#

Şam işığında yeməyin dözülməz zərərləri

Şam işığında yeməyin dözülməz zərərləri
29 noyabr 2013
# 11:44

Filmlərdə gördüyümüz səhnələrdə axşam yeməkləri bayram tək qeyd edildiyi məkanlar, qırmızı şərabla dolu olan badələr, şam işıqlı restoranlar idi.

Axşam yeməyi bir bayram idi...

Axşam yeməyi romantizm idi...

Axşam yeməyi xüsusi zövq idi...

Axşam yeməyi istirahət idi...

Axşam yeməyi zəriflik idi...

Axşam yeməyi gözəl estetika idi...

Yaşadığımız və yaratdığımız mədəniyyət axşam yeməyini bizə belə aşılayıb.

Parisdə, Nyu Yorkda, Londonda, Romada, Afinada, İstanbulda günün ən ləzzətli anı axşam yeməyi anı idi.

***

Dünən həkim Ayşegül Çoruhlunun “Toxuq amma acıq” adlı kitabını səhifələyirdim.

“Axşam yeməyinin zərərləri” adlı başlığı görəndə diksindim...

Həkimlərin adətən axşam az yeməyi məsləhət gördüyünü bilirəm...

Lakin “Axşam yeməyinin zərərləri” başlıqlı bölmə məni qorxutdu.

Axşam yeməyinin az yeyilməsindən danışmır həkim Ayşegül Çoruhlu.

Axşam yeməyinin konkret zərərlərindən danışır.

Oxuyarkən sizə çatdırmağı düşünürəm kitabdakıları.

Ayşegül Çoruhlu həmçinin “Qələvi pəhrizi” adlı kitabın müəllifidir.

Ona görə də bu mövzuda dedikləri çox önəmlidir;

“Alışdığınız kimi sizə günün ən önəmli yeməyi səhər yeməyidir deməyəcəyəm.” Günün ən önəmli yeməyi axşam yeməyidir.

Amma diqqətinizə çatdırım ki...

Önəmlidir deyəndə, nə yediyinizin önəmli olduğunu nəzərdə tutmuram, nələr yeməməli olduğunuzu nəzərdə tuturam.

Axşam yeməyində yemədikləriniz, gün ərzində yediklərinizdən daha önəmlidir...

Axşam yeməyinin yanlışları gün ərzində yediyiniz bütün faydalı yeməklərin əvəzini çıxarlar.

Axşam neçədə yediyinizin və nə qədər yediyinizin önəmini nə qədər izah etsəm azdır.

Bunun üçün günortadan axşamadək vəziyyəti ən faydalıdan, ən zərərliyə qədər sıralayaraq sizə təqdim edəcəm.

***

1. Seçim

Sağlamlıq nöqteyi-nəzərindən birinci seçim günortadan sonra 4-5 arası axşam yeməyini yemək və daha sonra yalnız tərəvəzlərlə, tərəvəz suyu, bitki çayları içərək gecəni başa vurmaq.

Bu ən optimal seçimdir.

Bu dediyimi ardıcıl olaraq yerinə yetirsəniz, heç bir pəhrizə ehtiyac duymadan bel bölgənizdən asanlıqla arıqlaya bilərsiniz.

Axşam yeməyi yeməsəniz, gün boyunca yediyiniz ərzaqların kalorisini hesablamağa da ehtiyac qalmaz.

Günorta çox yeyib, axşam yeməsəniz yenə beliniz incələr.

Ən önəmlisi isə axşam yemək yeməsiniz, bioloji cavanlaşarsınız.

Gecə yuxuda ikən işə düşən böyümə hormonu səhərə qədər hüceyrələrinizi təmir edər, Hollivud məşhurları boş-boşuna gənclik hormonu iynəsi vurdurmur.

Arıqlayarkən solmaq, büzüşmək, qırışlara sahib olmaq istəmirsizsə, axşam yeməyindən imtina ən gözəl seçimdir.

Ancaq bunu etmək asan deyil. Çünki səhər 9-dan axşam 6-ya qədər iş həyatı, sosial həyat, ailə, tıxaclar, gündəlik yaşadığımız stress axşam yeməyini 4-5 arası yeməyimizə mane olur. Və beləliklə axşam yeməyindən imtina edə bilmirik.

2. Sağlamlıq üçün. Seçim 2

Fərz edək ki, axşam 19.00-da süfrə arxasında əyləşmək məcburiyyətindəsiniz. Belə olduğu halda saat 19.00-dan iki saat öncəyə yəni 17.00-a geri qayıdırıq.

16.30-17.00 arası yığcam bir yemək yeyəcəyik. Bu yemək saatında badam, qoz kimi quru və yağlı meyvələr, avakado kimi yağlı tərəvəzlər məsləhət görülür.

Bu yeməkdən sonra axşamkı şama qədər tam ac qalmaq lazımdır. Bunları yerinə yetirdikdən sonra axşam yeməyini 19.00da və ya 20.00da yemək artıq fərq etmir.

Lakin təkrar edirəm, 17.00dan sonra şama qədər heç nə yeməmək çox önəmlidir.

Çünki çoxları işdən evə gəldikdə şam yeməyinə qədər yüngülcə yeyir. Bu aralıqda yediyiniz kiçicik bir kraker belə çox zərərlidir.

Bu məsələ şəkər-insulin ilə birbaşa əlaqəlidir. Axşam yeməyindən əvvəl qanınızda insulini yüksəldəcək hər hansı bir qida məhsulunun olmaması şərtdir.

Axşam yeməyinə nələri yemək qadağandır?

Unlu, şəkərli qidalar, alkoqol və şirin içkilər, qızartmalar, cipslər kimi məhsulların kifayət qədər zərərli olduğunu bildiyinizi nəzərə alıb, onları qeyd etmirəm.

Bu qida məhsulları kiçikdən böyüyə hər kəs üçün zərərlidir. Lakin bundan əlavə çəki probleminiz varsa, bir sıra məhsulları axşam yeməməlisiniz;

1. Quru paxlanı axşam yemək düzgün deyil. Quru paxlanın proteini çox azdır, daha çox karbohidrata sahibdir ki, bu da axşam yox, günorta yeməyinə daha uyğundur.

2. Sağlamlığa faydalı olsa da, axşam yeməməli olduğunuz əsas qida məhsullarından biri də quru meyvələrdir. Səhər, günorta və ya axşam 17.00-adək yemək məqsədəuyğundur.

3. Həmçinin arıqlamaq istəyənlər üçün axşam saatlarında süd-qatıq-pendir qrupuna daxil olan məhsulları yemək də məsləhət deyil.

4. Meyvələr saat 17.00-a qədər yeyilməlidir.

Axşam yeməyində nələri yeyə bilərik?

Axşam yeməklərində tərəvəzlər sonsuz saydadır. Əgər axşam yeməyini tərəvəzlərdən hazırlamısınızsa, yağsız olması şərt deyil. Tərəvəz yeməklərini zeytun yağı ilə və istədiyiniz ədviyyatdan istifadə edərək hazırlaya bilərsiniz.

Axşam yeməyini tərəvəzlərlə əvəz etmək ideal seçimdir. Təəssüf ki, çoxları tərəvəzlərin yanında proteinə ehtiyac duyur. Belə olduğu halda yumurta, hinduşka, ət, toyuq və balıq tərəvəzlərlə birgə yeyilə bilər.

Bəlkə də axşam yeməyini çörəksiz yemək, makaron, plov, kartof qızartmasını menyudan çıxartmaq, televizor izləyərkən keks yeməmək, qırmızı şərab içməmək sizə çox çətin görünür.

Lakin əgər sağlamlığınızın qeydinə qalmaq istəyirsizsə, öncədən hazırlanıb soyuducuda saxlanılan tərəvəz və meyvə sularına üstünlük verin. Axşam yeməyi yeməyib gecə arada tərəvəz suyu içməyə çalışın. Ən sürətli bel incəltmə, ən sürətli gəncləşmə və gözəlləşmənin sirri budur.

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

Nəbi Xəzrinin oğlu:  "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

Nəbi Xəzrinin oğlu: "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

09:00 30 sentyabr 2024
Dörd ilin tükənməz xatirəsi

Dörd ilin tükənməz xatirəsi

09:00 27 sentyabr 2024
Xalq düşməninin nəvəsi:  "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

Xalq düşməninin nəvəsi: "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

09:00 26 sentyabr 2024
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 21 sentyabr 2024
Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

12:00 20 sentyabr 2024
Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

21:00 18 sentyabr 2024
#
#
# # #