Hacıbaba Hüseynovun xatirəsi anılacaq

Hacıbaba Hüseynovun xatirəsi anılacaq
13 mart 2019
# 12:18

Martın 15-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə musiqi ictimaiyyətinin iştirakı ilə görkəmli sənətkarın Fəxri xiyabanda məzarı ziyarət olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi ilə bağlı fevralın 22-də imzaladığı Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.

Hacıbaba Hüseynov “Rast” muğamının “Üşşaq” və “Hüseyni” şöbələrinin ilk ifaçısı olub. O, uzunillik xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda xüsusi nailiyyətlər əldə edib. Sənətkar Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, İran və bir sıra başqa ölkələrdə qastrol səfərlərində Azərbaycan muğamını böyük ustalıqla ifa edib, incəsənətimizin təbliğində böyük xidmətlər göstərib.

Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim kimi çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirib.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Əməkdar artist, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Hacıbaba Hüseynov 1993-cü il oktyabrın 24-də vəfat edib. /azertag.az/

# 4059 dəfə oxunub

Oxşar xəbərlər

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər