Məşhurlar yataq səhnələrinin çəkilişindən danışdı

Məşhurlar yataq səhnələrinin çəkilişindən danışdı
12 mart 2015
# 09:00

“New York Times” qəzetində rejissor, operator və aktyorlar çəkiliş prosesində yataq səhnələrinin necə işlənməsindən danışıb.

Sara Trim

“Sevgililər” serialının ssenaristi, prodüseri

- Aktyorların yataq səhnəsini necə oynaması ilə onun ssenaridə necə yazılması fərqli şeylərdir. Bəli, biz çəkiliş meydanında detallı şəkildə göstərişlərimizi veririk. Amma çəkiliş prosesində çox şey dəyişir, çünki həmin an aktyorlar çox həssas olurlar, tez inciyirlər. Aktyorların bizim serialda çılpaqlığa münasibətləri fərqlidir. Hər birinin öz baxışı var ki, nəyi göstərmək olar, nəyi yox. Biz onların fikirlərinə hörmət edirik, amma eyni zamanda yataq səhnələrini elə çəkməliyik ki, nəyisə ört-basdır etməyə çalışırıq kimi hiss yaranmasın. Ən seksual səhnələr biz yalnız aktyorların üzünü göstərəndə alınır. ”Sevgililər” serialında yataq səhnələrindən birində personaj Ellison yaxınlıq zamanı həzz ala bilmir. Onun personajı uşağını təzə itirib, yaxınlıq istəsə də, həzz ala bilmir. Bu, çətin səhnə idi. Mən ona necə görünməyi və bütün çəkiliş qrupu qarşısında orqazmı necə təsvir etməli olduğunu göstərməli oldum.

Cudd Apatou,

“Uğursuz qadın, “40 yaşlı bakir” filmlərinin rejissoru

- Mən əvvəllər yataq səhnələrinin çəkiləcəyi məkanı bütün rakurslardan fotoaparatla çəkirdim. Amma gözəl günlərin birində bütün bunları atmaq lazım gəldi: çünki yataq səhnələrinin çəkilişi zamanı kameranı yerləşdirə biləcəyin yerlərin sayı məhduddur. Bundan başqa əgər hər şey çox dəqiq məşq edilirsə və düşünülürsə, o zaman yataq səhnəsi Cinemax kanalındakı bayağı erotikaya oxşayar.

Şeymas MakQarvi,

“Bozun əlli çaları”nın operatoru

- “Bozun əlli çaları” filminin məşqləri zamanı biz aktyorların özlərini rahat hiss etmələri üçün kömək etdik və yoxladıq ki, yataq səhnələrini neçə çəkmək olar. Ehtirasların coşduğu qırmızı otaqda məşqlər az oldu. Biz kameranı məsafəli saxladıq ki, aktyorlar rahat oynasın. Açıq səhnələrin çəkilişində aktrisa Dakota Consonun bədəninin aşağı hissəsi boyu hərəkət edən xüsusi qoruyucu vardı. Qasıq hissəsinə post-prodakşn (filmin montajı, rəng korresiyası və s. prosesi) zamanı tük əlavə etdik. Deyə bilmərəm ki, bu, karyeram boyu ən maraqlı məqam idi. Amma ən sürreal məqamlardan biri idi.

Yataq səhnələrini biz həmişə iki kamera ilə çəkirik, ona görə aktyorun əlavə dubl oynamasına ehtiyac qalmır. Yataq səhnələrini əvvəl də çəkmişəm. Məsələn, “Kevinlə nəsə qaydasında deyil” filmində mən sözün hərfi mənasında ədyalın altında aktyorlar Tilda Suinton və Con S.Rayli ilə səhnələrini oynayana kimi Canon 5D kamerası ilə qaldım. Rejissor Co Rayt aktyorlara lazımi ovqatı vermək üçün həmişə musiqidən istifadənin tərəfdarı olub. Bu onların hərəkətini rəqs kimi ritmik edir. “Bağışlanma“ filmində biz Kira Naytli və Ceyms MakEvoy ilə səhnəni “Come to Me” mahnısı altında çəkdik. Səhnə əl kamerası ilə çəkildiyindən belə qaranlıq, həssas mahnıya ehtiyac vardı.

Edrian Layn,

“Doqquz həftə yarım”, “Ədəbsiz təklif”, ”Fatal Attraction” filmlərinin rejissoru (azərbaycanlı tamaşaçı bu filmi daha çox “Роковое влечение” kimi tanıyır)

- Siz imkanlar yaratmağa çalışırsınız. Mən həmişə hesab etmişəm ki, sərt açıq səhnələr daha maraqlıdır, nəinki yataq otağında monumental epizodlar. Xatırlayıram ki, “Fatal Attraction” filmində Maykl Duqlas Qlenn Klouzu çarpayıya aparmağa necə cəhd edirdi. Və onu qucağında çarpayıya aparanda şalvarını çıxara bilmirdi. Bu səhnədə onu isterik gülmək tutdu. Yataqda onun əynində ancaq köynək qalmışdı. Montaj zamanı gördük ki, kadrda onun bədəninin aşağı hissəsi lazım olduğundan artıq görünürdü. Kadrı kəsmək mümkün olmadı, çünki çox qısa idi. Ümid edirəm ki, buna görə Maykl bağışlayar. “Ədəbsiz təklif” filmində isə Vudi Harrelson və Demi Murun səhnələrini aktyorları dayandırmadan fokus məsafəsi dəyişən obyektivlə çəkmişəm, təsviri yaxınlaşdırmaq və uzaqlaşdırmaq olsun deyə. Bir qayda olaraq bu səhnələr qısa olur, onların müəyyən limiti var. Siz əbədi olaraq öpüşə bilməzsiniz.

Mən çılpaq səhnələr zamanı zahiri görünüşünə görə narahat olan aktyorla işləmişəm. Amma bunun üçün səbəb yox idi. Adətən aktyorları çılpaq çəkəndə onları inandırmağa çalışıram ki, onlarla hər şey qaydasındadır. Mən bu səhnələrdə aktyorlarla danışmağa, onları inandırmağa çalışıram ki, hər şey yaxşıdır. Bundan sonra montaj zamanı səsimi kəsirəm.

Jan-Mark Valle,

“Vəhşi qadın”, “lıcıların Dallas klubu” filmlərinin rejissoru

- Biz atmosfer yaratmaq üçün müxtəlif fəndlərdən istifadə etdik. Çəkiliş vaxtı təbii işıqdan istifadə etməklə kameranı sərbəst şəkildə yerləşdirdik. Çəkilişdən qabaq bilmirdik ki, ”Vəhşi qadın”da yataq səhnəsinin çəkilişi zamanı kişi aktyor aktrisa Riz Uizerspunu götürüb, kürəyini çevirəcək: bunu elə proses zamanı aydınlaşdırdı.

İlk tammetrajlı filmimdə əsas rolu oynayan aktrisa yataq səhnəsində oynamalı idi. Onun 35 yaşı vardı. O uzun müddət rakursları müzakirə etdi. Xahiş elədi ki, onu arxadan çəkməyim, yalnız yandan. Amma bununla belə uzananda döşləri göstərilməsin.

Emi Şumer,

Aktrisa

- Söhbət işdən gedirsə, mən özümə çərçivə qoymuram. Evdə buna sakit münasibət bəsləyirlər, mənim heç bir problemim olmur. Mən məzəli yataq səhnələrinə qarşı deyiləm, amma onlar doğrudan da hissiyyatlıdırsa, məndə belə hiss yaranır ki, qalanları məni müdafiəsiz anımda müşahidə edir. Yataq səhnələrindən qabaq həmişə prodüserimdən soruşurdum ki, normal görünürəm? Çəkiliş başlayana kimi yaxşı görünmək istəyirdim, amma kamera qoşulanda başqa tapşırıqlara konsentrə olurdum. Yataq səhnələri əhvalatın vacib hissəsidir. Mən kafedə dialoqla olan səhnəni çəkməyə üstünlük verərdim, amma sevinirəm ki, belə asan yolla getmədik.

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #