Musiqili Teatr 116-cı mövsümü başa vurdu

Musiqili Teatr  116-cı mövsümü başa vurdu
20 iyul 2026
# 15:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə “Operetta inciləri” adlı konsert proqramı təqdim olub.

Kulis.az xəbər verir ki, konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi və Sərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları İohann Ştraus, Frans Leqar, İmre Kalman, Alice Dona və Rikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndirilib.

Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə Rüstəmova və Orxan Hüseynli, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, eləcə də xor artistləri çıxış ediblər.

Bağlanış mərasiminin quruluşçu rejissoru Cavid İmamverdiyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.

# 132 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

13:40 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər