Adam öldürən dahilər - Siyahı

Adam öldürən dahilər - <span style="color:red;">Siyahı
3 sentyabr 2019
# 21:00

Ədəbiyyat humanist dəyərlər aşılasa, müharibəyə qarşı olsa da döyüşlərdə iştirak etmiş yazıçılar az deyil. Dünyanın bir çox tanınmış yazıçısı müharibələrdə iştirak edib, daha sonra müharibə haqda əsərlər yazıblar.

Kulis.az müharibədə iştirak etmiş məşhur yazıçıları təqdim edir.

Tolstoy – Krım müharibəsi iştirakçısı

1853-cü ilin sonunda Tolstoy Dunay ordusunun tərkibində Krım müharibəsində zabit kimi iştirak edib. Bir neçə il vuruşmuş yazıçı medallar da alıb. Hərbiyə aid satirik şeirlər yazaraq karyerasını qəsdən yarımçıq qoyub.

Antuan de Sent-Ekzüperi – İkinci Dünya Müharibəsi iştirakçısı

İkinci Dünya Müharibəsi başlayar-başlamaz Antuan de Sent-Ekzüperi hərbi pilot kimi müharibəyə yollanır. Ona bu işin çox təhlükəli olduğunu deyirdilər. Bildirirdilər ki, sən yazıçı kimi ölkəyə daha çox lazımsan. Amma Ekzüperini fikrindən daşındıra bilməmişdilər. “Blok -174” hərbi təyyarəsində bir neçə dəfə hücumlarda iştirak etmiş yazıçı “Hərbi xaç” medalına layiq görülüb.

Corc Oruel – İspaniya vətəndaş müharibəsi iştirakçısı

1930-cu illərin ortalarında Oruel İspaniyaya - repressiv Franko rejiminə qarşı mübarizə aparan respublikaçılarla çiyin-çiyinə vuruşmağa gedir. Vətəndaş müharibəsinin gedişində snayperdən açılan atəşlə boğazından yaralanan Oruel deyirdi: “Mən bura faşizmə qarşı döyüşməyə gəlmişəm”.

Heminquey – Birinci və İkinci dünya müharibələri

Birinci Dünya Müharibəsi zamanı İtaliyada Qırmızı Xaç Cəmiyyətinin könüllüsü kimi təcili yardım sürücüsü işləyib. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən görmüşdü. 1930-cu illərdə İspaniyada vətəndaş müharibəsinə jurnalist kimi getmişdi. İkinci Dünya müharibəsinin başa çatdığı ərəfədə o, yenidən cəbhəyə yollanmış, reportaj və oçerklərində müttəfiqlərin Normandiyaya desant çıxarmağını təsvir etmiş, amerikan qoşunları ilə birlikdə Parisə daхil olmuşdu. Hərbi jurnalistlərlə bağlı Cenevrə konvensiyasının tələblərini pozduğuna görə Heminquey hərbi tribunal qarşısında dayanmaq təhlükəsi ilə üzləşmişdi. Lakin bu, yazıçının qəhrəmanlıq və rəşadətinə görə Bürünc Хaç medalı ilə təltif edilməsinə mane ola bilməmişdi.

Remark – Birinci Dünya Müharibəsi iştirakçısı

Alman ordusunda vuruşub bir neçə yerindən yaralanan Remark gördüyü dəhşətləri əsərlərində əks etdirib.

Henrix Böll - İkinci Dünya Müharibəsi iştirakçısı

Gələcəyin tanınmış yazıçısı Henrix Böll 1939-cu ildə hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır. "Qatar vaxtında gəlib" əsəri müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşən bir əsgərdən bəhs edir.

Andrey Platonov – Böyük Vətən Müharibəsi iştirakçısı

Kapitan rütbəli Platonov İkinci Dünya Müharibəsində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Selincer- İkinci dünya müharibəsi iştirakçısı

1942-ci ildə ABŞ İkinci Dünya Müharibəsinə qoşulandan sonra Selincer müharibəyə çağırılır və müharibənin sonuna kimi döyüşlərdə olur. Eləcə də müttəfiq qoşunların tərkibində bir neçə ağır döyüşlərdə iştirak edir. Müttəfiqlərin qoşunları Almaniyaya daxil olanda, Parisdə hərbi müxbir kimi çalışan yazıçı Ernest Heminqueylə görüşür.

Kurt Vonnequt – İkinci Dünya Müharibəsi iştirakçısı

Müharibədə Avropada əsgər kimi döyüşərək əsir düşən, Drezden şəhərinin müttəfiq qüvvələri tərəfindən bombalanmasının şəxsən şahidi olan amerikalı yazıçı Vonnequt "5 nömrəli sallaqxana və ya uşaqların xaç yürüşü" romanında müharibə dəhşətlərini fərqli üslubda göstərib.

İsmayıl Şıxlı – İkinci Dünya Müharibəsi iştirakçısı

Yazıçı İsmayıl Şıxlı İkinci Dünya Müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) vuruşub. Yazıçının “Kerç sularında” (hekayələr), “Cəbhə yolları” kitablarında müharibə xatirələri əks olunub.

# 6001 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #