İlham Əliyev Səyavuş Aslanın ölümü ilə bağlı başsağlığı verdi

İlham Əliyev Səyavuş Aslanın ölümü ilə bağlı başsağlığı verdi
27 iyun 2013
# 14:22

Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, tanınmış aktyor Siyavuş Aslanın vəfatı ilə bağlı başsağlığı verib. Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət rəsmiləri nekroloq verib.

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Siyavuş Məmmədağa oğlu Aslan 2013-cü il iyun ayının 27-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilmişdir. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıtmış və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlamışdır.

Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Siyavuş Aslan zəngin yaradıcılıq palitrasına malik sənətkarlardandır. O, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirmişdir.

Siyavuş Aslan qədim ənənələrə malik Azərbaycan teatr məktəbi irsinə daim sadiq qalaraq musiqili teatrın janr özünəməxsusluğunu milli zəmində inkişaf etdirmişdir. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə etməklə çıxışlarını teatrsevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarırdı. Sənətkarın hər dəfə yeni səhnə həyatı verdiyi qəhrəmanlar özünəməxsus davranış tərzləri, şux danışıqları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. Siyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilmişdir.

Azərbaycan kinosunun inkişafında Siyavuş Aslanın böyük xidmətləri vardır. Onun ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi milli televiziyanın fondunda qorunub saxlanılmaqdadır. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olmuşdur.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilmişdir. O, bir çox mükafat və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Görkəmli sənətkar, istedadlı gülüş ustası, qayğıkeş insan Siyavuş Aslanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!”

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Azər Paşa Nemətov
Şəfiqə Məmmədova
Eldar Quliyev
Vaqif Mustafayev
Amaliya Pənahova
Afaq Bəşirqızı
İlham Əhmədov
Ramiz Məlikov
Firəngiz Mütəllimova
Bəsti Cəfərova
İsrafil İsrafilov

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər