Məşhur aktrisa: “Kameralar qabağında öpüşmək vecimə deyil”

Məşhur aktrisa: “Kameralar qabağında öpüşmək vecimə deyil”
17 dekabr 2014
# 08:15

Kulis.az avstraliyalı aktrisa Nikol Kidman barəsində maraqlı faktları təqdim edir.

Nikol Kidmanın ilk əri aktyor Tom Kruz olub. Onlar “İldırım günləri” filminin çəkilişləri zamanı tanış olublar. Kruz dərhal arvadı Mimi Rocersdən ayrılaraq onu başdan çıxaran Nikolla evlənib. Onlar 10 il birlikdə yaşadılar. Boşandıqdan sonra Tom Kruz Penelope Kruzla evləndi.

Nikol Kidman və Tom Kruz övladlığa götürülmüş 2 uşağa sahibdirlər: İzabella Ceyn və Konnor Entoni. Uşaqlar gah Nikolla, gah da Tomla qalır.

2003-cü ildə Nikol Amerika Modelyerlər Assosiasiya tərəfindən “Fashion Icon Award” mükafatına layiq görülüb. Modelyerlər onu yaşayan aktrisalar arasında ən dəblisi hesab edirdilər.

Nikol Kidman uzun müddət parfümeriya brendi olan “Chanel No. 5.”-in reklam üzü olub. Bu əməkdaşlıq “Qırmızı dəyirman” filminin sayəsində başlayıb. Bu filmdə Nikol “Şanel”i təmsil edirdi. Bu əməkdaşlıqdan Kidman milyonlar qazanıb.

Kidman Hollivudun ən bahalı aktrisalarından biridir. O, Ancelina Coli, Culiya Robertslə bir sırada dayanır. Amma bəzən Nikol müstəqil projelər üçün daha ucuz qiymətə razılıq verir. Əgər proje onun çox xoşuna gəlsə.

2005-ci ildə aktrisa onun həyatına tez-tez daxil olan Sidney paparatsilərinə qarşı 2 məhkəmə işini udub.

Kidman amerikan futbolunun fanatıdır. O, “Sydney Swans” komandasının azarkeşidir.

Nikol “Mister və Missis Smit” filmində Bredd Pittin tərəf müqabili olmalı idi, amma şəxsi səbəblərə görə o bu roldan imtina etmişdi. Onun əvəzinə Ancelina Colini dəvət etdilər.

Nikol həmçinin “Qorxu otağı” filmində Codi Fosterin yerində ola bilərdi. Ayaqlarındakı travmalara görə o çəkilişlərə qatıla bilmədi. Amma aktrisa filmin səsləndirilməsində iştirak edir.

Nikol Avstraliyada yeganə aktrisadır ki, ən yaxşı qadın roluna görə Oskar alıb. O bu mükafata “Saatlar” filmindəki roluna görə layiq görülüb.

Kidman hazırda musiqiçi Kit Urbanla evlidir. Onların 2 övladı var.

47 yaşlı aktrisa bu günlərdə mətbuata açıqlamasında yenidən doğmaq istədiyini deyib. “Elle” jurnalının 2015-ci ilin yanvar sayı üçün buraxılan nömrəsinə müsahibə verən aktrisa sonuncu övladını 43 yaşında doğduğunu və yenidən ana olmaq istədiyini bildirib: “Nənəm 49 yaşında doğub. Kaş ki, mən də indi hamilə olsam...”. Aktrisa həmçinin kameralar qabağında əl-ələ tutmaqdan, öpüşməkdən çəkinmədiyini bildirib. 2001-ci ildə Tom Kruzdan ayrıldığına işarə edərək indiyə kimi həyatında itkilərin, boşanmaların olduğunu deyib. “Amma həyatımın sevgisini 39 yaşımda tapdım. Ona malik olduğum üçün çox xoşbəxtəm”.

# 1379 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
# # #