Ən çox qazanan yazıçılar SİYAHI

Ən çox qazanan yazıçılar <span style="color:red;">SİYAHI
10 sentyabr 2014
# 14:39

Sənətlə məşğul olanlar sadəcə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklə kifayətlənmirlər. Yaradıcılıq onları şöhrətləndirir, tanıdır, sevdirir, pərəstişkar ordusu meydana çıxarır və... Həm də bu adamları varlandırır, pul qazandırır.

2014-cü ildə dünyada ən çox pul qazanan yazıçıların siyahısını təqdim edirik.

1. Ceyms Peterson (James Patterson) – Macəra romanlarına imza qoyan ABŞ yazıçısı 2014-cü ildə 90 milyon dollar qazanıb.

2. Den Braun (Dan Brown) bu il 28 milyon dollar qazanıb.

3. Daniela Stil (Danielle Steel) - Məhəbbət mövzulu əsərlər yazan amerikalı qadın yazar bu il 22 milyon gəlir götürüb.

4. Canet İvanoviç (Janet Evanovich) - Eşq, məhəbbət mövzusunun yaradıcısı olan ikinci amerikalı yazıçı bu il 20 milyon qazanıb.

5. Cef Kinney (Jeff Kinney) yaradıcılığını uşaqlara həsr edən ABŞ yazıçısının gəliri bu il 18 milyon dollar olub.

6. Veronika Rot (Veronica Roth) fantastika janrında yazan gənc yazıcı "Uyğunlaşmayan" adlı romanına ssenari hazırlamaqla 18 milyon dollar qazana bilib.

7. Stefan Kinq (Stephen King) həyəcan və qorxu romanları yazan yazıçı bu il 17 milyon qazanıb.

8. Suzanna Kolins (Suzanne Collins) "Aclıq oyunları" romanına film çəkilməsi qadın yazara 16 milyon gəlir gətirib.

9. J.K.Rouling (J.K. Rowling) - "Harri Poter" romanı ilə dünya şöhrəti qazanan və ən çox satılan kitab yazarı bu il gəlirlərini daha 14 milyon artırıb.

10. Devid Baldacci (David Baldacci) "Haqqı ödənən günahlar" romanı ilə şöhrət qazanan yazıçının bu ilki qazancı 11 milyon olub.

11. E.L.Ceyms (E.L.James) "Bozun 50 çaları" adlı romanı ilə ən çox satılanlar siyahısına daxil olan qadın yazarın əldə etdiyi gəlir cəmi 10 milyon olub. /ann.az/

# 3580 dəfə oxunub

Oxşar xəbərlər

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

13:00 27 noyabr 2026
Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər