“Kurtlar Vadisi”ndəki gizli təriqət ARAŞDIRMA

“Kurtlar Vadisi”ndəki gizli təriqət ARAŞDIRMA
7 iyun 2013
# 12:13

“Opus Dei” təriqəti katolik kilsəsinin daxilində təşəkkül tapan böyük güclərdən biridir. Azərbaycan oxucusu bu təriqətlə Den Braunun “Da Vinçi şifrəsi” romanında tanış olur. Eyni zamanda məhşur “Kurtlar Vadisi Pusu” serialının tamaşaçıları da bu təriqət haqqında az-çox məlumatlıdır.

“Opus Dei” nədir?

“Opus Dei”, 2 oktyabr 1928-ci ildə Madriddə sıravi bir keşiş olan Jose Maria Escriva de Balaguery Albas tərəfindən qurulan ispan kökənli bir təşkilatdır. “Opus Dei” latıncadır, mənası “Tanrının işi” deməkdir. Təşkilat katolikliyə sadiq, dünyəvi iş adamlarını bir araya gətirərək Papaya Vatikandan kənarda dəstək arayır. “Opus Dei” hal-hazırda Vatikanda ən təsirli dünyəvi təşkilatdır. Gizli təşkilat olan “Opus Dei”ninin bütün üzvləri katolik iş adamlarıdır.

Hər ölkədə də təşkilatın işlərinə məsul bir kardinal var. Onlara görə Papanın şəxsiyyəti, kilsədən də, papalıq vəzifəsindən də üstündür. Papa, Tanrı krallığının müqəddəs lideridir. Belə uca bir mərtəbəyə çata bilən şəxs fövqəladə adamdır. Bu səbəblə “Opus Dei”, belə fövqəladə bir adam tərəfindən təmsil edilən Vatikan dövlətini ucaldır və kilsəni ikinci planda görür. Fantastik məbləğdə - 2.8 milyard dollar sərvəti, 20 universiteti, 600-dən artıq qəzeti, 60 radio və televiziya kanalı, 40 xəbər agentliyi, 20 kino şirkəti, 97 kolleci, 36 ibtidai təhsil məktəbi olan “Opus Dei” ilə bağlı böyük qalmaqallar yaşanıb. Eyni zamanda təriqətlə bağlı əfsanələr uydurulub. “Opus Dei” isə öz sirrini qorumağa çalışır, haqqında danışılanlara reaksiya vermir və fəaliyyətini davam etdirir.

Hər gün özünü qırmanclayanlar...

“Opus Dei” təriqətinin üzvlərinin riayət etməli olduğu qaydalardan əlavə, hər gün etməli olduqları ibadətlər var. Bu ibadətlərin içərisində ayaqlarına "cilice" deyilən mismarlı zənciri gündə iki saat bağlamaq da var. Bu ibadəti İsanın əziyyətini anlamaq üçün reallaşdırdıqlarını bildirirlər. Əzab bütün “Opus Dei” üzvlərinin gündəlik ruhani proqramlarının bir parçasıdır. “Opus Dei” nin 30 faizini təşkil edən evlənməyəcəyinə söz verən üzvlər hər gün “cilice” və dua oxuyaraq özlərini qırmanclamaq məcburiyyətindədirlər.

Qadınlar isə yalnız ərini məmnun etmək və uşağa baxmaq kimi gündəlik vəzifələrə məsuldurlar. Təşkilatın həddindən artıq mühafizəkar strukturları var. Nə qədər dünyəvi görünsə də, “Opus Dei” dini təriqətdir.

Təriqətin üzvləri kimlərdir?

Təriqət dünya siyasətini öz ağuşuna almaqdadır. İngiltərənin Milli Təhsil Naziri, Polşa hökumətindən 3 nazir, Perulu 2 nazir, ABŞ Konstitusiya Məhkəməsinin 2 hakimi, Konqresin onlarla üzvü, köhnə FTB şefi Luis Freeh və Fox televiziyasının şərhçisi Robert Novak “Opus Dei” müridi olduğunu gizləmir. ABŞ-da abort, homoseksual evliliklər barədə rəhbərliyin mühafizəkar mövqeyinin arxasında “Opus Dei” nin dayandığı ehtimal edilir.

Dünyanın hər yerində biznesmenlər, həkimlər, jurnalistlər, yazarlar, vəkillər, memarlar bu təşkilatın möhkəmlənməyi üçün çalışırlar.

Təriqətin qurucusu Müqəddəs Escriva 26 iyun 1975-ci ildə dünyasını dəyişir və yerinə illərdir onun yanında olan Diez Sollano keçir.

Təriqətin əsas missiyası, ruhani olmayan kəslərin cəmiyyət içində “Tanrının sözünü” yaymaqda dinamik rol oynamasını təmin etməkdir.

Katolik dünyasında tərəfdarlarının sayı bir milyonu keçən təriqət az qala ikinci katolik kilsəsi missiyasını yerinə yetirir.

Vatikan pasportu daşıyan “Opus Dei” Kardinalları toxunulmazdırlar və yalnız Papaya hesabat verirlər. “Opus Dei”nin ABŞ-da müxtəlif vəzifələrdə 30 min üzvü var.

“Numerari”lər, “Sopranumerari”lər, “Aggregati”lər...

“Opus Dei”də 3 tip üzvlük var: “Numerari” (tam üzvlər) - heç vaxt evlənmirlər, hətta “Opus Dei” evlərində birlikdə yaşayırlar. Qazanclarının hamısını öz təriqətlərinə bağışlayıb yalnız ehtiyacları olan qədər götürürlər. “Sopranumerari” isə “Opus Dei”yə tam üzv olduqdan sonra evlənib, uşaq sahibi olan üzvlərdən meydana gəlir. Bunlar həyatlarını “Opus Dei”ninin evlərindən kənarda normal bir şəkildə yaşayır və aylıq haqq ödəyirlər. “Aggregati” adı verilən üçüncü tip üzvlər isə evlənməsələr də müxtəlif səbəblərə görə “Opus Dei”nin evlərində yaşaya bilməyən insanlara verilən bir üzvlük formasıdır. Bunlardan əlavə “cooperatori” adı verilən “Opus Dei”nin yardım və təhsil işlərinə qatılan könüllülər var. Tam üzvlər normal universitetlərdə təhsil aldıqdan sonra, teologiya təhsilini də təriqətə bağlı universitetlərdən birində alırlar. “Numerari”lərin doktorluq işi müdafiə etməsi də əsas şərtdir.

Araşdırmaçılar hesab edir ki, “Opus Dei” dünyanın hər yerində öz üzvlərini yerləşdirməyi bacaran bir təriqətdir. Bu məntiqlə təriqətin Azərbaycanda da üzvlərinin olması istisna edilmir. Dörd-beş il öncə bu barədə mətbuatda şaiyə xarakterli yazılar işıq üzü görürdü. Şaiyələrə görə “Opus Dei” ölkəmizə II İohan Pavelin Azərəbaycana səfərindən sonra ayaq açıb.

# 3833 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #