Polşalı rejissor YUĞ teatrında tamaşa hazırlayır

Polşalı rejissor YUĞ teatrında tamaşa hazırlayır
8 may 2013
# 09:55

Bu günlərdə Yuğ Teatrında polşalı rejissor Tomasz Leszczynski (Tomaş Leşçinski) Slavomir Mrojekin pyesi əsasında hazırlanan “Sərhəddə” adlı tamaşanın məşqlərinə başlanıb. Kulis.Az-ın teatrın mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, sözügedən tamaşa beynəlxalq müştərək prodüser layihəsi çərçivəsində hazırlanır.

Layihə Polşa Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUĞ Dövlət Teatrı, AR Production - Beynəlxalq Prodüser Şirkəti, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirilir. Dövlət teatrları sistemində ilk beynəlxalq müştərək prodüser layihəsi olan tamaşanın premyerası may ayının sonlarına nəzərdə tutulub.

“Sərhəddə” tamaşasında mənzilləri dövlət sərhədlərinə bölünmüş bir ailənin həyatından bəhs edilir. Ailəvi şam yeməyi yeyərkən diplomatlar gəlir və uzun müzakirələrdən sonra ailə başçısına bildirirlər ki, onların evlərindən dövlət sərhəddi keçəcək və bu sərhəd ailə üzvlərinin hərəsini müxtəlif dövlətlərin vətəndaşlarına çevirəcək.

Beləliklə, ilk baxışda gülünc görünən, mahiyyət etibarilə isə faciəvi hadisələr başlanır. Sərhədçi sənədsiz “dövlət sərhəddini” keçməyə çalışan nənəni öldürür. Evin sərhədlərə bölünməsi ilə ailənin bütün varlığı əməlli-başlı problemə çevrilir. Tamaşanın sonunda qüvvələr hərbi qarşıdurmaya hazırlaşır. Ailə isə buna fikir verməyərək, əvvəlki kimi öz həyatlarını yaşamağa çalışırlar. Hətta onlar sərhəddə toplaşan əsgərləri ev sahibinin doğum gününə dəvət edirlər. Mrojek üslubuna sadiq qalaraq, bu pyesdə də finalı açıq qoyur. Oxucu – tamaşaçı nə baş verəcəyini özü düşünməlidir.

Rejissor Tomaş Leşçinski 1980-ci ildə Belostokda anadan olub və ibtidai təhsilini orada alıb. Polşada Varmin-Mazur Uiversitetində aktyor fakültəsində və Sankt-Peterburqda Teatr Sənəti Akademiyasında Veniam Filştinskinin kursunda təhsil alıb. Təhsilini başa vurduqda sonra bir müddət Moskvada və Nyu-Yorkda yaşayıb, aktyor kimi fəaliyyət göstərib. Daha sonra vətəni Polşaya qayıdıb və bu günə qədər Polşada yaşayır. Varşavada bir neçə il Polşa Dövlət Radiosunu rus bölməsində efir redaktoru, Polşa, Almaniya və Rusiyada çəkilən filmlərdə ikinci rejissor kimi işləyib. Bir sıra kino və televizya layihələrində aktyor və rejissor kimi iştirak edib. Rus dilindən polyak dilinə və əksinə, bir sıra tərcümə əsərlərinin müəllifidir.

Tomaş Leşçinskinin teatr fəaliyyəti də məhsuldar və çoxşaxəlidir. O, Polşanın, Rusiyanın, Gürcüstanın və Belarusiyanın müxtəlif teatrlarında “Cinayət və cəza” (F.Dostoyevski, 2005-ci il), “Kapitan qızı” (A.Puşkin, 2004, 2006), “Ölüm və qız” (A.Dorfman, 2010), „Beniain” (R.Paçoxa, 2010), “Mənim bütün oğullarım” (A.Miller, 2010), “Ətir” (R.Familyari, 2011) “Kral ölür” (E.İoesko, 2012), “Polis” (S.Mrojek, 2012), “Ağır vaxtlar” (M.Balutskiy, 2013) və s. tamaşalara quruluş verib.

# 3125 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər