Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası
20 sentyabr 2024
# 12:00

Kulis.az “NKVD”-nin nəzarətində saxlanılan Qorodomlya adası haqda bilinməyənlər.i təqdim edir.

Əsrlər boyu ərazisi cəmici 3 kvadrat kilometr olan Qorodomlya adası hamı üçün açıq olub.

Sovet hakimiyyəti qurulduqdan sonra isə ada sirli bir məkana çevirilib, xüsusi mühafizə altında saxlanılıb. Qorodomlya adası Tver vilayətinin ərazisində, Ostaşkov şəhərindən 4 kilometr aralıda, Seliqer gölündə yerləşir.

1920-ci illərin sonlarında SSRİ-də ilk yolxucu xəstəliklər institutunun yaradılması ilə bağlı müzakirələr aparılanda ölkə rəhbərliyi onun tam qapalı bir yerdə yerləşməsini palnlaşdırıblar. İki il davam edən müzakirələrdən sonra qərara alınıb ki, institut Qorodomlya adasında fəaliyyət göstərsin.

Beləliklə, 1930-1932-ci illərdə adada Aleksandr Skomoroxovun başçılığı ilə institut inşa edilib, onun ilk direktoru da Skomoroxovun özü olub.

İnstitutun əsas fəaliyyəti zoonozlar infeksiyasının (heyvanlardan keçən xəstəlik, ağız və burun boşluqlarında, barmaqlar arasında yaraların əmələ gəlməsi) öyrənilməsi və onlara qarşı peyvəndlərin hazırlanmasından ibarət olub. Bununla yanaşı, institut rəhbərliyinin qarşısına yolxucu xəstəliklərdən bioloji silah kimi istifadənin öyrənilməsi vəzifəsi də qoyulub.

1937-ci ildə Qorodomlya adasında daha bir qapalı müəssisə - Biotexniki institut fəaliyyətə başlayıb. Bu institutun qarşısında duran əsas vəzifələrdən biri bioloji silahların hazırlanması və bioloji silahlara qarşı mübarizə vasitələrinin yaradılması, öyrənilməsi və tətbiqi olub.

1935-1938-ci illərdə Sibir xorası, xolera və bu kimi təhlükəli, yolxucu xəstəliklər daşıyanları məhz bu adada saxlayıblar. Qorodomlya adasında əcazçılıq laboratoriyaları da fəaliyyət göstərib. 1936-cı ildə adı hamıya yaxşı tanış olan penisilin ilk dəfə bu adada hazırlanıb.

Qapalı müəssisələrin yerləşdiyi Qorodomlya adası iki sıra tikanlı məftillərlə əhatə olunub. Ada hərbiləşdirilmiş mühafizə dəstəsi tərəfindən qorunub. Bununla yanaşı, “NKVD”-nin 50-dən artıq əməkdaşı adanı xüsusi nəzarətdə saxlayıb.

Adaya giriş-çıxışa tam məhdud şəkildə icazə verilib. Hətta SSRİ Səhiyyə Komissarlığının yüksək vəzifəli işçilərinin adaya girişi mümkün olmayıb. Xüsusi icazə vərəqəsini vermək səlahiyyəti yalnız səhiyyə komissarına və “NKVD” başçısına verilib.



Sovet-alman müharibəsi illərində Qorodomlya adası almanların işğalına məruz qalmayıb. Müharibə illərində adada bir neçə hospital yaradılıb. Arxiv materiallarına əsasən, həmin hospitallara gətirilən döyüşçülərin hamısını xilas etmək mümkün olmayıb. Hospitalda vəfat edən yaralılar adanın ərazisində dəfn ediliblər.

Hazırda adada 38 döyüşçünün məzarı var.

Qorodomlya adasının sirli və müəmmalı həyatı müharibədən sonrakı dövrdə başlayıb. 1946-cı ildə SSRİ-yə “işləyən” raket və nüvə üzrə alman mütəxəssiləri məhz bu adada fəaliyyət göstərməyə başlayıblar. Onların sayı təxminən 100 nəfərdən yuxarı olub.

Adada Mərkəzi Elmi Tədqiqat Maşınqayırma İnstitutunun 1 nömrəli filialı yaradılıb. Alman mütəxəssislərinə dünyanda tanınmış mühəndis Helmut Qrettrup başçılıq edib. O, adada ballistik raketlərin idarəetmə sistemini yaradıb. Bununla yanaşı, alman mütəxəssisləri hava hücumundan müdafiə qüvvələri üçün yeni raketlərin hazırlanmasını və sınağını da bu adada keçiriblər.



Alman mütəxəssisləri ilə əsasən məşhur sovet alimi, raket və kosmik sistemlərin konstruktoru Sergey Korolyov işləyib. O, hər həftənin bir gününü məhz bu adada keçirib.

Müharibədən sonrakı dövrdə yaranmış qıtlığa baxmayaraq, alman mütəxəssislərinin təminatı yüksək səviyyədə olub. Onlar ən keyfiyyətli ərzaq məhsulları, geyim və gündəlik tələbat malları ilə təmin ediliblər. Həmin dövrdə eyni fəaliyyəti göstərən sovet mühəndisləri 2-3 min rubl əmək haqqı aldıqları halda, alman mühəndisləri 4-6 min rubl maaş alıblar. Hər həftənin şənbə və bazar günləri almanların Moskvaya səfəri təşkil olunub. Teatra, kinoteatrlara, sirklərə getmək, alış-veriş etmək üçün onlara bütün şərait yaradılıb.

1951-ci ildə institutun filialında 166 alman mühəndisi, 450 sovet vətəndaşı olan əməkdaşlar çalışıb. Həmin il adada “Ulduz” zavodunun inşası da başa çatıb.



1953-cü ildə alman mütəxəssisləri Almaniyaya qayıdıblar. Filial və zavod isə fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Mərkəzi Komitə, şəxsən İosif Stalin alman mütəxəssislərinin işindən və fəaliyyətindən tam razı qalıb. Bütövlükdə Qorodomlya adasında yerləşən qapalı müəssisələrə Lavrenti Beriya nəzarət edib.

Müasir dövrdə də Qorodomlya adasında qapalı müəssisələr fəaliyyət göstərir. Meşəliyin içərisində olan adada yaşayış binaları, məktəblər, səhiyyə və mədəniyyət ocaqları, ictimai iaşə obyektləri, parklar salınıb. Bu ada turistlər üçün də maraqlı məkanlardan biri sayılır.

# 2506 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #