“Homoseksuallar üçün məscid tikəcəyik”
20 noyabr 2012
08:45
Məhəmməd Lüdovik Lütfi Zadə adi müsəlmanlardan deyil. Homoseksual olduğuna görə ailəsi ondan imtina edib və çarəni dinə sığınmaqda görən Zadə İslama Fransada qapılarını hər kəsə açacaq bir məscid qurmağı planlaşdırır.
- Homoseksual olduğunuzu nə vaxt bildiniz?
- Məktəbə gedirdim, atam məndən çox razı idi. Çünki təcavüzə meylli idim. 5 yaşımda niyə dəyişdiyimi soruşmağa başladı. 7-8 yaşlarında isə artıq qız kimi olduğumu deməyə başladı. Buna görə illərlə üzümə də baxmadı. Əslində bu hərəkəti mənə pis təsir etmirdi. Hətta ondan ayrılıb öz həyatımı yaşaya bilərdim. Sonralar əziyyət çəkəcəyimi bildiyi üçün belə davrandığını etiraf etdi mənə.
- Bəs ananız necə qarşıladı bu hadisəni?
- Anam məni həmişə sevirdi. Amma problem nə anam, nə də atamda idi. Atam qardaşıma qarşı çox qəddar idi, o da mənə qarşı… O mənim qızsayağı davranışımı sezdiyi vaxtdan zorakılığa əl atdı. Məni tez-tez döyür, “Şillə-təpiklə səni kişi edəcəyəm” deyirdi. Qolumu, qıçımı sındırmışdı.
- Bəs o çətin dönəmi necə keçdiniz?
- Kişi olmaq, ərəb olmaq, Fransada müsəlman mühacir olmaq- hamısını gözdən keçirdim. 12 yaşımda islamı kəşf etməyə başladım. Əlcəzairdə vətəndaş müharibəsi gedirdi o vaxt. Bir tərəfdən də insanlar sistemdən haqq-hesab sorurdu. FİS təşkilatı vardı. Hər dəfə tətilə gedəndə Əlcəzairdə sələfilərin radikallığından, cəmiyyəti silkələməsindən təsirlənirdim. Gündə beş dəfə namaz qılırdım. Ancaq Əlcəzairdə terror hadisələri mənə çox təsir elədi. O vaxtdan sələfilərdən uzaqlaşdım.
- Onlar sizə necə baxırdı?
- Talisman kimiydim onlar üçün. Sevimli bir uşaq, davamlı olaraq məscidə gəlir, özü də mühacirdir, amma ölkəsinə qayıdır. Hətta “Quran”ı oxuya bilmək üçün ərəbcə öyrəndim.
- Yəni cəmiyyətin qəbul etmədiyi seksual oriyentasiyanızı inanc vasitəsilə ört-basdır etməyə çalışdınız. Neçə yaşınıza kimi davam etdi bu?
- 17 yaşıma qədər. Yaxın bir kişi dostumla bir-birimizə qarşı yaxınlıq hiss etdik. 26 yaşındaydı, nişanlıydı, yaxın zamanda evlənəcəkdi. Hiss etdiklərimin normal olduğunu, evləndikdən sonra keçib gedəcəyini deyirdi. Onunla keçirdiyim ilk gecədən sonra başa düşdüm ki, mən homoseksualam. O gecədən bəri uşaqlığımdan bəri içimdə basdırdığım o hissləri xatırladım: bəli, mən homoseksual idim və həyatımın bir hissəsini İslama meyllənərək silməyə çalışırdım.
- Bəs belə radikal dini mühitdə homoseksual olaraq həyatınıza necə davam etdiniz?
- Müsəlman, özü də ətrafımda çox sevilən biri idim. Əvvəlcə dərslərim pozuldu, ondan sonra isə Parisdə bir nəfərlə cinsi əlaqədən sonra HİV-ə yoluxdum. Hər şey mənə zidd idi sanki. islamı rədd etdim. Təxminən yeddi ilimi özümü axtarmaqla keçirdim. Mən kiməm? Seksual münasibətlərim, islam, AİDS bunların ortasında mənim kimi biri ola bilərmi? Sələfilərin arasından çıxmış bir adam dinə üsyan edirdi indi. Özümə rəsmən işgəncə verirdim.
- Homoseksuallar üçün ayrıca ibadət evi açmaq ideyası hardan çıxdı?
- Qadınlar hicab taxmaqdan, yaxud da arxa sıralarda oturmaqdan, kişilər də məruz qalacaqları təcavüzlərdən qorxurdular. Keçən yay Həccə getdik və öz inanclarımızı yaşada bilmək üçün bu məscidin vacib olması qənaətinə gəldik.
- Məkan olaraq haranı istifadə edəcəksiniz?
- Buddistlərə məxsus ibadət evinin bir salonunu bizə verdilər. Oranı məscidə çevirdik. Bura biseksuallar, qadınlar, transseksuallar – qısa desək hər kəsə açıq olacaq. Noyabrın 30-da burda ilk camaat namazını qılacağıq. Heç kim birinin qabağında, ya da arxasında qalmayacaq. İslamın ilk dönəmlərində Məkkədə olduğu kimi.
- Bəs yaxşı bu məsciddə eynicinslilərin kəbini kəsiləcəkmi?
- Bəli. Evlilik də olacaq. Hələlik cümə namazları ilə başlayacağıq. Sonrasına baxarıq. Hər şey gedişatdan asılı olacaq.
- Bir müsəlman olaraq homoseksual kimi yaşamaq çoxmu çətindir?
- Bütün dinlərdə homofobiya var. Müsəlman cəmiyyətlərində daha çoxdur. İki il öncəyə kimi Fransanın özündə “P..tuxları yıxacağıq” deyə şüarlar səslənirdi. Homoseksuallar niyə görə kilsədə evlənib, adi adamlar kimi yaşamaq istəyirlər? Onlar bərabər hüquqlar istəyirlər.
- Homoseksuallara dair ən çox nifrət etdiyiniz klişe nədir?
- Ən çox “siz yaxşı müsəlman ola bilməzsiniz. Çünki normal insanlar deyilsiniz. Daha çox heyvanlar kimisiniz. Öz cinsinizlə münasibətə girirsiniz” sözləri. “Sizi odun içinə atıb yandıracağıq” deyənlər də olur hərdən. Hələ də homoseksualların xəstə olduğunu düşünənlər var.
Mənbə: “Hürriyet Pazar”
Hazırladı: Rəna NEVZAT

2879 dəfə oxunub
Oxşar xəbərlər
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?
12:00
26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?
17:00
22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?
17:00
20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov
13:05
18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət
17:31
13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü
12:00
8 noyabr 2024