Fitsceraldla penisini müqayisə edən Nobelli yazıçı

Fitsceraldla penisini müqayisə edən Nobelli yazıçı
1 mart 2014
# 08:30

Ədəbiyyatsevərlər ov həvəskarı olan yazarın ov tüfəngi ilə intihar etdiyini, müharibə muxbiri ilə evləndiyini, illərlə Havanada möhtəşəm bir villada yaşadığını və alkoqolik olduğunu bilirlər. Amma indi sizə təqdim edəcəklərimizi bilmədiyinizdən əminik.

Kulis.Az Ernest Heminquey haqqında maraqlı faktları təqdim edir.

Uğursuz DTK agenti idi

Heminquey ömrünün son illərində yaxın ətrafına FTB-nin (Federal Təhqiqatlar Bürosu) onu izlədiyini deyirdi. Yaxınları isə onu paranoyak olmaqda günahlandırırdı. Amma Con Erl Heynsin 2009-ci ildə dərc olunan kitabında yazarın bu şübhələrinin o qədər də yersiz olmadığını göstərdi. Keçmiş DTK əməkdaşından əldə edilən sənədlərə görə Heminquey Stalin dövründə DTK ilə görüşmüş və onlarla əməkdaşlıq etmək istədiyini bildirmişdi. Təklifi qəbul edilən yazara “Arqo” ləqəbi verilir. Lakin bir müddət sonra heç bir məlumat ötürmədiyini görən DTK Nobel mükafatlı yazarla işləməkdən vaz keçir.

Öldürməyən Allah öldürmür

Ernest Heminquey iki dəfə təyyarə qəzası keçirib və cüzi yaralarla canını qurtara bilib. 62 illik ömründə qarayara, malyariya, ağciyər iltihabı, hepatit və diabet xəstəliklərinə tutulub. Böyrəyi, dalağı və qaraciyəri illərlə ona əziyyət verib. Həmçinin onurğa və kəllə-beyin travması var idi. Amma sonda bu xəstəliklərdən heç biri deyil, mağazadan aldığı bir ov tüfəngi onun canını aldı. Bu arada Heminquey ailəsinin bir növ intihar geninə sahib olduğunu da vurğulamaq lazımdır. Belə ki, yazarın babası, atası, bacısı və nəvəsi də intihara cəhd etmişdi.

Fitzceraldla penis müqayisəsi

Günlərin bir günü “Möhtəşəm Getsbi”nin yazarı F. Skott Fitscerald ilə Parisdə bir kafedə içirlər. Kafedə səslənən musiqi Skottun əhvalını bikef edir.

Təbii ki, Ernest də dinc dayanmır, dostunun dərdinə şərik olmaq üçün söhbət eləməyə başlayır. Bir neçə dəqiqə sonra iki dost tualetə gedirlər. Çünki, Skottun arvadı Zelda ona “Bu qədər kiçik bir penislə nəinki bir qadını, heç özünü də təmin edə bilmərsən” deyibmiş. Bu söhbət Ernestin ona “Zeldaya fikir vermə, səndə normal ölçüdədir, yəqin hirsindən belə deyib” deməsi ilə sona çatır.

Qardaşı ölkə yaratdı

Məşhur yazarın qardaşı Leyçestr Heminquey Yeni Antlantida Respublikası adlı ölkənin qurucusudur. 1964-cü ildə Yamayka tərəflərdə bambukdan hazırlanmış platforma üzərində qurulan ölkənin 7 vətəndaşı, balıqqulağından ibarət pul vahidi və konstitusiyaya sahib idi. 2.44-9.14 kvadrat metr ölçülərində olan bu ölkə, daha doğrusu mikroxalq yaranandan iki il sonra fırtına və ya başqa bir iddialara görə balıqçıların hücumu nəticəsində qərq olub. Atlantida bir daha tarixə qovuşdu.

Altıbarmaqlı sülalə

Floridada altıbarmaqlı pişiyə rast gəlsəniz bilin ki, onun Heminqueylə “qohumluq”u var. Bir gəmi kapitanı tərəfindən yazara hədiyyə verilib. Key Vestdə hələ də 60-a yaxın altıbarmaqlı pişiyin yaşadığı məlumdur. Bu pişiklər Heminqueyin pişiyindən törəyib.

# 4854 dəfə oxunub

Oxşar xəbərlər

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər