Gilyotini fransızlar kəşf etməyib? – CAHİLLİKLƏR KİTABI

Gilyotini fransızlar kəşf etməyib? – <span style="color:red;">CAHİLLİKLƏR KİTABI
16 fevral 2017
# 09:00

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Gilyotin harada icad edilib?

İngilitərənin Yorkşir bölgəsinin Halifaks şəhərində.

Halifaks Dar ağacı (Hallifax Gibbet) təqribən 4.5 metr uzunluğunda iki şaquli dəstəkdən ibarət idi; bu dəstəklərin arasında da bir ip və çarxla tənzimlənən, qurğuşun örtülü çarpaz kirişə yerləşdirilmiş dəmir balta asılı idi. Rəsmi mənbələrə görə 1286-1650-ci illər ərzində bu alətlə ən azı 53 nəfər edam edilib.

Orta əsrlərdə Halifaksda ipək ticarəti geniş yayılmışdı. Bu bahalı ipəkləri emalatxanalarda deyil, bayırda qurutmağa məcbur idilər. Oğurluq geniş yayılmışdı və tacirlər oğruların qarşısını almaq üçün təsirli vasitə kimi bu cür dar ağacından istifadə edirdilər.

Fransızlar bundan və daha sonra da bunun Şotlandiyadakı oxşarı olan Maiden adlı alətlərdən təsirlənib öz adlarını qoya bilərlər.

Doktor Jozef İqnas Guillotin insanpərvər, xoşxasiyyətli doktor idi və xalqın gözü qabağında həyata keçirilən ölüm hökmlərindən xoşu gəlmirdi. Guillotin 1789-cu ildə Fransa cəza sistemində islahatlar aparmaq və onu daha humanist bir hala gətirmək üçün Milli Məclisə iddialı bir plan təqdim etdi. Guillotin yoxsullar (kirli-paslı paltarda olurdular) ilə varlılar (təmiz geyimdə olurdular) arasında fərq qoymayan, standartlaşdırılmış və mexaniki bir edam üsulu təklif etdi.

Guillotinin təkliflərinin birindən başqa qalanları rədd edildi: təsirli ölüm mexanizmi qavramı. Guillotinin təklifi Cərrahlar Akademiyasının katibi doktor Antoine Luis tərəfindən inkişaf etdirildi. Bizim gördüyümüz, çarpaz bıçaq ağzı ilə işləyən ilk aləti düzəldən Guillotin deyil, Luis idi. Hətta onu təkmilləşdirən adama istinadən qısaca Luison, ya da Luisette olaraq adlandırıldı.

Amma necəsə Guillotinin adı bu alətlə xatırlandı və ailəsinin etirazlarına rəğmən adı bu cür də qaldı. Guillotinin, adının verildiyi alət tərəfindən öldürülməsi fikri yayılsa da, o, 1814-cü ildə çiynindəki çiban yarasından öldü.

Gilyotin ilk demokratik edam üsulu oldu və bütün Fransada mənimsənildi. Tarixçilər gilyotinin yarandığı ilk on ildə 15 min insanın edam edildiyini təxmin edirlər. Bu alətlə yalnız Nasist Almaniyası daha çox insan edam elədi: 1938-1945-ci illər arasında 40 min insanın giyotində edam edildiyi təxmin edilir.

Giyotində edam edilən sonuncu fransız Hamida Djandoubi adında tunisli mühacir idi; Djanboubi 1977-ci ildə gənc qıza təcavüz edib öldürməkdə təqsirləndirilmişdi. Fransada edam cəzası 1981-ci ildə ləğv edilib.

Bədəndən ayrılmış başın şüurunun nə qədər müddət yerində qaldığını (o da əgər qalırsa) tam olaraq yoxlamaq olmur. Ən yaxşı təxmin beş saniya ilə on üç saniyə arasındadır.

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

Telefonu Qraham Bell icad edib? – QƏTİYYƏN!

Yer kürəsini ətrafına dolanan ilk insan kimdir? – YANLIŞ BİLDİKLƏRİMİZ

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? – CAHİLLİKLƏR KİTABI

# 3402 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
#
#
# # #