Buddistlərin qətlə yetirdiyi müsəlmanlar kimlərdir? - ARAŞDIRMA

<b>Buddistlərin qətlə yetirdiyi müsəlmanlar kimlərdir?</b> - <span style="color:red;">ARAŞDIRMA
11 sentyabr 2017
# 17:19

Son günlər dünyanın diqqəti Myanmaya yönəlib. Bildiyimiz kimi orada yaşayan müsəlman əhali – rohincalar buddistlər tərəfindən təqib olunurlar. Sosial şəbəkələrdə buddistlərin rohincalara qarşı törətdikləri vəhşilikləri əks etdirən videolar yayılır. Bəs rohincalar kimlərdir, niyə təqib olunurlar?

Kulis.az rohincalar haqqında faktları təqdim edir.

Rohincalar Myanmanın cənubunda Rakhayn (Arakan) ştatında yaşayan etnik qrupdur. Hind-Avropa dil qrupuna aid rohinca dilində danışırlar.

Rohincalar özlərini xeyli əvvəllər bölgədə məskunlaşan ərəb tacirlərinin nəslindən hesab edirlər. “Rohinca” termini öz mənşəyini 1950-ci illərdə müsəlman bölgəsinin müstəqilliyini qarşısına məqsəd qoyan hərbi-siyasi hərəkatdan götürür.

Bəzi tarixçilər onların Myanmada Britaniya kolonizasiyası dövründə məskunlaşdığını deyir. Myanma hökuməti rohincaları Banqladeşdən qeyri-qanuni gəlmiş immiqrant sayır və vətəndaşlıq vermir. Rohincalar Myanmanın digər sakinlərindən fərqli olaraq etnik və linqvistik mənşəyinə görə, Hindistan və Banqladeş əhalisinə yaxındır. Dini inanclarına görə müsəlmandırlar. Myanmada 2012-ci ilin göstəricilərinə görə səkkiz yüz min rohinca yaşayıb. BMT-nin məlumatlarına görə, dünyada ən çox təqibə məruz qalan milli azlıqdır.

1942-ci ildə müsəlmanlar və arakanlı buddistlər arasında Rakhan döyüşü baş verib. Bundan sonra bölgədə etnik qütbləşmə sürətlənib. Birma araşdırmaçısı bu döyüşdə 50 min buddistin öldürüldüyünü yazır. Rohincalar yapon hərbçilərinə qarşı döyüşən ittifaq dəstələrindən alıbmış və onları Arakan sakinlərinə çevirib. İngilislərin hesabatlarında yazılır ki, onlar ərazini zəbt edəndə bu ərazi tamamən müsəlmanların əlində olub. Banqladeş araşdırmaçısının yazdığına görə, birmalılar yapon hökumətilə əməkdaşlığa gedib 40 min rohincanı indiki Banqladeş ərazisinə qovub.

Birma müstəqillik qazandıqdan sonra Rakhaynda separatist əhval-ruhiyyə yaranıb. Birmada hakimiyyətə gələn hərbi rejim rohincalara vətəndaşlıq verməkdən imtina edib. Əhalini Banqladeşə köçürmək fikri də Banqladeş tərəfindən qəbul olunmayıb.

Ölkənin xarici işlər naziri, məşhur hüquqşünas Aun San Su Çji sülh üzrə Nobel mükafatı laureatıdır. Bir az əvvəlki çıxışlarında o, Rakxaynda buddistlərin narahatlıqları haqda danışıb. O, buddistlərin ümumi əhali sayında faiz etibarilə öz saylarının azalmasından narahat olduqlarını eşidib və icmalar arasında olan münasibətləri yoluna qoymağa çalışacağını deyib.

Vəziyyət 2012-ci ildə Myanma əhalisinin 200 sakini öldürüldükdən, 140 min rohinca qaçqın düşdükdən sonra kəskinləşib.

BMT-nin məlumatlarına görə, 2015-ci ilin yanvarından martınadək 24 min rhxinca qayıqlarla Myanmanı tərk etməyə cəhd edib. Tailandın adamların sərhədi qanunsuz pozması üzərində nəzarəti gücləndirməsi ilə qaçaqmalçılar daşıdıqları adamları buraxdılar. Myanmadan onlarla miqrantın qalıqları cənubda tapılıb. 2015-ci ildə Malayziya qaçqınlara yanacaq və su versə də sərhədindən içəri buraxmayıb.

BMT-nin insan haqları üzrə ali komissarı Myanma hökumətinin rəhbəri Aun San Su Çjini Rakhaynda əməliyyatları dayandırmaq və tədbirlər görməyə çağırdı. 2016-cı ildə mətbuatın yazdığına görə, yüzlərlə rohinca öldürülüb və yaşadıqları yeri Banqladeş sərhədlərində sığınacaq tapmaq ümidilə tərk edib.

Ötən ilin noyabrında “Human Rights Watch” təşkilatı 1250 evin təhlükəsizlik qüvvələri tərəfindən yandırılmasını göstərən peyk görüntülərini yaydı. Noyabrda baş verən hadisələr zamanı hərbçilərin dinc sakinlərə vertolyotlardan atəş açdıqları haqda məlumatlar yayılıb. Myanma beynəlxalq KİV-ə regiona baş çəkməyə icazə verməyib. Bu üzdən sakinlərdən nə qədərinin konfliktə qurban getdiyini bilmək mümkün olmayıb. İnformasiya blokuna görə Rakhaynı “Qara dəlik” adlandırırlar.

BMT-nin 2017-ci ilin fevralına olan məlumatlarında Rakhaynda rohincalara edilən vəhşiliklər haqda yazılır. Yerli sakinlər, ordu və polis rohincaları döyür, öldürür və zorlayırmış, qurbanlar arasında südəmər körpələr də var. 200 rohincanın ifadəsindən hazırlanan hesabata görə, kütləvi zorlama, uşaq qətlləri və kütləvi qətllər baş verib.

Ali komissar bunun insanlığa qarşı vəhşilik kimi təsnif olunacağını xatırladıb. 2015-ci ildə ABŞ prezidenti Barak Obama rohincalara qarşı diskriminasiyanın qarşısını almağa çağırıb. 2002-ci ildən bəri ABŞ Myanmadan 13 min qaçqın qəbul edib. Çikaqo qaçqınların icma halda yaşadıqları məkandır və ata-ana himayəsindən məhrum uşaqlar Çikaqo quldur dəstələrinə qoşulurlar.

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #