Rektor qızından vaz keçdi, yerli bəylər onu öldürmək istədi, öz dəfn pulundan imtina etdi - Zərdabi haqqında 10 maraqlı fakt

Rektor qızından vaz keçdi, yerli bəylər onu öldürmək istədi, öz dəfn pulundan imtina etdi - Zərdabi haqqında 10 maraqlı fakt
22 iyul 2021
# 15:01

Bu gün Milli Mətbuat günüdür. Kulis.az bu münasibətlə mətbuatımızın banisi Həsən Bəy Zərdabi haqqında 10 maraqlı faktı təqdim edir.

1. Həsən bəy Zərdabi uşaq vaxtı mədrəsədə oxusa da, ilahiyyata maraq göstərmirdi. Ona görə də atası onu rus məktəbinə qoyur. Yaxşı şagird olan Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Həsən bəy Zərdabi burda rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xristian qızıyla evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina etməyə məcbur olur.

Image result for Həsənbəy zərdabi

2. Həsən bəy Borçalıda torpaqların islahat prosesində kəndlilərə kömək edir. Lakin çar hökumətinin yaratmış olduğu müvafiq idarənin rəhbərliyi bəylərin, mülkədarların müdafiəçisi kimi çıxış edir, burada yerli bəylər tərəfindən Həsən bəyə qarşı sui-qəsd təşkil olunur. O zaman Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd cəhdi baş tutmur.

3. 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti "Əkinçi"nin birinci nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bununla da Həsən bəy növbəti "ilk"lərdən birinə - milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Deməliyik ki, qəzetə "Əkinçi" adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlövhlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi.

Image result for Həsənbəy zərdabi

4. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin böyük carçısı olur. Lakin bu sevincli günlər uzun çəkmir. Bu işdə də erməni xəyanəti öz işini görür. "Əkinçi"nin mürəttibi (Mətbəədə hərfdüzən işçi) Minasovun donosları nəticəsində "Əkinçi" qapanır.

5. Bir müddət işsiz qalır, onu təqib edir, izləyirlər. Bu qara günlərin birində Həsən bəyə təklif gəlir: Sərdarın əmri ilə Yekaterinodara (Stavropola) gimnaziyaya müəllim göndərilirsiniz. Lakin Zərdabi "Mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirəm" deyir və ərizə verib müəllimlikdən imtina edir. İşsiz qalan Həsən bəy 1880-ci ildən doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur.

6. Həsən bəy Zərdabi Azərbaycanda ilk qadın təhsilinin carçılarından biri, müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı idi.

Image result for əkinçi qəzeti

7. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmaqdan yorulmazdı. Günlərin birində bir dəmirçi uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya düzəldir. Lakin uşağa dəftər-qələm almaqda çətinlik çəkən həmin dəmirçi Həsən bəyə şikayət edib, bu işə görə onu tənbeh edir. O, dəmirçiyə məsləhət verərək "Çəkic-zindanını, palaz-paltarını sat, amma oğlunu oxut" demişdi. Əslində, o, bununla azərbaycanlılara övladının təhsili üçün pul xərcləməyi öyrətmək istəyirdi. Həsən bəy uzun ayrılıqdan sonra Bakıya dönəndə həmin dəmirçinin oğlu məşhur həkim idi.

8. Həsən bəy Zərdabi 1872-ci ildə "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların siyahısında Hənifə Aslan bəy qızı Abayeva adlı müsəlman qızının adını oxuyur. Həmin qızla tanış olmaq məqsədilə təcili Tiflisə yollanır. Həsən bəy qızı tapır, bəyənir və ona evlənmək təklifi edir. Şimali Qafqazda yaşayan türk xalqlarından olan balkar qızı Hənifə xanım onun xoşniyyətli təklifini qəbul edir. Məktəbə dəvət olunan molla tərəfindən kəbin kəsilir. Bununla da Həsən bəy müsəlmanlar arasında ilk olaraq valideynlərin razılığı olmadan gənclərin müstəqil evlənmə, ailə qurma ənənəsinin əsasını qoyur...

Related image

9. Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə "Müqəddəs Anna" qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına taxmadı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdu.

10. Son sözləri belə olmuşdu: "Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı".

# 4230 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #