Azərbaycan yazarının terrorist olmaqdan başqa çarəsi qalmayıb

Azərbaycan yazarının terrorist olmaqdan başqa çarəsi qalmayıb
25 iyun 2015
# 20:00

Kulis “Blitz müsahibə” layihəsindən yazar Xanəmirin cavablarını təqdim edir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Ədəbiyyatımızda ən mühüm nəsr əsəri, fikirmcə, Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanıdır. Əsərdə qoyulan məsələlər bu ərazidə yaşayan xalqların yaşam tərzinə, dünya görüşünə dəxli olan incə mətləb, çalar və keçidlərlə mövcuddur. Romanda qaldırılan ideyadan anlaşılır ki, mətnin məzmununu bir toplum kimi hələ də aşa bilməmişik. Bu əsər ədəbiyyatımızın bətnində yolunu gözlədiyimiz oğlan uşağıdır. Əsərə aristokratizm ruhu hakimdir. Əsəri bir kişinin yazdığı yanğısı adamı aydınlığa qovuşdurur. Gerçək proza nümunəsi kimi, o qədər yeniliklərlə aşıb-daşır ki, Azərbaycan ədəbiyyatşünaslığı, mətnşünaslığı görməzlikdən gəlməyi bacarıblar. Dünya nəsrində, özəlliklə Avropada bu tipli nəsr nümunələri keçən əsrin 90-cı illərindən etibarən yayğınlaşmağa başladı.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Kürreyi-ərzin çəmbərinə keçmiş olduqca güclü və möhtəşəm saydığım, ədəbi yalqızlığından padşahlıq düzəldən yazarlar çoxdur. Ceyms Coysun prozaik mətnsəl cəngavərliyi qarşısındakı fəndlərini dərk elədikcə cahilliyimdən bayılıram. Özümü hələ də məhəlli bir yazar olaraq görürəm. Bu baxımdan rəğbət bəslədiyim, sayğı duyduğum yazarların davamçısı olmaq kimi şansımı çoxdan itirdiyimin də fərqindəyəm. Çalışıram ki, tezliklə, murdar olmadan, məhəlli sularımızda “Sizif daşını unutduraraq” üryan varlığımla üzgünlüyümə yer vermədən üzəm.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Dar məqamlarında Yalıncıq cildini geyinən yuxarı dairələrin ədəbiyyata bəslədiyi münkir münasibətlərinin şərin şıltaqlığına aludə olmaları şəstimə toxunur. Özümü alçaldılmış kimi hiss edirəm. Kim nə deyir-desin, bu xalq, bu ölkə həmişə ədəbiyyata möhtac olub və bundan sonra da ikiqat möhtac olacaq. Bura gücünü sınaqdan çıxarmaq üçün axın edən Avropa camaatı, vaxt gələcək bura Azərbaycanın ədəbiyyatı üçün gələcək.

- Sizcə, Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Dünyaya çıxmaq istəyi azarına tutulmuş Azərbaycan yazarının terrorist olmaqdan başqa çarəsi qalmayıb. Söhbət, təbii ki, mənim kimi yazardan gedir. Min il qala bizi heç bir pulla, kapitalla tərcümə meydanına çəkmək fikrinə düşməyəcəklər.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- Kağızın arxa plana keçməsi onu heç də insanın bədənindən, vücudundan, tənindən, orqanlarından, qanından, iliyindən, şüurundan, səsindən, hətta ruhundan uzaq salmır. Mənə elə gəlir ki, bu aralar kağız anlayışı və kağız kütləsi yazılar üçün dincə qoyulmuş vəziyyətdədir. Söhbət ondan gedir ki, kağızı internetə çevirmək mümkün olmadığı kimi, interneti də kağıza çevirmək mümkün olmayacaq. Bu arada isə getdikcə zaman göstərəcək ki, ədəbiyyat nə kağıza, nə internetə möhtac olmayacaq. Üçüncü bir variantda özünə məkan arayan ədəbiyyat yenidən yayılması, var olması uğrunda gərgin mübarizə aparacaq…

# 2871 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər