Qara Qarayevin tullantılardan hazırlanmış portreti - REPORTAJ

Qara Qarayevin tullantılardan hazırlanmış portreti - REPORTAJ
16 iyun 2015
# 13:09

Plastik qablar, polietilen torbalar, şüşələr, avtomobil hissələri, parçalar, bir sözlə, zibil qabına atdığımız hər şey inanılmaz şəklə salınıb. "Tullantıdan Sənətə" adlı sərgidə yer alan bu eksponatlar ilk baxışdan xüsusi materialdan hazırlanmış sənət əsərlərini xatırladır. Yaxından baxdıqda isə onların gündəlik məişətimizdə istifadə olunan, daha sonra zibil qabına atılan məhsullardan hazırlandığını görürük.

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə təşkil olunan sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işləri təqdim edilib.

Gördüyünüz bu qeyri-adi əsərlər bizim lazımsız bilib tulladığımız əşyalardan hazırlanıb. Olduqca maraqlı və inanılmaz təsir bağışlayır. Bu qlobus klaviaturanın düymələrindən hazırlanıb.

Ənənəvi olaraq hər il keçirilən “Tullantıdan Sənətə” sərgisi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini, planetin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ edir.

"Təmiz Şəhər" ASC-nin mətbuat katibi Vüqar Baba deyir ki, sərginin məqsədi ətraf mühitin təmiz saxlanmasına, ekologiyanın qorunmasına diqqət ayırmaqdır: "Həmçinin insanlara mesaj veririk ki, tullantının tərkibindəki dəyəri qazanmaq lazımdır. Məsələn, Bakıda bu gün tullantıdan xammal kimi istifadə olunur. Elektrik enerjisi alınır, onun tərkibindən istifadə olunur. Biz həm də tullantıların incəsənət vasitəsi kimi istifadə olunmasını təbliğ edirik. Göstərmək istəyirik ki, tullantı kiməsə lazımsız əşya deyil. Tullantıdan həm də incəsənət materialları hazırlamaq olar".

Siz heç təsəvvür edirsiniz bunlar nələrdən hazırlanıb? Biz də yaxından baxmayana qədər onların avtomobil təkərlərindən hazırlandığını bilməzdik. Bu əsərlərin müəllifi isə azərbaycanlı rəssam Cavid Yəhyayevdir.

Bu qurğu isə bizim tez-tez istifadə etdiyimiz çoxlu sayda CD və DVD-lərdən hazırlanıb. Deməli, zibil qutusuna atdığımız əşyalardan belə eksponatlar hazırlamaq mümkün imiş.

Sərgidə hər kəsin marağına səbəb olan isə Qara Qarayevin portretidir. Bu portretin hazırlanması üçün telefon qulaqcığından tutmuş darağa qədər, demək olar ki, yüzlərlə tullantıdan istifadə olunub.

İngiltərəli rəssam Sara Törner: "Mənim hazırladığım çilçıraq plastik qablardan yığılıb. Məqsədim ətrafı çirkləndirən plastik qabların gözəlliyini göstərməkdir. İlk dəfədir ki, Bakıdayam".

Hindistanlı rəssam Haaribabu Naatesan: "Bu qeyri-adi nümunə yaşıl incəsənət adlanır. Mən bunu elektronika məhsullarının tullantılarından hazırlamışam. Bununla demək istəmişəm ki, tullantılardan yeni sənət əsəri hazırlamaqla həm də ekologiyanı təmiz saxlamış olarıq".

Hər il təşkil olunan analoji sərgidə bir neçə gün müddətində nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Yəni əvvəlki illərdə keçirilən “Tullantıdan Sənətə” sərgilərində hazırlanmış əsərlər də bu muzeydə nümayiş olunacaq. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Ziyarətçi Şəhla Rüstəmova: "Bayaqdan sərgini gəzirəm. Bir şeyi özüm üçün kəşf etdim ki, insanların həyata baxışı ayrı-ayrı olduğu kimi, əşyalara da baxışı ayrıdır. Birinin tulladığı şey başqasına lazım olur. Bayaqdan hər eksponata bir neçə dəfə baxmışam, çox maraqlıdır. Hər dəfə də özüm üçün yeni nüanslar kəşf etmişəm. Ən çox xoşuma gələn Qara Qarayevin portreti idi. Onu elə bir tullantılardan hazırlayıblar ki, bizim heç ağlımıza gəlməzdi bu, tullantılardan hazırlanıb".

Qala qəsəbəsinin ərazisində tullantıların “Təmiz Şəhər” ASC tərəfindən çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyası təşkil edilir. Belə ki, qəsəbə sakinləri məişət tullantılarını “üzvi tullantılar” və “qeyri-üzvi tullantılar” formasında ayrılmış iki fərqli rəngdə olan yaşıl və göy qutulara atır. Həmin qutular da müvafiq olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır.

# 1676 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
# # #