“Döyüş klubu”un müəllifindən məsləhətlər

“Döyüş klubu”un müəllifindən məsləhətlər
22 noyabr 2013
# 08:45

Kulis.az “Döyüş klubu” romanın müəllifi amerikalı yazıçı Çak Palanikin yazmağa yeni başlayanlar üçün çox maraqlı məsləhətlərini təqdim edir:

Bir: Yazmaq istəyirsinizsə, buna konkret vaxt ayırın. Məsələn, saatı bir saat sonraya qurub yazmağa başlayın. Yazmaqdan zəhləniz gedirsə, bir saat sonra sərbəst olacağınızı düşünün. Amma bir saatdan sonra, zəng çalanda görəcəksiniz ki, başınız artıq ciddi şəkildə yazmağa qarışıb. Bu da sizə həzz verəcək. Əgər süjetdə ilişmisinizsə, onda durub dəxlisiz bir işlə məşğul olun. Məsələn, tualeti təmizləyin, yerinizi qaydasına salın.

İki: Oxucularınız siz düşündüyünüzdən də ağıllıdırlar. Oxucuları təəccübləndirmək indi çox çətindir. Mən belə qərara gəlmişəm ki, müasir oxucular kitabları köhnə adamlardan daha axmaq olduqlarına görə deyil, daha ağıllı olduqlarına görə bəyənmirlər. Bunu nəzərə alın.

Üç: Bir səhnəni yazmağa başlamazdan öncə, bu səhnənin sizin romanınızda hansı yeri tutduğunu, mənasının nə olduğunu fikirləşin. Hansı səhnə əvvəldə, hansı axırda olmalıdır? Süjetdəki intriqanı hansı formada daha çox uzada bilərsiniz? İşləyəndə, maşın sürəndə, yemək yeyəndə beyninizdə bu suallara cavab axtarın. Düşündüklərinizi harasa yazın. Əsərin skeletini beyninizdə qurduqdan sonra yazmağa başlayın.

Dörd: Özünüzü təəccübləndirin. Əgər süjeti sizin heyrətə salacaq bir nöqtəyə gətirə bilsəniz, deməli oxucunu da təəccübləndirəcəksiniz.

Beş: İlişəndə, əvvəl yazdığınız hissələri yenidən oxuyun. Kənarda qalmış obrazlardan birini götürüb yenidən canlandırın. “Basdırılmış silahlar” kimi.

Altı: Boş vaxtlarınızı sizə dəstək verən, sizi dəyərləndirən insanlarla keçirin. Bu sizə böyük enerji verəcək. Həm də geriyə baxdığınızda boş vaxt itirmədiyinizi görəcəksiniz.

Yeddi: Özünüzü məchul bir zamanın ixtiyarına buraxın. Ağlınızda əsərinizin ancaq növbəti bir-iki hissəsi olsun. Əsəri bitirməyə tələsməyin.

Səkkiz: Əgər romanınızda daha çox sərbəstliyə ehtiyac görürsünüzsə, obrazların adını tez-tez dəyişin. Obrazlar real deyillər. Obrazlar siz də deyilsiniz. Adlarını dəyişdirdikcə onlarla öz aranızda məsafə qoymuş olursunuz. Beləliklə, obrazlarla istədiyiniz kimi davrana bilirsiniz. Əgər bir obraz xoşunuza gəlmirsə, onu öldürün.

Doqquz: Oxumaq istəyəcəyiniz roman yazın.

On: Kitabınız üçün yeni bir şəkil çəkdirin.

On bir: Sizi doğurdan da narahat edən şeylərdən yazın. Onlar yazmağa dəyən yeganə şeydir. Anlamadığınız mövzularda yazmaq narahatlıq gətirən şeydir.

On iki: Hər gün səhər yeməyini eyni kafedə yeyirəm. Bir gün səhər bir adam kafenin vitrininə yeni il rəsmi çəkirdi. Qar adamları, qar dənələri, Şaxta baba, yolkalar... Adam çöldə dayanmışdı, hava da soyuq idi. Rəngləri bir-birinə qatıb öz işini görürdü.

Əvvəl yağış yağırdı. Sonra yağış qara çevrildi. Külək qarı adamın üstünə vururdu. Arada dayanıb kağız stəkandan nəsə içirdi. Kafenin içindəki müştərilər, ofisiantlar ona baxırdılar.

Bir nəfər dedi ki, onu içəridə - isti yerdə oturub yumurta və qızarmış çörək yeyə-yeyə seyr etmək çox kədərlidi. Başqa biri isə adamın uğursuz bir rəssam olduğunu dedi. Stəkandakı çox güman ki, viski idi. Böyük ehtimalla hər tərəfi uğursuz əsərləri ilə dolu olan bir emalatxanası var idi. İndi də pul qazanmaq üçün restoranların, dükanların vitrinlərinə şəkil çəkir.

Ofisiantlardan biri kofe gətirərkən “çox gözəl, kaş ki, mən də edə bilsəydim” –dedi.

Bizim ona yazığımız gəlsə də, adam rəsm çəkməyə davam elədi. Detalları əlavə etdi. Dəqiq bilmədim nə vaxt, amma adam birdən-birə yoxa çıxdı. Rəsmlər son dərəcə gözəl idi. Rənglər də çox canlıydı. Vitrin çox gözəl görsənirdi. Rəssam getdi. Yox oldu. Onu görmədik. Amma çəkdiyi rəsmi görürdük...

Rena Nevzat

# 3087 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər