M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda

M.F.Axundzadənin  “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda
19 mart 2024
# 09:07

Azərbaycan ədəbiyyatının, ictimai-siyasi, fəlsəfi və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək.

Kulis.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova deyib.

“Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, maarifçi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri dünyanın ən böyük teatrı hesab edilən və mənim də aktyor-rejissor kimi fəaliyyət göstərdiyim İstanbul Şəhər Teatrlarının bədii şurasında böyük səs çoxluğu ilə qəbul olundu”, - deyən Məlahət Abbasova bunun özü üçün böyük sevinc və qürurverici hal olduğunu bildirib.

Dahi şəxsiyyətlərimizdən olan M.F.Axundzadənin əsərlərinin Azərbaycan teatrının inkişafında böyük rol oynadığını xatırladan aktrisa deyib: “Bu gün dünyanın ən böyük kitabxanasının yerləşdiyi İstanbul Şəhər Teatrlarında Axundzadənin əsərinin olmaması mənə görə böyük bir çatışmazlıqdır. Artıq 33 ildir yaradıcılığım demək olar ki, bütünlüklə Azərbaycan teatrının və teatr əsərlərinin təbliğinə həsr olunub. Bu, mənim üçün bir missiyaya dönüb. Artıq İstanbuldaki bu kitabxanamızda Mirzə Fətəli Axundzadənin da əsərinin yer alması çox sevindirici haldır. Əsəri səhnəyə qoymaq üçün tanınmış aktyor və rejissor, Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzovu dəvət edəcəyik”.

Türkiyədə fəaliyyəti müddətində İstanbul Şəhər Teatrlarının kitabxanasına 15-dən çox Azərbaycan əsərini qazandırdığını qeyd edən Məlahət Abbasova bu əsərlərin İstanbulda səhnəyə qoyulduğunu və nümayiş olunan tamaşalara görə böyük mükafatlara layiq görüldüklərini deyib.

“Ən son səhnələşdirdiyim tamaşa dahi Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmışdı. Bu tamaşa Türkiyədə çox böyük səs gətirdi. Axundzadənin bu əsərinin də böyük əks-səda yaradacağına inanıram. Mənim üçün ən böyük sevindirici hal isə bu əsərin 2024-2025-ci illər repertuarına salınması oldu. Bundan sonrakı fəaliyyətlərimdə də dahi mütəfəkkirlərimizin, klassik yazıçılarımızın əsərləri yer alacaq, bu əsərləri bədii şuraya təqdim edəcəyik. Fikrimcə, sırada böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” əsərləri var. Bu əsərlərlə bağlı yenilikləri tamaşaçılarımızla paylaşmağı səbirsizliklə gözləyirəm”, - deyə müsahibimiz əlavə edib.

Məlahət Abbasova bildirib ki, İstanbul Şəhər Teatrlarına təqdim olunan bütün Azərbaycan əsərləri, eyni zamanda, Türkiyə Respublikası Dövlət Teatrlarının da bədii şurasına təqdim olunur və orada da qəbul edilir. Bu da əsərlərimizin, sadəcə, İstanbul teatrlarında deyil, eyni zamanda, Türkiyə teatrlarında da səhnəyə qoyulmasına imkan yaradır və hazırda bununla bağlı danışıqlar gedir.

# 4373 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər