"Koroğlu" dastanı Sovet vaxtı yazılıb" ŞOK İDDİA

"Koroğlu" dastanı Sovet vaxtı yazılıb" ŞOK İDDİA
3 may 2013
# 17:27

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Koroğlu” dastanı haqda saytlardan birində qalmaqal yaradacaq açıqlama verib.

Koroğlunu komik qəhrəman adlandıran partiya sədri Kulis.Az-a açıqlamasında bildirib ki, dastan insanlarda qəhrəmanlıq ruhu formalaşdırmır: “Dastanın bir çox qolları sovet hökuməti vaxtında tapşırıqla yazılıb. Əlyazmalar Fondunda saxlanılan dastanla heç bir əlaqəsi yoxdur. Bu qolların da müəllifləri bəllidir. Dünyanın heç bir ölkəsində xalq qəhrəmanı ömrünün sonunda əkinçiliklə məşğul olmur, qəhrəmanlıqdan könüllü imtina etmir. Bir insan qəhrəmanlıqdan imtina edib, əkinçiliklə məşğul olursa bu necə xalq qəhrəmanıdır? Camaatın əkinçisi qəhrəman olanda, bizim qəhrəmanımız əkinçi olur. Koroğlu yadellilərə qarşı mübarizə aparmayıb. O necə xalq qəhrəmanıdır ki bir nəfər yadelliyə qarşı vuruşmayıb. “Koroğlu” dastanında əsas məqsəd türk idarəçiliyinə, sultanlara, paşalara qarşı nifrət yaratmaq olub”.

S. Cəlaloğlu sovet dövründə yaradılan ideallardan imtina etməyin lazım olduğunu da söylədi: “Koroğludan, Qaçaq Nəbidən, Həcərdən, Babəkdən imtina edilməlidir. Onların yerini Cavad Xan, Ağa Məhəmməd şah Qacar, Nadir şah, Şah İsmayıl Xətai, Səttarxan almalıdır və xalq bu ruhda tərbiyə olunmalıdır. Dünyanın heç bir ölkəsində Koroğlu kimi qəhrəman yoxdur. Bu cür qəhrəmanın ruhu ilə milləti tərbiyə etmək olmaz. Koroğlu döyüşmək, vuruşmaq yerinə atına yalvarır. Aşıq paltarı geyinib Həsən xanın məclisinə gedir. O qəhrəman kimi mübarizə aparmır. Koroğlu hər rastlaşdığı dəliyə - Dəmirçioğluna, Tüpdağıdana, Kürdoğluna, Dəli Həsənə məğlub olub. Elə bir dəli olmayıb ki, ona qalib gəlsin. Biri basır suya boğur, biri başını kəsir, qışqırıb yalvarır ki, öldürməyin məni, mən Koroğluyam. Onun ancaq bir qəhrəmanlığı var. Qarı yeddi qazan aş bişirir, o da hamısını yeyib qurtarır. Yeganə qəhrəmanlığı budur. Keçəl Həmzə də ağıl və bacarığına görə ondan qat-qat üstündür, ağıllıdır. Koroğlu ağlına görə Keçəl Həmzəyə, qol gücünə görə isə dəlilərinə məğlub olan biridir”.

Yazıçı, millət vəkili Aqil Abbas isə son illər tarixi şəxsiyyətlərə qarşı məqsədli hücumların təşkilindən narahatlığını bildirdi: “Son bir ildə Babəkin, Şah İsmayılın, Mirzə Fətəli Axundovun, Qaçaq Nəbinin əleyhinə danışırlar. Elə məsələlər var, ki, insanlar neçə illərdir onu özləri üçün müqəddəs bilib. Onlara qarşı yazılar yazmaq, nüfuzdan salmaq, böhtan, şər atmaq olmaz. Bununla da demək istəyirlər ki, bu xalqın qəhrəmanı olmayıb. Bu xalq kütlədən ibarət imiş. Bu mənada böyük kampaniya gedir”.

Vaxtilə özünün də Koroğlu haqqında satirik yazı yazdığını söyləyən A. Abbas onun əleyhinə bu kimi açıqlamaların birinci dəfə deyilmədiyini də qeyd etdi: “Cinayət Məcəlləsinə baxıb Koroğlunun hansı maddələrlə ittiham edilə biləcəyi ilə bağlı satirik yazı yazmışdım. Koroğlu indi yaşasaydı, silahlı dəstə saxladığı üçün onu reket kimi həbs edəcəkdilər. Koroğlunun Bakıda heykəli qoyulanda “Yeni Müsavat” qəzetinin köşə yazarı Famil Cəfərli yazmışdı ki, Koroğluya türklərin düşməni olduğuna görə heykəl qoyurlar. Bizim hökumət də türkləri sevmədiyinə görə Koroğluya heykəl ucaldıb. Ona cavab yazdım və ortaya şəkilləri qoydum. Türkiyə 50 il bundan əvvəl müxtəlif şəhərlərində ona heykəllər ucaldıb. O necə türklərin düşməni olub ki, ona heykəl düzüblər?! Digər tərəfdən hələ on il bundan əvvəl akademiya Koroğlu haqqında kitab buraxmışdı. Bu kitabda Koroğlunu homoseksual kimi təqdim etmişdilər. O vaxt rəhmətlik Akif Səməd və mən həmin kitaba cavab verdik. Nə qədər desələr də, bu millətin içində bir Koroğlu sevgisi var. Bu artıq qanımıza hopub. Görünür, Sərdar Cəlaloğlunun partiyası zəif olduğu üçün bu cür məsələlərlə gündəmdə qalmaq istəyir”.

# 6131 dəfə oxunub

Oxşar xəbərlər

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər