"Azərbaycanda Ebola virusu aşkarlandı..." - HƏFTƏNİN TVİTLƏRİ

"Azərbaycanda Ebola virusu aşkarlandı..." -<span style="color:red;"> HƏFTƏNİN TVİTLƏRİ
1 noyabr 2014
# 09:30

Kulis.az Twitterdə azərbaycanlı istifadəçilərin son bir həftə ərzində yazdığı ən maraqlı tvitləri təqdim edir.

“Instagram”ımı niyə bağlı eləmişəm sualını çox verirlər. Burdan cavab verirəm, çünki içəridə lüt gəzirəm. (Rəsul Zaidov)

- Niyə evlənmirsən?

- Anam özünə uyğun qız tapa bilmir. (Aysel Viento)

O vaxtı atalar da bir-birinə söz soxub. Biri deyib dəmiri isti-isti döyərlər, o birisi deyib tələsən təndirə düşər.(Gülşən)

“Sənə verdiyim hədiyyəni “Instagram”da niyə paylaşmamısan?” dövrünə qədəm qoyuruq. (İlkin Həsəni)

- Alo, Bakinternetdi?

- Bəli, buyurun.

- Ə, adamsız, adam balasısız. Az orda şunurlarla oynayın da. (Ceyhun)

Qız üşüyəndə ona öz gödəkçənizi verməyin, gedib ona gödəkçə alın, pis fakirler! (Ay Nur)

Cümlә qura bilmir, gedir ailә qurur. (Mehriban Abdulla)

Yaxşı motivasiyadır: “Bu mal edə bilirsə, mən də edərəm”. (Fərhad)

Çirkin qadını yaratmışdınsa içkini haram etməməliydin, Allahım. Yenə də özün bilərsən. (Rəsul)

O qədər klinika reklam eliyirlər ki, adamın lap 2 qarın doğmağı gəlir. (Axundzadə)

Həyat bir oyundusa, onda “qaqa, bu diski dəyiş, futbol qoy”. (Orqal Tan)

- Həyacanlısan?

- Aha.

- İlk dəfədir?

- Yox, əvvəl də həyəcanlanmışam. (Aynur Hüseyn)

Mehman Hüseynov da tapıldı. Bircә qaldı Malayziya tәyyarәsi. (Vüqar Məmmədov)

ŞOK! Azərbaycanda Ebola virusuna yoluxan ilk şəxs aşkar olunub. Xəstənin virusa xəbərlərə qulaq asa-asa yoluxduğu iddia edilir. (Dj Fateh)

Sevgi şoppinqə getməkdir hər gün eyni qadınla. (Tibet Babayev)

Çoxdan görüşməyən iki nəfərdən “yada zad salmazsan” cümləsini ilk işlədən şəxs 1-0 öndədir. (Asəf Əsədli)

Məktəbdə təhsildən çox məktəbli formasına diqqət yetirilən bir ölkədə yaşayırıq. (Jalə Hacıyeva)

Hәr bir uğurlu kişinin arxasında dayanan qadın “zaşitnik”di? (İlham Əkbərli)

Qonşudakı xoruzun saatını çəkmək yaddan çıxıb deyə yazıq söyüş yiyəsi olur. (Orxan Ata)

Avropalı ev paltarında çölə çıxanda olur – sadə, biz geyinib çıxanda – dilənçidən, qaraçıdan fərqimiz olmur deyirlər. (Ceyhun)

Qızın Twitterdən Instagramını, Instagramdan Facebookunu,Facebookdan Foursquaresini, Foursquaredən də ev adresini tapdı, istəməyə gedir. (Fərhad)

Toyun ən maraqlı hissəsi oynadığın yerdə anidən tanımadığın qadınlar tərəfindən öpülməkdi. (Lamiyə Mərdan)

Əsas odur ki, qəlbiniz zəngin olsun. Məsələn, mənimki Bugatti sürür. (Orqal Tan)

Xoşum gələn qızın boyunun balaca olduğunu görəndə istəyirəm deyim, get müəllimlər otağından mel gətir. (Cavid Ağa)

Rus dilini bilmə səviyyəsi: “Başa düşürəm, amma danışa bilmirəm” (Nigar Əhmədova)

Hәr 18 oktyabrda yadıma düşür ki, bacım doğulanda adını atam Mәmmәd Әmin qoyacaqmış. Birtәhәr vaz keçiriblәr kişini. (Nura)

Daha çox tvit oxu:

“Azərbaycanda azad seks adı ilə aldadılmış ilk varlıqlar...”

# 10453 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

10:00 23 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

13:44 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər