Hürrəm Sultan sevgisi Venesiya arxivlərində

Hürrəm Sultan sevgisi Venesiya arxivlərində
8 fevral 2013
# 08:15

Azərbaycan tamaşaçısının da sevə-sevə baxdığı “Möhtəşəm yüz il” serialının yayımlandığı ölkələrin sayı gündən-günə artır. Maraq artdıqca da həmin dövrə aid materiallar, arxiv sənədləri açılır və ictimaiyyətə təqdim olunur. Qanuni Süleymanın həyatı haqqında araşdırma aparanlardan biri də tarixçi Sərab Mumcudur. O, Qanuninin izi ilə ta Venesiya arxivlərinə qədər gedib. Dünyanın ən zəngin arxivindən nələr çıxıb, bu yazını oxuyub biləcəksiniz.

Bir müddət əvvəl türk rəsmiləri serialda tarixi faktların təhrif olunduğunu bildirmişdilər. Rəsmilər serialda Qanuninin daima sarayında, dörd divar arasında olmağını həqiqətə uyğun hesab etmədiklərini, onun əslində daima at belində, yürüşlərdə vaxt keçirdiyini bildirmişdilər. Ümumiyyətlə, həmin dövrə aid materiallara əsasən Sultan Süleymanın dəqiq portretini yaratmaq asan deyil. Hansısa mənbədə Qanuni döyüşkən və amansız, hansındasa qayğıkeş ata, hansındasa Hürrəm Sultanın sevgisi ilə alışıb-yanan kişi kimi göstərilir. Bəs görəsən xarici mənbələrdə Qanuninin portreti necə yaradılıb?

“Möhtəşəm” əvəzinə “Böyük Türk”

Qərbin ən zəngin arxivlərindən olan Venesiya Dövlət Arxivində Osmanlı dövləti haqqında çox dəyərli məlumatlar yer alır. Arxivlərdəki Venesiya elçilərinin hesabatlarında Sultan Süleymana xitabən “Gran Signore” (Böyük bəy), yaxud “Gran Turco” (Böyük Türk) ifadələri işlənir. “Signore” kəlməsini venesiyalılar “Sultan” sözünün əvəzedicisi kimi istifadə ediblər. “İncil”ə baxsaq, xristianların Tanrıya da “Signore” deyə xitab etdiklərini görə bilərik.

Digər bir xitab forması da “Magnifico”dur. Venesiyalılar “Magnifico” ünvanını daha çox ölkələrindəki yüksək rütbəli insanlar – vəzirlər, vəkillər üçün istifadə edirdilər. Yəni venesiyalıların təbiri ilə “Magnifico” ya İbrahim Paşa, yaxud da ondan sonra gələn bütün vəzirlər idi. Elçilərin hesabatlarında “Magnifico İbrahim”, “Magnifico Rüstəm” kimi xitablara tez-tez rast gəlinir.

Hürrəm sevgisi

Rəsmi sənədlərlə yanaşı, istənilən arxivdə qeyri-rəsmi məlumatlarla dolu materiallar tapmaq mümkündür. Sultan Süleymanın həyat yoldaşı Hürrəmə duyduğu sevgi venesiyalıların da diqqətindən yayınmayıb:

“1551-ci il, Sultan Süleyman 57 yaşındadır. Ağır bir xəstəlikdən sonra ayağa qalxıb. Xəstəliyi o qədər ağır idi ki, öldüyü barədə şayiələr gəzirdi. O isə “Ölmədim, sağam” ismarışını vermək üçün at belinə qalxdı. Vəzirləri, vəkilləri, bəyləri, yeniçəriləri ilə birgə addımladı. Bu, adi səyahət deyil, qarşılama mərasimidir. 23 aprel 1551-ci ilin səhəri Sultan Süleyman Ədirnəyə istirahət üçün gedən həyat yoldaşı Hürrəmi və qızı Mihrimah Sultanı qarşıladı...”

Venesiya elçisi də həmin kortejdə Hürrəm və Mihrimah Sultanı gözləyənlər arasında olub. Mümkün olduqca Sultan Süleymana yaxınlaşmağa, üzündə xəstəliyin izlərini görməyə çalışıb: “Süleymanın üzündə həyat işartıları tapmaq çox çətin idi, buna baxmayaraq saatlarla durub Hürrəm Sultanı gözlədi”.

Oğlu Cahangirə sevgisi

Qanuni atüstü gəzintiləri çox sevirmiş. Gənc vaxtlarında İbrahim Paşa ilə at çaparmış. İbrahim Paşanın ölümündən sonra Süleyman oğlu Cahangirlə yoldaşlıq edib. Cahangirin xəstə doğulması Qanunini ona daha çox bağlayırdı. Onu bütün övladlarından ayırır, ona daha çox diqqət göstərirdi.

Mihrimah və Rüstəm Paşa

Serialda ən maraqlı məqamlardan biri də Qanuninin övladları ilə münasibətidir. Qızı Mihrimah Sultan artıq bir dəfə uğursuz eşq yaşayıb və Rüstəm Paşaya o qədər də xüsusi diqqəti ayırmır. Halbuki mənbələr bunun əksini deyir. Mihrimahın atası ilə münasibətləri məhz Rüstəm Paşaya görə gərginləşir. Amma gərginliyin səbəbi Mihrimahın Rüstəm Paşa ilə evlənmək istəməməyi deyildi, sadəcə gənc şahzadə gələcək həyat yoldaşını daha yaxından tanımaq istəyirdi. Ona görə də, atasından Rüstəm Paşa ilə tez-tez görüşməyə icazə verməyini istəyir. Ancaq Qanuni yeganə qızının istəyinə qarşı çıxır. O, vaxtı ilə İbrahim Paşaya bu cür üstünlüklər verdiyini, onu çox əzizlədiyini və Rüstəm Paşanın aqibətinin onun kimi olacağı qorxusunu səbəb kimi göstərir.

Görünür, Qanuni ikinci dəfə eyni səhvi etməsin deyə Rüstəm Paşanı bəzi şeylərə həsrət qoyur.

Sultan Süleymanın bu addımı onun səhvlərindən nəticə çıxaran, uşaqlarının xoşbəxtliyi üçün güzəştə getməyən ata portretini yaradır.

Mənbə: “Tempo” jurnalı

# 4767 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #