Qadın paltarında kişilər, seks "oyuncaq"ları-ARAŞDIRMA

Qadın paltarında kişilər, seks "oyuncaq"ları-ARAŞDIRMA
15 noyabr 2013
# 13:32

Saqqalsız kişilər

Əfqanıstanda azyaşlı uşaqlara qarşı edilən cinsi istismar, sosial şəbəkələrdə və xəbər saytlarında sürətlə yayıldı, böyük səs-küyə etiraza və qınağa səbəb oldu. Azərbaycanda da “Baça bazi” mərasimləri haqqında məlumatlar son günlər xəbər saytlarının əsas gündəmidir. Bunu nəzərə alaraq bu qeyri-adi və qeyri-insani mərasimlər haqqında kiçik bir araşdırma aparmağa qərar verdik.

“Bacçah-bazi” ifadəsi farsca “uşaqlarla məşğul olmaq”, əfqan dilində isə “uşaqlarla oynamaq” anlamını verir. “Bacça” sözü təxminən “uşaq, gənc oğlan, saqqalsız kişi” kimi tərcümə olunur.

“Baça-bazi” mərasimlərinin tarixi

“Baça-bazi” mərasimlərinin tarixi yüz il öncələrə dayanır. Bir çox səyyahlar, sənət və rəqs tarixi araşdırmaçıları Əfqanıstanda bu mərasimlərin çox qədimlərdən keçirildiyini yazır. Amma dünya bu mərasimlərlə Əfqanıstanın işğalından sonra tanış olub. Xatırlayırsınızsa əfqan əsilli amerikan yazıçısı Xalid Hüseyni də dünyaca ünlü “Çərpələng uçuran” romanında bu məqama toxunur. Eyni zamanda həmin romana çəkilən eyniadlı filmdə də əsərin qəhrəmanı ögey qardaşının oğlunu xilas etmək üçün taliban yetkilisinin evinə gedəndə oğlanı onun qarşısına “baça” kimi çıxarırlar.

1872-73-cü illərdə Türküstanı və müsəlman şərqini gəzən səyyah Yevgeni Şuler “Baça-bazi” mərasimləri haqqında belə yazır: “Burda xüsusi təlim keçən gənc oğlanlar başqa ölkələrin rəqqasə qızlarını geridə qoyur. Orta Asiya toplumunun əxlaqi durumu yaxşı deyil”.

Yevgeni Şuler bu cür mərasimlərin qədimdən islam mərkəzi sayılan Buxara və Səmərqənddə də geniş yayıldığını yazır.

1872-ci ildə bölgədə geniş yayılan vəba xəstəliyindən qorxuya düşən mollalar “baça-bazi” mərasimlərinə qarşı çıxmağa başlayır. Amma ilk dəfə bu mərasimlərə ruslar tərəfindən qadağa qoyulur.

Qadın paltarında kişilər

1908-09-cu illərdə Əfqanıstanda olan rus səyyahı Konstantin Konstantinoviç Pahlen də “baça-bazi” mərasimləri haqqında geniş və ətraflı məlumat verib: “Bizi nimdərlər və klimlər döşənmiş geniş bir salona ötürdülər və çox böyük hörmətlə nargilə təqdim etdilər. Sonra Xivə əmiri təşrif gətirdi və bizi salamladı. Daha sonra şərq musiqi alətlərindən ibarət orkestr yerini aldı. Musiqiçilər həzin və kədərli musiqi ifa etməyə başladı. Daha sonra dörd “baça” xalı döşənmiş geniş yerdə yan-yana dayandı. “Baça” xüsusi rəqslər ifa etmək üçün yetişdirilmiş gənc oğlanlardır. Qadınlar kimi rəngli köynəklər və dar şalvarlar geyinmiş gənc oğlanların topuqlarında və biləklərində bilərziklər və zınqırovlar bağlanmışdı. Musiqi çalındıqca onlar rəqs edir, bütün kişilər də heyranlıqla onlara baxırdı.”

“Seks oyuncaq”ları

Bildiyimiz kimi islamda zina haramdır. Kişi ilə kişi arasındakı cinsi əlaqə - livata isə böyük günahlardan hesab olunur. Dünyada islam ölkəsi kimi tanınan və şəriət qaydaları ilə idarə edilən Əfqanıstanda illərdir iyrənc bir adət - “baça-bazi” mərasimləri davam etdirilir. Kasıb ailələrin 5, 6, 7 yaşlı oğlan uşaqları satın alınır və müxtəlif şəkildə istismar edilir. Bu kiçik oğlanlar seks oyuncağı, rəqqasə və sair kimi istifadəsi işin görünən tərəfidir. Livata (anal seks) islamda böyük günah sayılsa da, təəssüf ki, bu, oğlanların taleyindən yan keçmir. Bəzən hansısa zəngin əmirlərdən biri öz “oyuncağını” başqa bir zəngin əmirə hədiyyə edə bilər. “İstifadə müddəti keçən” baçalar isə ağasının yaşlı və dul qadın qohumu və ya məşuqəsi ilə evləndirilir.

İslami rejimin əxlaqsızlığı

Maraqlıdır ki, homoseksuallığa ikrahla baxan islam ölkəsində 8-15 yaşlı oğlanlara qadın paltarı geyindirib “baça-bazi” mərasimlərində rəqs etdirir, sonra daha çox pul verən əfqan kişisinin satırlar. Bu mərasimlərdə narkotik istifadəsi çox normal sayılır. Bu barədə ilk həyəcan siqnalı əfqan jurnalist Nəcibullah Qüreyşin “Afganistan The Dancing Boys” sənədli filmidir. Film 2010-cu ilin martında İngiltərədə, daha sonra isə ABŞ-da nümayiş etdirildikdən sonra dünyada insan haqları ilə məşğul olan təşkilatlar narahat olmağa başladı. Filmin nümayişindən sonra jurnalist Nikolas Qraham “Huffington Post”da yazırdı: “Həm ofsunlayıcı, həm də dəhşətlidir”.

Nəcibullahın filmi 2011-ci ildə “Amnesty International” təşkilatının sənədli filmlər mükafatını alıb. Daha sonra BBC bu barədə “Dans Boys” filmini çəkdi və dünyada Əfqanıstan hökumətinə qarşı ciddi təzyiqlər başladı.

“Wikileaks” sənədlərində də bu barədə geniş məlumatlar yayılandan sonra ABŞ Əfqanıstana təzyiqlərə başladı. Ancaq hələ də Əfqanıstanı idarə edən Taliban rejimi “baça-bazi” mərasimlərinə qadağa tətbiq edə bilməyib. Əcəba, qadınları kütlənin önündə daşqalaq edib, evində “baça”larla əylənən mollalar islamdakı axirət, qəbir əzabı, cənnət-cəhənnəm, sorğu-sual, anlayışından xəbərsizdirlərmi?

# 6572 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #