Prezervativin kəşfi, çimərlik geyimi və soyunan qadın – İLKLƏR

Prezervativin kəşfi, çimərlik geyimi və soyunan qadın – <span style="color:red;">İLKLƏR
3 fevral 2015
# 23:00

Kulis.az tarixin ilklərini təqdim edir.

1. Satış üçün saqqız ilk dəfə olaraq 1848-ci ildə Con Kurtis tərəfindən sobanın üstündə hazırlanıb. Con 1850-ci ildə “şirin qaymaq”, “dördü birdən”, “ən böyük və ən gözəl” adları ilə parafin saqqız satmağa başladı. Saqqızın üstündə hədiyyə də verirdi. İlk hədiyyəsi amerikan bayrağı olub.

2. Dünyada ilk yanğınsöndürən 1734-cü ildə alman fiziki M.Fuçes tərəfindən icad edilib. İlk yanğınsöndürənin içində duzlu su vardı və şüşə balon formasında idi. 1919-cu ilə qədər qəzetlərdə reklamı gedib. Müasir yanğınsöndürənlər isə 1816-cı ildə hazırlanıb.

3. Dünyada ilk cizgi filmi 1906-cı ildə Amerikada Ceyms Stüart Blakton tərəfindən çəkilib. Film “Humerous Phases of Funny Faces” adlanırmış.

4. Velosiped ilk dəfə 1839-cu ildə İngiltərədə dəmirçi Kirkpatrik Makmillan tərəfindən hazırlanıb. 27 kilo ağırlığında olan velosiped taxtadan hazırlanmışdı. Qabaq tərəfinə at başı keçirilmişdi. İxtiraçının məqsədi işinə rahat gedib gəlmək idi, amma böyük bir kəşfə imza atdığından xəbərsiz idi.

5. İlk diyircəkli qələm 1938-ci ildə macar heykəltəraş və jurnalist Lasalo Biro tərəfindən icad edilib. Biro həmin dövrdə Budapeştdə hökumət tərəfindən maliyyələşdirilən jurnal çıxarırdı. Bir gün dərginin nəşr olunduğu mətbəəyə gedəndə tez quruyan mürəkkəblərin verə biləcəyi yarar ağlına gəldi və ilk diyircəkli qələmin prototipini hazırladı. Biro 1943-cü ildə bu qələmlərin patentini aldı.

6. Elektriklə işıqlandırılan ilk küçə 1857-ci ildə Fransanın Lion şəhərindəki İmperial küçəsi olub.

7. Dünyanın ilk stüardessası, əsl peşəsi tibb bacısı olan Elen Çörçdür. O, 15 may 1930-cu ildə Kaliforniyanın Oklənd Hava Limanında "United Airlines"ə aid üç motorlu “Boeing 80” təyyarəsinə minən 11 sərnişini "Xoş Gəlmisiniz" deyərək qarşılayıb.

8. Qan nəqli sayəsində bir xəstənin həyatının xilas edilməsinə ilk dəfə 1825-ci ildə Londonda rast gəlinib. Doktor Dubldey güclü daxili qanaxma keçirən bir qadına başqa insanlardan aldığı təxminən 750 qram təzə qanı köçürüb və bu qadını xilas edib. 200 qram qanın verilməsindən sonra xəstə yatağında dikəlib və "Özümü bir öküz qədər güclü hiss edirəm" – deyib.

9. İlk prezervativin yaradıcısı isə professor Qabriel Fallopiusdur. Onun prezervativlə bağlı ilk yazısı 1564-cü ildə “De Morbo Gallico”da dərc olunub. Onun icadı 1100 adam üzərində sınaqdan keçirilmişdi və ilk məqsədi məhz yoluxucu xəstəliklərin qarşısını almaq idi. Sonralar isə bu vasitədən həm də hamiləliyin qarşısını almaq üçün istifadə edilməyə başladılar.

10. Qadınlar üçün ilk çimərlik geyimi olan – bikini ilk dəfə olaraq 1946-cı ilin 5 iyununda Parisdə keçirilən moda nümayişi zamanı sərgilənib. Bikininin dizaynı fransız Lui Rearda aid olsa da, ilk nümayişi Mişel Bernardi edib.

11. İlk çılpaq səhnə avstraliyalı kinoulduz Annett Kellerman tərəfindən oynanılıb. “Tanrıların qızı” adlanan bu film “Fox” şirkəti tərəfindən 1915-ci ildə Yamaykada çəkilib.

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #