Kulis.Az saytının əməkdaşı “Anamın Kitabı” müsabiqəsinin qalibi oldu

Kulis.Az saytının əməkdaşı “Anamın Kitabı” müsabiqəsinin qalibi oldu
24 iyul 2014
# 14:47

“Anamın Kitabı” müsabiqəsinin qalibləri bəlli oldu. Mükafatlandır təqdimetmə mərasimi sentyabr ayında keçiriləcək

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsi layihəsində Münsiflər Heyəti öz işini başa çatdırdı. Layihənin rəhbəri yazıçı Müşfiq XANın Kulis.Az-a bildirdiyinə görə, müsabiqə iyulun 20-də onlayn səsvermə ilə yekunlaşdı. Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilmişdi.

Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılmışdır. İyunun 15-ə qədər əsərlərin Ekspert Şurası tərəfindən qiymətləndirilməsi və onluğun müəyyən edilməsi baş tutdu. Münsiflər Heyətinə səsvermə üçün seçilən pyeslər şərti sıralama üzrə bunlar olmuşdur:

1. Şəbnəm Xeyrulla - Qırmızıpapağa yalan danışmaq olmaz”

2. Ülviyyə Tahir – “Anamın tabutu”

3. Günel Kərimli- “İşıq pulu”

4. Natəvan Mikayılova – “İnam”

5. Zöhrə İsmayılova – “Tükənməz sərvət”

6. Sevinc El Sevər – “Ürəyində arzu tut”

7. Şəhriyar del Gerani – “Ayişə necə gülür?”

8. Qanun Ümman Qahablı – “Adaxlı”

9. Murad Nuriyev – “Sahibsiz yerlərin qurdunun iniltisi”

10. Elşən Feyzulla – “Söz oynadanlar”

İyulun 1-20 müddətində onlayn səsvermə və Münsiflər Heyətinin qiymətləndirilməsi baş tutmuşdur. Öncədən qeyd olunduğu kimi onlayn səsvermə qalibi ayrı seçilmişdir və Münsiflər Heyətinin səsverməsinə təsir etmir.

Onlayn səsvermə nəticəsinə görə “Tükənməz sərvət” pyesi ilə Zöhrə İsmayılova birinci yeri qazanaraq “Anamın Kitabı” Ədəbi Mükafatının diplomunu qazanmışdır.

Münsiflər Heyətinin tərkibi:

1. İsa Həbibbəyli, akademik, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru , “Anamın Kitabı” Ədəbi Mükafatı Münsiflər Heyətinin sədri

2. Şəmil Sadiq, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, “Anamın Kitabı” Ədəbi Mükafatı layihəsinin ideya müəllifi

3. Müşfiq XAN, yazıçı, “Anamın Kitabı” Ədəbi Mükafatı layihə rəhbəri

4. Tahirə Məmməd, professor, Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri

5. Mübariz Həmidov, Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru

6. Bəhram Osmanov, Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru

7. Sərvər Əliyev, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor

8. Bədirxan Əhmədov, filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi

9. Aynurə Mustafayeva, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin elmi işçisi

Münsiflər Heyətinin səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:

I yer. Sevinc El Sevər – 72 bal

II yer. Şəbnəm Xeyrulla – 54 bal

III yer. Qanun Ümman Qahablı – 52 bal

IV yer. Günel Kərimli – 51 bal

V yer. Murad Nuriyev – 48 bal

VI yer. Şəhriyar del Gerani – 46 bal

VII yer. Ülviyyə Tahir – 44 bal

VIII yer. Elşən Feyzulla – 36 bal

IX yer. Zöhrə İsmayılova – 31 bal

X yer. Natəvan Mikayılova – 26 bal

Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə "Anamın Kitabı" Fəxri Mükafatına layiq görülmüşdür.

Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumata görə mükafatlandırma mərasimi bu ilin sentyabr ayında keçiriləcəkdir. İlk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə 1000 manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300200 manat pul mükafatları təqdim olunacaq.

“Anamın Kitabı” Ədəbi Mükafatının I yer qalibi, saytımızın əməkdaşı Sevinc El Sevərin “Ürəyində arzu tut” pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaqdır. Bundan əlavə onluğa düşən bütün əsərlər toplu şəklində nəşr ediləcəkdir. Sentyabrda baş tutacaq mükafatlandırma mərasimində qonaqlara və müsabiqə iştirakçılarına eyni zamanda Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi hədiyyə olunacaqdır.

# 3584 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
# # #