Sarışın gözəlçənin qatili kim idi?  

Sarışın gözəlçənin qatili kim idi?  
13 noyabr 2014
# 09:45

ABŞ-ın kitab mağazalarında Cey Marqolis və Riçard Baskinin müəllifi olduğu “Merilin Monronun qətli – cinayət işi bağlandı” adlı jurnalist araşdırması kitabı peyda olub.

Onlar məşhur Hollivud gözəlçəsi Merilin Monronun “qızıl iynə” inyeksiyası nəticəsində dünyasını dəyişdiyini təsdiq edirlər. Jurnalistlərin fikrincə, qətlin sifarişçisi Bobbi Kennedidir. Robert qorxurdu ki, Merilin onun özü və qardaşı Con Kennedi ilə sevgi macəraları barədə kimlərəsə danışa bilər.

Hol­li­vud ul­du­zu Me­ri­lin Mon­ro­nun adı də­fə­lər­lə qal­ma­qal­lı xronikalar­da hal­lan­mış­dır. Hət­ta onun ölü­mü də bir çox müəmmalarla əha­tə­lə­nib.

Bu ölüm ba­rə­də on­lar­la ki­tab ya­zı­lıb və rəs­mi ver­si­ya­ya gö­rə, aktri­sa bö­yük miq­dar­da yu­xu dər­ma­nı qə­bul et­di­yin­dən dünyasını dəyişmişdir. La­kin ki­no-ul­du­zun ölü­mü­nü araş­dı­ran­la­rın bir ço­xu onun qət­lə ye­ti­ril­di­yi­ni bil­di­rir­lər.

Müəlliflər Merilinin şəxsi psixiatr həkimi Qrinsonun da bu cinayətin iştirakçısı olduğu qənaətindədirlər.

Me­ri­lin Mon­ro 1962-ci il av­qust ayı­nın 4-ü ge­cə­si dün­ya­sı­nı dəyişmiş­dir. Hə­min gün onu te­le­fon zən­g­lə­ri ilə tən­gə gətirmişdilər. Na­mə­lum qa­dın sə­si bun­la­rı tək­rar edir­di: “Bob­bi­ni ra­hat bu­rax, fa­hi­şə!” O da mə­lum­dur ki, ak­t­ri­sa bir ne­çə də­fə otelə Ro­bert Ken­ne­di­yə zəng vur­sa da, onun cəh­d­lə­ri bo­şa çıxmışdı.

Con Ken­ne­di­nin sə­la­hiy­yət­li nü­ma­yən­də­si, prezidentin bacısı Patrisiyanın əri Pi­ter Lou­ford Me­ri­li­nin zən­gin­dən bərk na­ra­hat idi. Me­ri­lin Bob­bi­nin (Ro­bert Ken­ne­di) onun ya­nı­na gə­lib münasibətlərin po­zul­ma­sı ba­rə­də eti­ra­fı­nı bil­dir­mə­yi tə­ləb edirdi. Bu söh­bət­dən Pi­ter be­lə qə­ra­ra gə­lir ki, Me­ri­lin hər bir ad­dı­mı atma­ğa, hət­ta mət­bua­ta mü­ra­ciət et­mə­yə də ha­zır­dır.

Pi­ter Lou­ford uzun il­lər Bob­bi­nin hə­min gün Ko­li­for­ni­ya­da olduğunu bil­dir­sə də, onu Los-­Ance­les­də gö­rən şahidlər də ta­pı­lır.

Hə­min faciə­li gün Me­ri­li­nin mən­zi­lin­də giz­li mik­ro­fon­lar quraşdırılmış­dı. De­tek­tiv­lər ölü­mün­dən son­ra hə­min lent ya­zı­sı­na qu­laq as­mış­dı­lar. Len­t­də Me­ri­lin­lə Ro­bert Ken­ne­di­nin söh­bə­ti yazılmış­dı. Ora­da söh­bət Ro­ber­tin ver­di­yi vəd­dən ge­dir­di. Me­ri­lin Ro­ber­tin onun­la ev­lən­mək is­tə­mə­di­yi­nin sə­bəb­lə­ri­ni söyləməyi tələb edir, Bob­bi isə bu za­man "Lə­nət şey­ta­na, gö­rə­sən haradadır?!" - de­yə ha­ra­da­sa giz­li qu­raş­dı­rıl­mış “juku” (mik­ro­fo­nu) tap­ma­ğa ça­lı­şır­dı. Bu au­dio­ya­zı­lar son­ra­lar is­tin­taq işin­dən müsadi­rə edil­miş­di.

Onun ölü­mü ət­ra­fın­da do­la­şan böh­tan­lar ol­duq­ca çox­dur. Və əlbət­tə ki, bə­zi adam­lar Me­ri­li­nin Ken­ne­di qar­daş­la­rı ilə əla­qə­si­nin if­şa olun­ma­mağı xa­ti­ri­nə Ro­bert Ken­ne­di və Pi­ter Lou­ford tərəfindən qət­lə ye­ti­ril­di­yi­ni də bil­di­rir­di­lər.

On­la­rın mü­na­si­bət­lə­ri ba­rə­də Do­nald Vulf ad­lı pro­dü­ser “Pa­ri-matç” jur­na­lı­na ver­di­yi mü­sa­hi­bə­də söy­lə­yir:

“Me­ri­lin Con Ken­ne­di ilə 1946-cı il­də ta­nış ol­muş­du. Mən əmi­nəm ki, 1947-ci il­də on­la­rın öv­la­dı dün­ya­ya gəl­miş­dir. Me­ri­li­ni ya­xın­dan ta­nı­yan­la­rın da bir ne­çə­si onun məhz hə­min döv­r­də öv­la­dı doğuldu­ğu­nu təs­diq edir­di­lər. Uzun il­lər on­la­rın ara­sın­da ol­duq­ca qızğın, xü­su­si mü­na­si­bət­lər yaşanmışdır. On­la­rı bir­lik­də tez-­tez Ma­li­bu­da­kı “Xol­li­dey İnn” və ya Ma­ya­mi­də­ki “Fon­ten­b­lo” motellərin­də gö­rür­dü­lər. Me­ri­lin onu “bö­yük kə­lək­baz” ad­lan­dı­rır, Ken­ne­di isə ak­t­ri­sa­ya ədəb­siz lə­ti­fə­lər da­nış­maq­dan həzz ala­raq əli­ni onun be­li­nə qo­ymaqla intriqalı at­maca­lar atır­dı. Sa­yıq mühafizə­çi­lə­rin diq­qə­ti­ni ya­yın­dır­maq üçün Me­ri­lin müxtəlif cür hiy­lələr icad edirdi. Ağ Evə zəng vur­duq­da əv­vəl­cə pre­zi­den­tin şəx­si ka­ti­bi Ken­ni Odon­nel­lə əla­qə sax­la­yır, son­ra Qrin ad­lı xa­nım “ko­du” söy­lə­yir­di. Bu mü­na­si­bət­lər Ken­ne­di­nin ad gü­nü­nə qə­dər da­vam edir. Son­ra on­lar bir da­ha gö­rüş­mür­lər.”

N.N. Mikryukovun qələmə aldığı “XX əsrin ən gurultulu qalmaqalları” əsərindən:

“Merilin Conun ondan başqa digər gözəlçələrlə də sevgi romanları yaşadığını, ümumiyyətlə, hər cür rəngli yubkaların dalınca süründüyünü bilirdi. Conun izdivacdan kənar məşuqələri siyahısında hamıya məlum olanlar: gözəllik iahzadəsi İnta Arvadedgeys, striptizçi şansonetkalar- Tempest Storm və Bleya Starr, məşhur fahişələr- Slozi Çant və Meri Novotnı, aktrisalar – Cin Tirni, Ceyn Menefits və Eydci Dikenson idi. Bütün bunlardan savayı Conun ötəri, yəni birdəfəlik sevgi macəraları da yuxarı dairələrdə pıçıltılı mövzular dairəsində eşidilirdi. Belə ki, Kennedinin inauqurasiyası axşamı təşkil olunan ziyafətə aktyor Piter Louford özü ilə altı cavan, gözəl aktrisa gətirmiş və onları sıraya düzərək: “ hansını bəyənirsənsə sec”, - deyəndə, yeni prezident gələcək ulduzlardan ikisinin qoluna girərək istirahət otağına aparmışdı”.

Vul­fun de­di­yi­nə gö­rə, Me­ri­lin Co­nun pre­zi­dent se­çil­mə­si xə­bə­ri­ni eşi­də­rək şok və­ziy­yə­ti­nə düş­müş­dü. Bu xə­bər onun bü­tün ümid­lə­ri­nin alt-­üst ol­ma­sı de­mək idi və Me­ri­lin hə­min döv­r­də çox gərgin dep­res­si­ya­ya uğ­ra­mış­dı.

Monronun Ro­bert Ken­ne­di ilə ro­ma­nı isə 1961-ci il­də baş­la­yır. Gö­rü­nür, Co­nu itir­dik­dən son­ra Me­ri­lin onun qar­da­şı ilə ya­xın­lıq et­mə­yə cəhd gös­tə­rir­miş.

1962-ci ilin 4 av­qus­tu­na dö­nək. Ro­bert və Pi­te­rin ge­di­şin­dən son­ra Me­ri­lin dep­res­si­ya­ya qa­pa­nır və sa­at 16.30-da öz psi­xia­to­ru Qrin­so­na zəng vu­rur. Tez­lik­lə ora­ya gə­lən Qrin­son iki sa­at ya­rım müd­də­tə qə­dər aktrisa ilə söh­bət­lər apa­rır.

Kennedi qardaşlarının bacısı Patrisiyanın əri aktyor Piter Louford: “Bobbi Kennedi hər şeyi ölçüb biçmədən, hadisələrin sonunu dərk etmədən bu işə qol qoyub.”

Hə­min gün Pi­ter Lou­ford təş­kil et­di­yi na­ha­ra Me­ri­li­ni də də­vət etmiş­di. Sa­at 8-30 də­qi­qə­də Me­ri­lin ona te­le­fon­la zəng edə­rək, özü­nü pis hiss et­di­yi­ni və zi­ya­fə­tə gə­lə bil­mə­yə­cə­yi­ni söyləyir. Pite­ri bu xə­bər bərk sar­sı­dır və bir qə­dər son­ra Me­ri­lin onun telefon zən­g­lə­ri­nə ca­vab ver­mə­dik­də na­ra­hat­lı­ğı bir qə­dər də ar­tır. O çox gö­zəl an­la­yır­dı ki, Me­ri­li­nin ruh düş­kün­lü­yü­nə qa­pıl­ma­sı­nın bir çox sə­bəb­lə­ri var. Pi­te­rin ye­rin­də baş­qa­sı ol­say­dı, tə­lə­sik maşına əy­lə­şib özü­nü ona çat­dı­rar­dı.

Gecə­ya­rı­sı Me­ri­li­nin xid­mət­çi­si Yu­nis Mur­rey onu çar­pa­yı­sın­da huşsuz və­ziy­yət­də aş­kar edir. Ona tib­bi yar­dım gös­tə­ril­mə­li idi. Te­le­fon­la Mon­ro­nun mət­buat ka­ti­bi Ar­tur Ce­kobs ora də­vət edi­lir. Az son­ra bu ba­rə­də Pi­ter Lou­ford da mə­lu­mat­lan­dı­rı­lır. Yə­qin ki, Pi­ter də öz növ­bə­sin­də Co­na və ya Ro­ber­tə zəng vu­rur. Hadisələrin axa­rı onu gös­tə­rir­di ki, Pi­ter Bob­bi­yə vax­tın­da Los-­Ance­le­si tərk et­mək­ məsləhətini verir. Çün­ki nə olur­sa-­ol­sun, heç bir də­lil-­sü­but jur­na­lis­t­lə­ri Ken­ne­di qar­daş­la­rı­nın izi­nə sal­ma­ma­lı idi...

Ar­tur Ce­kobs Me­ri­lin Mon­ro­nun evi­nə çat­dıq­da Tə­ci­li Yar­dım ar­tıq ora­day­dı. “Tə­ji­li”də ça­lı­şan Ceyms Xol­lun de­di­yi­nə gö­rə, Me­ri­lin qo­naq ota­ğın­da­kı çar­pa­yı­da uzan­mış­dı. Hu­şu özün­də ol­ma­sa da, hə­lə sağ idi.

Xol­lun xa­ti­rə­lə­rin­dən: “Onun ye­ri­ni də­yiş­mək la­zım idi. Be­lə ki, süni nə­fəs ver­mək üçün xəs­tə bərk dö­şə­mə üzə­rin­də uzan­ma­lı­dır. Onu dö­şə­mə­yə uzat­dıq və bu za­man... o, bi­zim əli­miz­dən sü­rü­şüb ye­rə dəy­di. Bu dəh­şət­li ha­di­sə­ni heç vaxt unut­ma­yaca­ğam. Məhkə­mə ek­s­per­ti də onun bə­də­ni­nin dö­şə­mə­yə dəy­di­yi ye­rin­də qan­çır aş­kar et­di. Qan­çır me­yit üzə­rin­də əmə­lə gə­lə bil­məz­di. O yüz faiz hə­lə sağ idi.

Mən Me­ri­li­nə sü­ni nə­fəs ver­dik­cə, o, bu­na reak­si­ya göstərirdi. Meri­lin özü­nə gəl­dik­dən son­ra mən­zi­lə hə­kim da­xil ol­du. Bu, doktor Qrin­son idi və özü­nü çox pe­şə­kar­ca­sı­na apa­rır­dı. Hə­kim onun si­nə­si­ni əl­lə­ri ilə ba­sa­raq qo­lu­na iy­nə vur­du.

Hə­ki­min hə­rə­kət­lə­ri mə­nə bir qə­dər qə­ri­bə gö­rü­nür­dü. O xəs­tə ilə bir növ say­maz­ya­na rəf­tar edir­di. Son­ra mən küt bir səs eşit­dim. Bir də­qi­qə son­ra isə Merilin ar­tıq öl­müş­dü”.

Me­ri­li­nin ölü­mün­dən son­ra Pi­ter Lou­ford po­li­sə iza­hat ver­mək­dən bo­yun qa­çı­ra­raq Ken­ne­di­nin ai­lə­si­nə məx­sus iqa­mət­gah­da gizlənir­di. Me­ri­li­nin qa­nın­da 4,5 qram pen­to­bar­bi­tal və 8 qram xlo­ral­hid­rat aş­kar edi­lir. Bu do­za ilə 15 nə­fər­dən 26 nə­fə­rə­dək in­sa­nı o dün­ya­ya gön­dər­mək olardı.

Do­nald Vul­fun de­dik­lə­rin­dən: “İn­san or­qa­niz­mi bu miq­dar­da nar­ko­tik mad­də­ni “həzm et­mə­yə” qa­dir de­yil. Ak­t­ri­sa­nın mə­də­si­nin müa­yi­nə­si za­ma­nı ora­da heç bir şey aş­kar olun­mur. Hər­çənd ki, onun qa­nın­da adı çə­ki­lən nar­ko­tik­lə­rin miq­da­rı ol­duq­ca çox idi! Bu­ra­dan da be­lə nə­ti­cə çı­xar­maq olar ki, bu pre­pa­rat­lar onun bədəninə ye­ri­dil­miş­dir. Am­ma ha­mı­ya mə­lum­dur ki, Me­ri­lin Mon­ro heç vaxt öz-­özü­nə iy­nə vur­mur­du”.

34 il yeddi qıfıl arxasında gizlədildikdən sonra həmin vaxt ( 1962 –ci ildə) Los-Anceles prokurorunun köməkçisi vəzifəsində çalışan Con Mayer deyir: “Ola bilsin Merilin Monronun ölümünün sirləri heç zaman təfərrüatı ilə açıqlanmayacaq. Amma XX əsrin ən gözəl qadınının intihar etməsi mənimlə məhkəmə - tibb eksperti Tomas Naquçidə böyük şübhələr doğurdu. Merilinin bədənində inyeksiya izləri aşkarlanmadı. Onun mədəsində öldürücü qədər narkotik yox idi. Anal dəliyi isə zədələnmişdi və açıq çəhrayı rəngə boyanmışdı. Məşhur ekspertlərin fikrincə, bu, imalə vasitəsilə rektal zəhərlənməyə dəlalət edirdi. Əminəm ki, Merilinin xidmətçisi Yunis Mürrey həmin gecə çox şey görüb. İmalə Merilin yuxu həblərini atıb yatdıqdan sonra edilib”.

Me­ri­lin Mon­ro­nun dəfn mə­ra­si­mi av­qus­tun 6-na tə­yin olu­nur. Dəf­nin təş­ki­lat­çı­sı Co Maco (Me­ri­li­nin keç­miş əri) mər­hu­mə­nin məş­hur dos­t­la­rı­nın heç bi­ri­nin ora­da iş­ti­rak et­mə­si­nə ica­zə ver­mir. Son­ra­lar isə bu hə­rə­kə­ti­nə be­lə açıq­la­ma ver­miş­dir: “Be­lə­lə­ri ol­ma­say­dı, Me­ri­lin də sağ qa­lar­dı.”

# 2996 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #