Kitab sərgisi

Kukla Teatrında böyüklər üçün tamaşa

Kukla Teatrında böyüklər üçün tamaşa
4 noyabr 2015
# 15:35

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlanır.

İdeya müəllifi və rejissoru teatrın baş rejissoru Qurban Məsimov olan səhnə nümunəsi “Melodiya” adlanır. Bütövlükdə ailə dramı olan tamaşa həm canlı plan, həm də canssız əşyaların hərəkətə gətirilməsindən - zivədə asılan qadın və kişi paltarının aktyorların oyununa daxil edilməsindən ibarətdir. Beləcə bütün hekayətin məğzini daha çox iki geyim danışır.

Müəyyən dram elementlərinin olduğu sözsüz tamaşada musiqi tərtibatı səhnə işinin əhvalına uyğun olaraq mərhum pianoçu-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.

Maraqlı ideyası olan tamaşa barədə ətraflı məlumat verən baş rejissor bu nümunə ilə hər bir problemin həllində anlaşmanı və sevgini qabarıq göstərmək istədiyini deyir: “Aktyorların kuklaları olan bu geyimlər “dilə” gəlməklə sanki böyük bir məhəbbətdən, sevgi hekayəsindən, eləcə də aralarındakı münaqişədən, küskünlükdən, hətta qopmaq, ayrılmaq həddindən danışır. Zivədən asılmış geyimləri tərpədən xəfif külək onları yenidən hərəkətə gətirir və beləcə yatmış hisslər canlanır, onlara sevgilərini, keçmiş gözəl anlarını xatırladır, sanki münasibətləri bərpa edir. Sevgi nağılından sonra zivədən həmin paltarları yığan qadın bir də uşaq geyiminə rast gəlir. Beləcə sehrli dillə qadınla kişi arasındakı problemin məhz uşaq vasitəsilə həll olunduğu və beləcə uşaqların ailələrin səadətində əsas rolu göstərilir”.

Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan tamaşanın rəssamı Rəvanə Yaqubovadır. Səhnə işində obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırır.

İnsanlara məhəbbətin hər maneəni aşa biləcəyini, eləcə də uşaqların ailələrin xilasında, biri-birini qəbul etməsində əsas vasitə olduğunu göstərən 45 dəqiqəlik tamaşa noyabrın sonlarında təqdim olunacaq.

# 1562 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər