da kartof əkdim ki, qışın ruzisi çıxsın. Di gəl ki su oldu problem. Yoxsa danadişinin, Kolorado böcəyinin öhdəsindən gəlmişdim. Bəs su necə problem olur. Deməli tutaq ki, əziyyət çəkib bağçaya arx gətirmisən. Bu əziyyət isə lap cəhənnəm əziyyətindən də betrədir. Gərək gedib bir neçə dəhnə dağıdasan, bir neçə adamla dava-dalaş edəsən ki, qapına arx suyu gələ. O da gəlməklə deyil ki, gərək lap Vətəni qoruyurmuş kimi qoruyasan arx suyunu. Yoxsa bir də gördün sənin qonşundan, qohumundan biri çıxdı hazıra nazir.
Arxın qulağını burdu öz kartofxanasına. Sən də getdin bu haləti gördün. Yüz faiz görəcəksən ki, evin qadınıdır bu işi yapan. Bu da ona görədir ki, sən ya qadına hörmət əlaməti olaraq qırağını qatlayasan, ya da qadının üstünə bağırmağa risk etməyəsən. Yoxsa ən azından polisə düşərsən ki, bu da ikiillik kartofunun gəlirindən də baha başa gələ.
Odur ki, gərək gözləyəsən bu hazıra nazir adam kartofu sulayıb qurtara. Və əgər tələsirsənsə, buyur, canın çıxsın, kömək elə bu qadına ki ona da xeyir olsun, sənə də.
Bax arx məsələsi beləcə qəliz məsələdir. Adam bilmir ki, arxa su gəlsə yaxşıdır, yoxsa gəlməsə. Min bir əziyyətlə gətirdiyin su sənin olması üçün yalnız və yalnız bir yol var-oda gör necə yoldur. Gərək az qala bütün tayfanı düzəsən arxın qıraqlarına ki, göz qulaq olsunlar kimsə suyu oğurlamasın. Iyirmi qaj kartofu sulamaq üçün azı ona adam olmalıdir su güdükçüsü.
Yoxsa həmin mehriban qonşular yüz faiz suyunu oğurlayacaqlar. Bu su oğruları da ki az aşın duzu deyillər. Təsəvvür et ki, kimsə suyu kəsib və sənin əsəblərinlə lambada rəqsi oynayır. Sən də istəiyrsən bu oyun havasının hardan gəldiyini dəqiqləşdirmək istəyirsən. Ay tapdın haa! Baxırsan ki, heç kim su oğurlamayıb, amma arxda su yoxdu.
Bəs bu nə olan şeydi. İndi sən gərək gecə vaxtı tapasan ki, kimsə arxın içinə gizlicə kimsə bir turba salıb və arxdan öz çəpərinəcən bu turbanı dərincə basdırıb. Lap da birini tapdın və birtəhər turbanın ağzını bağlaya bildin, bəs qalanları necə olsun? Bir yandan da zalım yuxu az qalır adamın gözünü çıxartsın. Məcbursan gedib bay-bay eləyəsən.
Həm də ki, bəlkə, elə arxa su ümumiyyətlə gəlməsə yaxşıdır, hə? Axı sənin əkdiyin xiyar yetişincə bazarda xiyar olur az qala pulsuz – üç kilosu 20 qəpiyə. Pomidor olur itinətök. Kartof da eləcə. Lobya da ki şlanqla da sulanır və həyətdə krantımız var ki, bu da lobyaya da bəs edər hələ pomidor-xiyara da. Arxa su gəlməsə, deməli, daha yaxşıdr. Ən azı ona görə ki, yuxarı qonşular daimi olaraq arxa miz (mal-qaranın sidiyi) tökürlər və sən də öz həyətinə su gətirdiyin olub qapı-bacanı pis günə qoyursan. Sonra da gəl ağcaqanadların əlindən yat görüm necə yatırsan. Və yuxarı qonşulara da deyəndə ki, ay qonşu, bəs belə olmaz, onlar da belə deyəcək: “bəs o biri qonşular kanalizasiyanı da axa çəkə bilər, biz arxa miz tökə bilmərik?” Di gəl bunların məntiqinə cavab ver.
Həqiqətən də bizdən yuxarı məhlədə az qala bütün kanalizasiyalar su arxına çıxır. Məhəllədə iy-qoxu aləmi başına götürüb. Təsəvvür et ki, əlli adamla dava-dalaş sala-sala arxı çəpərinə bağlaya bildin. Qazancın o olacaq ki, kanalizasiya suyu ilə pomidor sulayırsan. Və bazarda da pomidor su qiymətinə. Bunu əkməyə dəyər, ya yox?
Hələ onu demirəm ki, dava-dalaş polisin qulağına çatanda necə olur. İndi bir neçə adam başqa üsula əl atıbdır. Su motoru alıb çaydan çəpərə su vururlar. Və adamların məntiqinə heyran olmamaq olmur: “A kişi, hər il su davasında polisə verəcəyim pula elə hazır motor alaram ki, nə dava görərəm, nə də polis”. Əhsən!
***
Bax belə baxırsan sənin suyunu kəsən biri yaxın qohumdur, biri dostunun valideynidir, biri kimsəsiz adamdır və s. Neynəyəsən? On ildə bu cammaat su növbəsi yarada bilmədi.
Bütün bunlara görə iki il bundan əvvəl özümə qəti söz verdim, hətta söyüş də qoydum. Bir də bu çəpərə kartof əksəm mən itin oğluyam.
Odur ki, iki ildir kefdəyəm. Nə kimsə gecə vaxtə əsəbimlə lambada oynayır, nə də qapı-bacanı miz iyi başına götürür.
Yoxsa gecə vaxtı məni heç Facebook-da görmək olardı? İndi kiminləsə ya dəhnə dağıdırdim, ya da dava salmışdım və yaxud da kiməsə yalvarırdım...

900 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024