Oğlunun gələcəyindən qorxan Fazilət xanım – Nazan Kesalın həyat hekayəsi

<b>Oğlunun gələcəyindən qorxan Fazilət xanım – <span style="color:red;">Nazan Kesalın həyat hekayəsi </b>
18 aprel 2018
# 15:30

Əsil adı Nazan Kırılmışdır.

Onu bizim tamaşaçılar oynadığı “Fazilət xanım və qızları” serialından da qabaq məşhur türk rejissoru Nuri Bilgənin “İqlimlər” filmindəki Serap rolundan tanıyır.

1969-cu ilin 28 martında doğulub. Doğulduğu Manisada orta məktəbi bitirib.

Özünün xatırladığı qədər uşaqlığı əkinçiliklə məşğul olan anası ilə tarlalarda keçib. Ailəsində iki əmisinin opera müğənnisi olması kiçik qəsəbədə, həm də “Xalq nə deyər?” kimi çərçivələrilə yaşayan Nazanın sənətə yolunu açır. Üstəlik aktyorluq arzusunu ailəsindən razılıq ala bilmədiyi üçün boğan atası ona dəstək olur.

İzmir Doqquz Sentyabr Universitetinin incəsənət fakültəsini teatr aktyorluğu ixtisası ilə bitirir. 1991-ci ildə İstanbula köçür. 1996-2004-cü ildə Diyarbəkir dövlət teatrında rejissor və aktrisa kimi çalışır. Aktrisa daha sonra Bursa teatrında işləməyə başlayır.

“Kölgə” filmində Şənər Şən, Yavuz Tuğrul kimi məşhur türk aktyorları ilə oynayan Nazan çəkiliş zamanı həyəcandan bayılır.

2005-ci ildə Ercan adlı aktyorla evlənən Nazan Kesalın 12 yaşlı Poyraz adlı bir oğlu var.

“Uşaqlarımız bizim əmanətimizdir. Dünya təhlükələrlə doludur biz bu əmanətləri qorumalıyıq”, - deyir.

Nazan Ercalla “Teatr və psixologiya” seminarında tanış olur. Uzun müddət həkim işləyən Ercal bir psixatriya mərkəzi açır və burada seminarlar təşkil edir. Nazan da bu seminarlardan birinə gəlir. Daha sonra Ercan film çəkmək fikrinə düşür. Parisə dil bilgilərini artırmağa gedir. Nazan Diyarbəkirə dönür. 8 il ayrı-ayrı şəhərlərdə yaşayan cütlük ünsiyyət saxlayır, eşq yaşayırlar.

2002-ci ildə Nazan gələcək həyat yoldaşı ilə Nuri Bilgənin “Uzak” filmində oynayır.

“Nuri Bilgə dedi ki, sənin sevgilini oynayacaq birinə ehtiyacımız var. Mən də öz sevgilimi təklif etdim. Filmdəki rolu epizodik olan Ercan qapıdan bara girib çıxacaqdı”.

Daha sonra Ercanın Nuri Bilgə ilə əməkdaşlığı başlayır və Ercan “Üç meymun”a dialoqlar yazır.

Kann festivalının qırmızı xalısında iki dəfə keçsə də “Ən yaxşı qadın rolu” nominasiyasında Almaniya və Türkiyədə keçirilən başqa beynəlxalq film festivallarında qalib olur.

“Özümü ən çox rol oynayarkən azad hiss edirəm”- deyən Nazan ”İtmiş şəhər” serialındakı altı uşaqlı Məryəm rolunu oynamaq üçün iki ay saçını boyamır, üzünə qulluq etmir.

“İqlimlər”dən başqa Nuri Bilge Ceylanın “Uzaq”, Zeki Demirkubuzun “Yazğı” filmlərində oynayır. Bunlar həm də Nazanın seçimləridir: “Bir aktyor seçimləri ilə vardır. O, yox deməyi bacarmalıdır. Bu sənət əqidəsi kimi bir şeydir. Amma populyar bir filmdə yaxşı rol olsa niyə oynamayım ki?”

“Fazilet hanım ve kızları” serialında varlanmaq xəyalı ilə yaşayan ananı oynayır. “Yoxsulluğun dilini bilirəm” deyən Nazan ona haqq da vermir: “Yoxsulluq insanı xəstə edir. Biz pulsuz adamın insan sayılmadığı zamanda yaşayırıq. Fəzilət xanım zamanın ruhunu daşıyan biridir. Pul yaşamaq üçün vacibdir, amma təəssüf ki, kapitalizm sistemi pula tapınmağımızı istəyir. Amma pul insanın tələsidir”

Oynadığı obrazda ən çox təəccübləndiyi Faziletin “iki qızımı varlı adamla evləndirsəm ailəliklə yoxsulluqdan qurtularıq” fikridir. Obrazının hikkəsini oynayarkən siyasətçilərdən örnək alır. Obrazı Faziletə arzusu onun aşiq olmasıdır. “Sevgisizlik Fazileti yorub” deyir.

Qorkinin “Ana” romanını çox sevən aktrisa içində yaşamaq üçün roman seçərsə məhz bu romanı seçərdi. Tarixə baxandasa Frida Kalonun həyatını yaşamaq istərdi.

Həyatda ən çox yaşadığı ölkənin gələcəyindən qorxur. “Oğlumla birlikdə bütün uşaqların gələcəyi üçün qorxuram. Ona necə bir dünya qoyub gedirik.”

# 1895 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #