“İnanıram” monotamaşası nümayiş olundu

“İnanıram”  monotamaşası nümayiş olundu
27 sentyabr 2025
# 15:02

27 sentyabr Anım Günü münasibətilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “İnanıram” monotamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra teatrın mətbuat katibi Samirə Əşrəf çıxış edərək 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən bəhs edib.

Daha sonra “İnanıram” monotamaşası nümayiş olunub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin əsgər və zabitlərinin alqışları ilə başa çatan səhnə əsəri izləyicilərə duyğulu anlar yaşadıb.

Qeyd edək ki, “İnanıram” monotamaşasının müəllifi yazıçı Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Tamaşada müharibədə yeganə oğlunu itirmiş ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Səhnə əsəri vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.

# 1798 dəfə oxunub

Oxşar xəbərlər

“Məni dinləyin!”  adlı monotamaşa nümayiş olundu

“Məni dinləyin!” adlı monotamaşa nümayiş olundu

16:00 2 aprel 2026
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq

Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq

15:38 2 aprel 2026
Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Teatrının kollektivini təbrik etdi

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Teatrının kollektivini təbrik etdi

18:56 27 mart 2026
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirildi

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirildi

13:54 27 mart 2026
İrəvan teatrının bayram repertuarı

İrəvan teatrının bayram repertuarı

14:00 16 mart 2026
İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər