Cəfər Namiq Kamal 75 illiyini səhnədə qeyd etdi

Cəfər Namiq Kamal 75 illiyini səhnədə qeyd etdi
13 aprel 2025
# 15:51

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsəri Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi münasibəti ilə benefis tamaşadır.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır.

Tamaşadan sonra Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal Cəfər Namiq Kamalın səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndiriblər.

Yubilyara Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı” və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Qeyd edək ki, Səhnə əsərində xalq artisti Cəfər Namiq Kamal (Anton Antonoviç Skvoznik), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və aktrisa Nigar Güləhmədova (Anna Andreyevna), İlahə Həsənova və Məhsəti Tahirzadə (Mariya Antonovna), Əməkdar artist Rəşad Bəxtiyarov və aktyorlar Vüsal Mustafayev (Luka Lukiç Xlopov), Rüstəm Rüstəmov (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), əməkdar artistlər Kazım Həsənquliyev və Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç), Əlfida Cəfərov (Osip), Aslan Şirin və aktyorlar Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski), Tural İbrahimov (Svistunov, meyxana xidmətçisi, Mişka) çıxış edir.

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər