Seymur Baycandan QISA HEKAYƏ

Seymur Baycandan QISA HEKAYƏ
23 sentyabr 2016
# 17:28

Payız

Qısa hekayə

Havalar birdən, bir günün içində soyudu. Adamlar buna sevindi. İstidən yorulmuşdular, dəyişiklik istəyirdilər. Payız paltarları üçün darıxmışdılar. Səhər evdən çıxanda gördüm arvadlı-kişili hamı pencək, plaş, gödəkçə geyinib. Bir-birlərini süzüb geyim zövqlərinə qiymət verirdilər. “Texniki Universitet” metrostansiyasina düşdüm. Platformada bir qız dayanmışdı. Təkcə o geyimini dəyişməmişdi. Dünənki geyimində qalmışdı. Köhnə sızanaqların yeri görünən qolları çılpaq idi. Dünənə qədər budları, qolları, sinəsi açıq gəzən qadınların arasında ona diqqət göstərən olmamışdı. Amansız rəqabətdə özünü heç cürə baxışlara tuş edə bilməmişdi. Bu gün isə kişilər onun qollarına baxırdılar.

# 1194 dəfə oxunub

Müəllifin son yazıları

# # #