Oskar mükafatlarının aparıcıları kimlər olacaq?

Oskar mükafatlarının aparıcıları kimlər olacaq?
16 oktyabr 2024
# 11:00

Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən bəri verilən Oskar mükafatlarını gələn il kimin təqdim edəcəyi ilin əsas müzakirə mövzularından biridir.

Kulis.az xəbər verir ki, iddialara görə, "Didpul və Volverin" filminin baş rol ifaçıları Rayan Reynolds və Hyu Cekman gələn il Oskarda aparıcılıq edə bilərlər.

Martın 2-də keçiriləcək Oskar mükafatını aparmaq üçün bir çox məşhur namizəd var. Uil Ferrel, Emi Poler və Dueyn Conson namizədlər arasında olsa da, siyahıya Reynolds və Cekman başçılıq edir.

Qeyd edək ki, Hyu Cekman 2019-cu ildə Oskar mükafatlandırma mərasiminin aparıcısı olub.

# 288 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #